Məhkəmə qərarları › İş №2(003)-1814/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1814/2020

05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1814/2020 05.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aliment tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin artırılması və uşağın ananın yanında qalması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 məqsədi ilə hər ay 170 manat onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2008-ci il təvəllüdlü X2 cavabdeh İddiaçı alınaraq ona verilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3524/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün tutulan alimentin miqdarı artırılması və cavabdeh İddiaçı xx xxxx 2004-cü il təvəllüdlü X3, xx xxxx 2006-Cl il təvəllüdlü X4 və xx xxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat və xx xxxx 2006-cı il təvəllüdlü X4 müalicəsi ilə əlaqədar 100 manat əlavə xərclər alınıb sabit pul məbləğində ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, aralarında yaranmış mübahisənin həll olunduğundan, ilkin iddiadan imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aralarında yaranmış mübahisənin həll olunduğundan qarşılıqlı iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin və qarşılıqlı iddiadan imtinalar qəbul edilməklə hazırki iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə ilkin və qarşılıqlı iddialar üzrə iddiaçıların iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiadan imtina etmələri özlərinin subyektiv hüququ olub, onların iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də hər iki iddia üzrə iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı xx.xx.2008-ci il təvəllüdlü X1 məqsədi ilə hər ay 170 manat onun xeyrinə aliment tutulması tələbinə dair ilkin və ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı xx xxxxx 2008-ci il təvəllüdlü X2 cavabdeh İddiaçı alınaraq ona verilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3524/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün tutulan alimentin miqdarı artırılması və cavabdeh İddiaçı xx xxxx 2004-cü il təvəllüdlü X3, xx xxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat və xx xxxx 2006-cı il təvəllüdlü X4 müalicəsi ilə əlaqədar 100 manat əlavə xərclər alınıb sabit pul məbləğində ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə ilk və qarşılıqlı iddialar üzrə iddiaçıların iddialarından imtinaları qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar