Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1737/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 246 manat, iki uşağa görə 492 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 700 manat, iki uşağa görə 1400 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, Cavabdeh ilə 2011-ci il tarixdə rəsmi nikaha daxil olublar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə təxminən 6 aydır ki ayrı yaşayırlar. Özü “Azermed”-də əczaçı işləməklə, 450 manat əmək haqqı alır. Cavabdeh Qazax rayonunda yaşamaqla "xxxx"-də mağaza müdiri işləyir və 2000 manat əmək haqqı alır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, ataları Cavabdeh, anası İddiaçı olan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh aid məlumat pəncərəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 363,56 manat, "xxxx" ASC-yə 8410 manat və 537 manat və "xxxx" MMC-yə 647,52 manat olmaqla, ümumilikdə 9 958,08 manat məbləğində icra sənədləri mövcuddur. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. İddia tələbini tam şəkildə qəbul edir. Buna görə də, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aybaay Cavabdeh əmək haqqından 50%(1000AZN) "xxxx" ASC-nin xeyrinə tutulur. Banka olan borcundan 588.70 AZN, 19,66 AZN və 37.59 AZN ödənilməmiş icra borcları vardır ki, onlara münasibətdə hələ tutulma tətbiq edilmir. Qeyd edilənlərdən əlavə aylıq 300 AZN şirkətdə maddi məsul şəxs kimi əmək haqqına tutma tətbiq edilir. Məhkəmədə müəyyən olundu ki, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 anası ilə qalırlar. Nikah pozulmayıb və cavabdehin başqa borclarla bağlı öhdəlikləri vardır. Ailə məcəlləsinin 75.5-ci maddəsinə əsasən, “aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir”. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. Məhkəmə iddianın cavabdehdən hər uşağa 700 manat tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi məqbul olmamaqla, ağlabatan deyildir. Belə ki, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 700 manat olmaqla, cəmi 1400 manat sabit pul məbləğində alimentin tutulması cavabdeh digər icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdə çətinliklər yaratmaqla yanaşı, hazırki dövrdə cavabdehin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmalıdır. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqlarının mənafeyini nəzərə alaraq, cavabdeh uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları, cavabdehin idddianın təmin olunmasına etiraz etmədiyini əsas tutaraq, cavabdehdən iddiaçının xeyrinə hər ay (2025-cü il üzrə 400 manat məbləğində müəyyən edilmişdir) 0,61 (246 AZN:400AZN=0,61) misli məbləğində sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 (246 manat:400 manat=0,61) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1737/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1737/2025
02.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver