Məhkəmə qərarları › İş №2(003)-1533/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1533/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1533/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək tərəflərin birgə nikahları dövründə Qax rayonu, Qum kəndində 0,21 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinin, digər tikililərin və qurğuların inşasına və təmirinə çəkilmiş 180.000 manat xərcin yarısının, yəni 90.000 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə 2(006)-1177/2023 nömrəli işlə qeydə alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddiası üzrə 2(006)-1177/2023 saylı mülki iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə 2(003)-108/2023 saylı mülki işlə bir icraatda birləşdirilmiş və baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində xx.xx.1994-cü il tarixdə qeydə alınmış nikahın pozulması, birgə nikah dövründə qazandıqları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə cavabdehin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə 2(006)-2246/2022 nömrəli işlə qeydə alınmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdehin birgə nikah dövründə qazandıqları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin iddia ərizəsi üzrə iş 2(003)-108/2023 nömrə ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının icraatındadır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən 2(006)-1177/2023 nömrəli iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş, həmin iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində xx.xx.2023cü il tarixdə 2(003)-1533/2022 nömrə ilə qeydə alınmış və xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının icraatına daxil olmuşdur. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınaraq 2(003)-1533/2022 və 2(003)- 108/2023 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3. maddəsindən görünür ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın inşasına və təmirinə çəkilmiş xərcin yarısının tutulması” tələbinə dair iddiası üzrə 2(006)-1533/2023 №-li mülki işlə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(003)-108/2023 №-li mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Həmin iddia tələblərinə 2(003)-108/2023 №-li iş üzrə baxılsın. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar