Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1659/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 Nurəddin qızına bağışlanmasına dair 30 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış daşımaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 oktyabr 2019-cu il tarixli daşımaz əmlakın bağışlanması müqaviləsinə əsasən paylı mülkiyyət əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m olan fərdi yaşayış evinin ona məxsus hissəsini qızı Cavabdeh1 Nurəddin qızına bağışlamışdır. Həmin evi qızına bağışlamaqda məqsəd onun təkidi olmuşdur. Belə ki, qızı, eyni zamanda cavabdeh ona ünvan 2 ünvanında olan mənzilini ona inandıraraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m olan fərdi yaşayış evinə köçmək gərəkdiyini bildirmişdir. O da ana olaraq qızının könlü xoş olsun deyə adı çəkilən evini satmış və Buzovnada olan həmin evə köçmüşdür. Həmin evin təmirinə də 50000 manatdan çox pul xərcləmişdir. Qeyd olunan evə təmir xərcləri üçün ona məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 17,1 kv.m olan qeyri yaşayış sahəsini satışından əldə olunmuş vəsaitdən istifadə etmişdir. Daha sonra cavabdeh həmin evi ona bağışlamağı xahiş etmiş, onsuz da ondan sonra ona qalacağını, yenə də o, onun övladı yəni nəvə ilə birlikdə yaşadığı, kimin adında olmasının nə fərqi var deyərək indidən rahat olması üçün bağışlamağını təkid etmişdir. O da heç bir tərədüd etmədən buna razılaşmış, adı çəkilən fərdi evi qızına bağışlamışdır. Lakin daha sonra cavabdehin ona, qardaşına olan münasibətləri dəyişməyə başladı. Bir müddət sonra onu ümumiyyətlə evə buraxmadı və hazırda da buraxmır o məcbur olaraq evin birinci mərtəbəsində, təmirsiz otaqda yaşayır. Bütün əşyları da yuxarı mərtəbədə qalmış, istifadə edə bilmir. Hətta onu evə qeydiyyata salmır, belə ki, o yuxarıda qeyd etdiyi ünvanda, satdığı mənzildə hələ də qeydiyyatdadır. Bütün bunlardan sonra o başa düşdü ki, övladı da olsa onun tərəfindən aldadılmışdır. Bir neçə dəfə xahiş etdi ki, onu qeydiyyata salsın, hər dəfəsində müxtəlif bəhanələr gətirdi, daha sonra pandemiya düşdü, ondan sonra isə ümumiyyətlə münasibətlər gərginləşərək onu evə buraxmamağa başladı. Hesab edir ki, 30 oktyabr 2019-cu il tarixli daşımaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X7 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin İddiaçı iddiası üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisiin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən FM seriyalı 002411 saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yarımçı sahəsi 47,8 kv/m olan 5 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 221 nömrəli reyestr kitabının 13655 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yarımçı sahəsi 47,8 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə ona məxsus hissəsini qızı Cavabdeh1 Nurəddin qızına bağışlamışdır. İş materiallarına əlavə edilmiş vətəndaşlı vəziyyəti aktlarının reyestr xidmətini tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Nurəddin qızı xx.xx.1982-ci ildə doğulmuşdur. X1, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş X11, X9, X3, X6, X12 tərəfindən verilmiş ərizələrdən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən əmlakın ona məxsus olan hissəsini Cavabdeh1 Nurəddin qızına bağışlanmasına etiraz etməmişlər. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122,1 kv/m olan fərdi yaşayış evi Cavabdeh1 Nurəddin qızının mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 674-cü maddəsinə əsasən bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yarımçı sahəsi 47,8 kv/m olan 5 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmuşdur. Bağışlanma müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yarımçı sahəsi 47,8 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə ona məxsus hissəsini qızı Cavabdeh1 Nurəddin qızına bağışlamışdır. Hazırda mübahisəli fərdi yaşayış evi Cavabdeh1 Nurəddin qızının mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarından görünür ki, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (MM-in 666.1-ci maddəsi). Yuxarıda qeyd olunan normalardan görünür ki, Mülki Məcəllədə tərəflər arasında bağışlama müqaviləsinin hədiyyə verənin sağlığında bağlanması nəzərdə tutulur. Hədiyyə verənin ölümündən sonra, hətta notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi olduqda belə, hədiyyə alanın əmlaka mülkiyyət hüquqlarının və bağışlama müqaviləsinin dövlət qeydiyyatına yol verilmir. Vərəsəlik hüququ normaları ilə kolliziya yaratmamaq məqsədi ilə mülki qanunvericilik imperativ qaydada hədiyyə verənin ölümündən sonra bağışlama barədə vəd müqaviləsinin bağlanılmasını, hədiyyənin hədiyyə verənin ölümündən sonra hədiyyə alana keçməsini qadağan edir və belə müqavilələr əhəmiyyətsiz hesab edilir. Bu növ bağışlamaya mülki qanunvericiliyin vərəsəlik qaydaları tətbiq edilir (MM-in 670.2-ci maddəsi). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 673.3-ci maddəsinə əsasən bağıçlamadan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Mülki işin materiallarından göründüyü kimi mübahisəli əmlak İddiaçı tərəfindən Cavabdeh1 Nurəddin qızına bağışlanmışdır. Həmçinin bağışlanma müqaviləsindən görünür ki, bağışlanma müqaviləsi bağlanarkən hədiyə alan tərəfidən hər hansı bir öhdəliklərin icrası ilə məhdudlaşdırılmamışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi bağılamadan imtia ilə bağlı mübahisələr üzrə xüsusi iddia müddəti, yəni bir illik iddia müddəti tətbiq edilir. İşin faktiki hallarından da görünür ki, bağışlanma müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış hazırkı tələblə iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən imtina ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərədə tutulmuş xüsusi iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı paylı mülkiyyət əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m, yaşayış sahəsi 74.3 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 Nurəddin qızına bağışlanmasına dair 30 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış daşımaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşımaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1659/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1659/2022
29.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver