Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1596/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 1998-ci il tarixdə faktiki nikaha girmiş, 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx xxx 1999-cu il təvəllüldlü X5, xx xxxx 2001-ci təvəllüldlü X4, xx xxxxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhəkəməsinin xx xxx 2019-cu il tarixli 2(003)-798/2019 saylı qətnaməsi ilə aralarında olan bağlanmış nikah pozulmuşdur. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)-89/2020 saylı qətnaməsi ilə xx xxxxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəlüdlü X3 ataları İddiaçı himayəsinə veilməsi qət edilmişdir. Hazırda yetkinlik yaşına çatmayan iddiaçının övladaları onun yanındadır. Cavabdeh isə yetkinlik yaşına çatmayan övladlara nə mənəvi nə də maddi dəstək göstərmir. Bu səbəbdən də alimentin tutlması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Ona görə də yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafə edərək bildirdi ki, iddiaçı daş karxanasında işləyir, aldığı məvaciblə uşaqlarının maddi təminatlarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən cavabdehdən iddia tələbində göstərilən məbləğdə alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahat verərək bildirdi ki, o, hazırda dərzi işləyir. Uşaqları 9 aydır ki, görmür. Gördüyü işindən gündəlik təxminən 2-3 manat qazancı olur. Alimenti ödəməyə maddi imkanı yoxdur. Beləki, günəlik qazandığı 2-3 manat pul özünü saxlamağa ancaq bəs edir. Valideyinləridə ona yardım edirlər. İddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 1999-cu il təvəllüldlü X5, xx xxxx 2001-ci təvəllüldlü X4, xx xxxxxx 2004cü il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(003)-798/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2003-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVADQ şöbəsində bağlanmış 215 №-li akt qeydi nikahın pozulması və onların birgə nikahdan doğulmuş xx xxxx 2001-ci təvəllüldlü X1, xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2020 saylı, xx xxxxxxx 2020-ci l tarixli qətnaməsi ilə iddia təmin edilərək tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx xxxxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 ataları İddiaçı himayəsinə verilməsi qət edilmişdir Məhkəmə baxışı ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-798/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahdan doğulmuş uşaqları - xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 ataları İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı uşaqların saxlanması üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Uşaq hüquqlarının həyata keçirilməsi, uşağın yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İddia tələbinin tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 400 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Ona görə də məhkəmə iddianın qismən təmin edilərək uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəuyğun hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi qismən təmin edilərək, xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxx 2021-ci il tarixdən hesablanaraq Cavabdeh hər ay hər uşağa görə 60 (altmış) manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı və alimentin tutulması dərhal icra edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki cavabdehdən iki uşağın saxlanması üçün 150 manat sabit pul məbləğində aliment tutulması müəyyən edildiyindən, alimentin məbləği bir il ərzində 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2 maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatadan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxx 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1596/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1596/2021
02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver