Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1671/2024 01.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 onun yanında qalması və onun saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ayda 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuş, birgə nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki övladı anadan olmuşdur. Onların arasında münasibətlər korlandığı üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)2015/2021 saylı qətnaməsi ilə Ağdam rayonu, Paprəvənd kənd Ərazi dairəsi nümayəndəliyində bağladıqları akt qeydi pozulmuşdur. Hesab edir ki, uşaqlar onunla qalmalı və onun saxlanılması üçün cavabdeh iddiaçının xeyrinə hər ayda 235 manat sabit pul məbləğində aliment ödəməlidir. Daha sonra iddaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ayda 235 manat olmaqla, ümumilkidə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01 aprel 2024-cü il tarixdə iddaçı iddia tələbinin həcminin azadılması barədə ərizə təqdim edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrimə hər ayda 150 manat olmaqla ümumilkidə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmuna uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini eturaf edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ondan iddiaçının xeyrinə hər ayda 150 manat olmaqla, ümumilkidə 300 manat sabit pul məbləğində alimentin tutulmasına etirazı olmadığını bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 846845 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 186397 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə MŞB/1/2024-00042 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-1 N- 420692 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin 06-cı ayının 24-cü günündə 169 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2015/2021 saylı qətnaməsində görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Ağdam rayon Papravənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində xx.xx.2013-cü il tarixdə 08 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 nikah pozulduqdan sonra anası cavabdeh İddiaçı yanında saxlanılmışdır. İş materiallarında olan İddiaçı ərizəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay 150 manat olmaqla ümumilkidə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ondan iddiaçının xeyrinə hər ayda 150 manat olmaqla, ümumilkidə 300 manat sabit pul məbləğində alimentin tutulmasına etirazı yoxdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, məhkəmənin qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmışdır. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilkidə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi xahiş etdi, Cavabdeh uşaqların saxlanılması üçün hər ay 150 manat olmaqla, ümumilkidə 300 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmədi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qAsancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qAsancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qAsancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qAsancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qAsancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına uyğun olaraq Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatandır. Odur ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 150 manat olmaqla ümumilikdə 300 manat məbləğində aliment tutulmalıdır. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, cəmi 300 manat miqdarında alimentin tutulmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1671/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1671/2024
01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver