Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1661/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində 26 iyul 2023-cü il tarixli azyaşlının olması səbəindən iddia ərizəsinə qeydiyyat yeri üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmasına, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 26 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq 1500 manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşı tamam olanadək 100 manat sabit pul məbləğinin və Mediasiya prossesinin keçirilməsi üçün həmçinin dövlət rüsumu olaraq ümumilikdə onun tərəfdən ödənilmiş 100 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və Cavabdeh 12 fevral 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar və bununla əlaqədar onlara “482370” nömrəli “Nikah haqqında şəhadətnamə” verilmişdir. Rəsmi nikah dövründə, 26 iyul 2023-cü il tarixdə X3 dünyaya gəlmişdir.Övdladları yeni dünyaya gəldiyi gündən 2 ay müddətinə, yeni 2023-cü ilin sentyabr ayınadək cavabdeh onun və övladının qayğısına qalmış, maddi və mənəvi cəhətdən köməklik göstərmişdir.2023-cü ilin sentyabr ayından etibarən ona və övladına qarşı laqeyd yanaşmış, süni şəkildə davalar salaraq münasibətlərini pozmuşdur.Halhazırda cavabdeh övladına qarşı öhdəliklərini yerinə yetirmir, onlarla birlikdə yaşamır və öz atalıq borcunu yerinə yetirməyərək uşağın madi ehtiyaclarını qarşılamaqdan boyun qaçırır.Hal-hazırda övladı X3 onun himayəsindədir. Uşaq körpə olduğundan o heç yerdə çalışa bilmir və ona baxacaq başqa şəxs yoxdur. Bu da onun maddi sıxıntılaraq düşməyinə səbəbdir və uşağın müəyyən xərclərini qarşılamağa yetmir.Cavabdehin övladına qarşı olan biganə müanasibətini, uşağa faktiki anasının baxmasını, onun bütün maddi xərclərinə olan ehtiyaclarını onun ödəməyini də nəzərə alaraq cavabdehlə birgə münasibətlərindən doğulmuş övladı X1 üçün cavabdehdən aliment tutularaq ona ödənilməlidir.Eyni zamanda cavabdeh biznes fəaliyyəti ilə məşğul olur və yüksək miqdarda gəlir əldə edir Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o hal-hazırda işləmir həmçini onun birinci nikahından da üç uşağı vardır. Lakin o 235 manat aliment ödəməyə razıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı, 905324 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.Atası Cavabdeh, anası isə İddiaçıdır. “epul” ödəniş portalının ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mediasiya Şurası Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/162024- 00028 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşin araşdırılmış hallarından görünür ki, tərəflər rəsmi nikah münasibətində olmuş, tərəflərin rəsmi nikahından bir uşaq dünyaya gəlmişdir. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir.İddiaçı hazırda uşağın saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün hər ay 1500 manat aliment və uşağın 3 yaşı tamam olanadək saxlanılması üçün hər ay 100 manat tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, bütün işin qeyd edilən hallarına əsasən məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddia qismən təmin edilməlidir Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediasiya xərci üçün 50 manat xərcin və dövlət rüsumunun ödənilməsi üçün 50 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, Cavabdeh mediasiya xərci üçün ödənilmiş 50 manat və dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pul isə tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 22 fevral 2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməli, İddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti və 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 22 fevral 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat məbləğində dövlət rüsumu, ümumilikdə 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1661/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1661/2024
19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver