Məhkəmə qərarları › İş №2(003)-1912/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1912/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1912/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında ünvan ünvanda yerləşən sahəsi 0,0378 ha torpaq sahəsinin alqısatqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasını Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən 21 may 2003-cü il tarixli 28 saylı Əmrdən çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılıb. Cavabdeh həmin torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün müraciət etmiş, həmin 0,10 ha torpaq sahəsinin yalnız 0,0622 ha sahəsini qeydiyyata alınmış və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, A 264545 saylı torpaq sahəsinin plan və ölçüsünə dair rəsmi sənəd verilmişdir. Qalan 0,0378 ha torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin keçdiyi əraziyə aid olduğu üçün çıxarış verilməsindən imtina edilmişdir. Cavabdeh Buzovna qəsəbəsi, sahə 1.1128 saylı, 0,0622 ha torpaq sahəsindən 0.0322 ha torpaq sahəsini onun atası X2, digər sahəni isə başqa bir şəxsə satmışdır. Yerdə qalan 0,378 ha torpaq sahəsini isə yuxarıda qeyd edildiyi kimi yüksək gərginlikli elektrik xətlərinin altına düşdüyünə görə qeydiyyata alınmasından imtina edildiyinə görə sənədsiz ona satmışdır. Aralarındakı faktiki alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmayan torpaq sahəsi ona Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin KTM-nin xx.xx.2003-cü il tarixli, 28 saylı əmri ilə ayrıldığına görə razılaşmış və razılaşmaya görə o cavabdehə ayrıayrılıqda müxtəlif vaxtlarda 5000 (beş min) manat pul vermişdir. Bunun müqabilində cavabdeh ona notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci ildə Bakı şəh., 7 saylı DNKda 7 E -3792 nömrəsi ilə qeydə alınmış 82 il müddətinə etibarnamə vermişdir və gələcəkdə torpaq sahəsini cavabdeh tərəfindən və ya onun tərəfindən qeydiyyata alınacağı təqdirdə aralarında alqı-satqı müqaviləsi bağlanacağına söz vermişdir. Həmin vaxt sənədsiz torpaq sahəsinin bir sot bazar qiyməti təxminən 1500-2000 manat təşkil edirdi. Atası da ondan 0,0322 ha torpaq sahəsi alarkən torpağın sənədləri olduğu üçün 12000 manat pul vermişdir. Ona satdığı sahənin sənədləri olmadığına görə 5000 manata razılaşmışdır. Aralarında mübahisə başlandıqdan sonra ona verdiyi etibamaməni ləğv etdirmişdir. Etibarnamə məhkəmə çəkişməsi başlamamışdan qabaq etibarlı idi. Onlar arasındakı razılaşmada dayısıoğlu və digər şəxslər iştirak edib. Cavabdeh tərəfindən isə həyat yoldaşı və özü iştirak edib. Bu razılaşmadan sonra o, həmin sahəni mişar (kubik) daşı ilə hasara almaqla kürsülü bir mərtəbəli ev tikmişdir. Müvafiq icazələr əsasında evə su, işıq xətləri çəkdirmiş və sayğaclar quraşdırmış və müqavilələr onun adınadır. Hər ay vaxtlı-vaxtında da ödənişlər edir. Mübahisəli torpaq sahəsində hasarın və evin onun tərəfindən inşa edilməsini tikintidə çalışan bütün usta və fəhlələrdə təsdiq edə bilər. Onlar arasında torpağın alqı-satqısına dair razılaşma əldə olunub və ona qeyd etdiyi məbləğdə pul verdikdən sonra cavabdeh xx.xx.2017-ci il tarixdə 82 il müddətində Buzovna qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, çıxarış almağı, əmlakı özəlləşdirib çıxarışı aldıqdan sonra 0,03 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətlər etməyə dair etibarnamə vermişdir. Əgər, onlar arasında şifahi razılaşma əsasında alqı-satqı müqaviləsi olmayıbsa və o cavabdehə 5000 manat pul verməmişdirsə, bəs onda cavabdeh ona nəyə və hansı səbəbə görə məhz həmin torpaq sahəsi olan əmlakı üzərində sərəncam vermək hüququ verən etibarnamə verirdi. Mübahisəli 0,0378 ha torpaq sahəsinə görə cavabdehə çıxarış xx.xx.2019-cu il tarixdə verildiyi halda etibarnaməni cavabdeh ona xx.xx.2017-ci ildə, yəni torpaq sahəsinə dair öz adına çıxarış almamışdan 2,8 il əvvəl vermişdir. Əgər onların arasında hər hansı bir qohumluq, dostluq, qonşuluq, yoldaşlıq münasibətləri və razılaşma olmadığı bir halda cavabdeh nəyə görə ona etibarnamə verirdi. Bu tikinti onun gözü qarşısında aparıldığı halda nəyə görə müvafiq orqanlara və məhkəməyə o vaxt müraciət etməyib. Nəzərə alsaq ki,o orada 2017-ci ildə inşa edərkən torpaq sahəsinə onun hər hansı bir hüquq verici sənədi olmadığına görə iddia qaldıra bilməyib. Ona görə müraciət etməyib ki, həmin vaxt yəni, o evi tikərkən həmin torpağa onun mülkiyyət hüququ olmayıb və onun özünə aid olmayan torpaq sahəsinə etibarnamə vermişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 bildirdi ki, iddia ərizəsində göstərilən xüsusatları qəbul etmir, tamamilə şər böhtandır və həqiqəti əks etdirmir. Belə iddiaçı iddia ərizəsində göstərir ki, aralarında faktiki alqı-satqı müqaviləsinə görə dövlət reyestrində qeydiyyin alınmayan 0.378 ha torpaq sahəsini ona satmışdır və ayrı ayrılıqda ondan 5000 (beş min) manut pul almışdır. Guya həmin məbləği ona verərkən onlar tərəfdən kimlərsə onun tərəfdən isə həyat yoldaşı faktiki alqı-satqı zamanı iştirak edib. Onun mülkiyyətində olan zəbt olunmuş torpaq suhəsinin boşaldılmasına dair iddia tələbi əsasında Xəzər Rayon Məhkəməsində gedən digər prosesdə hazırki iddiaçı pulu məhz onun mərhum həyat yoldaşına verdiyini indi onun torpağın altında olduğundan necə sübut edəcəyini dəfələrlə hakim onun diqqətinə çatdırırdı. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd edir ki, evi və torpaq sahəsini dörd tərəfdən mişar daşı ilə onun gözünün qabağında 2017-ci il tarixində o həmin əraziyə mülkiyyət hüququ əldə etməmişdən öncə tikmişdir. Buradun da görünür ki, iddiaçı həqiqətdən kənar danışmağa çox meyillidir. Bildirir ki, mülkiyyətində olan torpaq sahəsini özünün vəə ailə vəsaitinin hesabına 2013-cı ildən təxminən 10 daş hündürlüyündə hasara almışlar, lakin iddiaçı onun mülkiyyətində olan torpaq sahəsini zəbt etdikdən sonra 2020-ci il tarixində təxminən 110 kv.metr ölçüdə ev və əlavə 3 daş hündürlüyündə daş hasar çəkmişdir. Bünu yarımtikiliyə və əlavə tikilmiş 3 daş hasara baxarkən müəyyən etmək heç də çətinlik törətmir, iddiçının aralarında torpağın alqısatqısına dair razılaşma əldə olunduqdan və qeyd olunan məbləğin verilməsindən sonra xx.xx.2017-ci il tarixində, 82 il müddətinə Buzovna qəsəbəsi Tərəvəzçilik-südçülük sovxozu ərazisində onun istifadəsinə verilmiş 0.10 torpaq sahəsinə dair hərəkətlər etməyi ilə bağlı iddiasına cavab olaraq bildirir ki, o ümumi onun adına olan 0,10 ha. torpaq sahəsinin rəsmiləşdirilməsindən sonra iddiaçının atasına satdığı 0,03 ha torpaq sahəsi üzərində bağışlamaq, sərəncam vermək hüququ vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı onun bibisi oğludur. Məsələ 2017-2018-ci illərə təsadüf edirdi. Həmin vaxtlar o polis idarəsində işləyirdi. Tərəflər Buzovna qəsəbəsi Poliklinikanın yaxınlığında görüşdülər. Asim cavabdehə 1500 manat pul verdi. Söhbətdən anladığın o oldu ki, verilən 1500 manat 5000 manatın bir hissəsidir. Qarşı tərəf bildirmişdir ki, torpağın sənədi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, iddiaçının atasıdır. Mübahisəli torpaq sənədsiz olduğuna görə onlar onu 5000 manata almağa razılaşmışlar. Onun yanında, oğlu, cavabdeh tərəfə 2000 manat pul verdi, qalan 3000 manatı isə hissəhissə ödədi. Pulu cavabdehin yoldaşı Nizamiyə verdilər. Mübahisəli torpaq onların torpağın yanında yerləşir. 3000 manatın ödənişi onun iştirakı ilə olmayıb. Onu oğlu hissəhissə ödəyibdir. Məhkəmə iş üzrə tərəflərin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1-1128 Cavabdeh mülkiyyətindədir. Torpaq sahəsinin ölçüsü 0,0378 ha-dır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A 264545 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1-1128 sənəd üzrə sahəsi 0,1 ha, faktiki 0,0622 ha-dır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 010 nömrəli arayışda Cavabdeh X5 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 1-1128 kodu torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********2 nömrəli mütəxəssi rəyində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 75 m2 hissəsi reyestr nömrəsi **********44 olub Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ ******* nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh verilmiş **********95 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan 0,0622 ha torpaq sahəsindən 0,0322 ha hissəsini X1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir Həmin Məcəllənin 334-cü maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən Cavabdeh X5 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin Cavabdeh mülkiyyətindədir. Torpaq sahəsinin ölçüsü 0,0378 ha-dır. Həmçinin məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A 264545 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1-1128 sənəd üzrə sahəsi 0,1 ha, faktiki 0,0622 ha-dır. Eyni zamanda məhkəmə müəyyən etdi ki, dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan 0,0622 ha torpaq sahəsindən 0,0322 ha hissəsini X1. İddiaçının vermiş olduğu izahatından dövlət reyestrində qeydə alınmayan 0,378 ha torpaq sahəsini isə cavabdehlə aralarında olan razılaşmaya əsasən ona satməşdır. Hazırda iddiaçı ünvan ünvanda yerləşən sahəsi 0,0378 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasını Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir, bundan başqa daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün tərəflər arasında daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə olmalıdır. Daşınmaz əmlaka dair əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında ünvan ünvanda yerləşən sahəsi 0,0378 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasını Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında ünvan ünvanda yerləşən sahəsi 0,0378 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasını Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar