Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1803/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin əmlaka yönəldilməsi" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzil mülkün ona aid ‘A hissə payının qiymətləndirilərək alimentin ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə aralarında bağlanmış nikah pozulmuş və 2(010)-2394/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh hər ay 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar, İddiaçı xeyirinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqımda qərar qəbul edilərək, surəti borclu Cavabdeh, icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Lakin icra məmurunun müvafiq tədbirlər görməsinə baxmayaraq bu günə qədər icra sənədində göstərilən aliment məbləğindən bir manat belə ödənilməmişdir. Aliment işi ilə bağlı olaraq (işin 15580/2014-12-5 işin e146726/2020-12-l) bütün sənədlər icraya göndərilmişdir. Amma o, 2020-ci ildən bu günə qədər aliment almır, uşaqlara tək baxır. Tək ana olaraq iki uşağın tələblərini, təminatını ödəmək çətindi məcburdur. Cavabdeh, Cavabdeh adında ünvan 1 ünvanında yerləşən mənzil mülkünün 1/2 hissə payı onun və 1/2 hissə payı cavabdehə məxsusdur. Cavabdehə məxsus ½ pay qiymətləndirilməli və alimentin ödənilməsinə yönəldilməlidir. Cavabdehin adında Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllə 2 giriş 6-ci mərtəbə 52 saylı mənzildə yaşamağa mülkü var. Cavabdehin alimenti ödəmədiyini nəzərə alaraq ödənişi onun əmlakına yönəldilməsi ədalətli və məqsədəuyuğun olardı. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdurlar. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-6235/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh və X9 arasında 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-233 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilinə dair X5 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilində Cavabdeh payının 1/2 hissədə, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilindən X5 ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə “Bakı- İnşaat-2005" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilin alınması üçün 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən “Bakı-İnşaat-2005’’ MTK-ya ödənilmiş 37500 manat məbləğ təşkil edən həmin mənzilə dair kooperativ paya Cavabdeh payının 1/2 hissədə, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, ev 23 mənzil 48 xüsusi mülkiyyət əsasında ********** saylı qeydiyyat nömrəsi ilə paylı mülkiyyətçilər Cavabdeh 1/2 hissədə və İddiaçı da 1/2 hissədə məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-150/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, Hesab AZ34CTRE********************) qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 9474 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh iyul 2022-ci il tarixdən iyul 2023-cü il tarixə kimi borclu barəsində bütün məcburi tədbirlər görülməsinə baxmayaraq aliment almamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 9634 saylı məktubundan görünür ki, tələbkar olduğunuz icra sənədi üzrə Xəzər Rayon İcra şöbəsində başlanılmış icraat zamanı borclu Cavabdeh tələbi könüllü təmin etməmiş, onda tələbin yönəldilə biləcək əmlak və gəlirlər aşkar edilməmişdir. Məlumat vermədən yaşayış yerini dəyişdiyinə və olduğu yeri müəyyən etmək mümkün olmadığına görə Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə axtarış işi açılmışdır. Əlavə olaraq qeyd olunur ki, icra sənədlərində olan ödənişləri təsdiq edən sənədlərə ösasən Cavabdehrt aliment üzrə borcu 11806 manat təşkil edir. Axtarışın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. İddia ərizəsinin məzmunundan görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin cavabdeh tərəfindən icra edilməməsinə görə iddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, ev 23 mənzil 48 xüsusi mülkiyyət əsasında ********** saylı qeydiyyat nömrəsi ilə paylı mülkiyyətlə Cavabdeh 1/2 hissəsi payının qiymətləndirilərək alimentin ödənilməsinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia predmeti məzmuni etibarı ilə məhkəmədə baxılmalı deyildir və iş üzrə icraata xitam verilməlidir. Ona görə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Bundan əlavə “İcra haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, icra tədbirlərinə daxildir borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.1 və 50.2-ci maddələrinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.(50.1). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. (50.2) Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Qanunun tələbindən də göründüyü kimi, mövcud iddia predmeti məzmuni etibarı ilə məhkəmədə baxılmalı deyildir. Çünki, iddiaçının tələbinin mahiyyətini təşkil edən faktlar bilavasitə Azərbaycan Respublikası “İcra haqqında” Qanunu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur və həmin tənzimləmənin həyata keçirilməsi icra məmurunun səlahiyyətlərinə aiddir. Buna baxmayaraq isə iddiaçı heç bir əsas olmadan məhkəməyə müraciət etmiş, cavabdehin paylı mülkiyyətində olan 1/2 hissəsinin qiymətləndirilməklə alimentə yönəldilməsini tələb etmişdir. Hazırda iddiaçı məhkəmə müdafiəsində istifadə etsə də, mövcud iddia ərizəsi qanunvericiliyin tələblərinə zidd olmaqla, iddiaya məhkəmədə baxılmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda sadalanan qanunvericilik akt normalarına əsasən məhkəmə Cavabdeh ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzil mülkün ona aid ‘A hissə payınmn qiymətləındirilərək alimentin ödənilməsinə yönəldilməsi tələbinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının hazırki mülki iş məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli olduğundan, çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o, ərizə ilə məhkəməyə müraciət edərkən cəmi 100,0 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.4-ci maddəsinə əsasən qüvvədə olan bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 262-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261,263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "alimentin əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. xx.xx.2023-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1803/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1803/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver