Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1939/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cavabdehdən hər ay hər uşağa 200,0 manat olmaqla, cəmi 400,0 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşdirmə ərizəsi verərək, edərək birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cavabdehdən hər ay bütün növ gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehin başqa qadınla yaşadığını bildirdi, ona və uşaqlarına baxmır, bu səbəbdən ayrılmaq qərarına gəlib. Həmçinin nikahın pozulmasına dair Xəzər Rayon Məhkəməsində mülki işinin olduğunu bildirdi . Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(003)-1918/2022 saylı mülki iş Xəzər Rayon Məhkəməsinin icraatındadır və hazır ki 2(003)-1939/2022 saylı mülki iş üzrə mübahisə predmeti ilə eynidir. Belə ki, qeyd olunan mülki iş üzrə iddia tələbi nikahın pozulmasından, hazırki iş üzrə isə aliment tələbindən ibarətir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatda olan 2(003)-1939/2022 saylı mülki işlə 2(003)-1918/2022 saylı mülki işlərin biri biri ilə bağlı tələb olmasını, yəni 2(003)-1918/2022 saylı mülki işdə iddia tələbinin nikahın pozulması tələbi olmasını nəzərə alaraq qeyd edir ki, məhkəmə nikahın pozulması haqqında qətnamə qəbul edərkən həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyindən hansı və hansı miqdarda tutulduğunu müəyyən edilməsidir. Məhkəmə bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan, İddiaçın Cavabdeh qarşı “aliment” tələbinə dair 2(003)-1939/2022 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(003)-1918/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşdirilmiş icraatda 2(003)-1918/2022 nömrəsi saxlanılmaqla hazırkı 2(003)- 1939/2022 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1939/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1939/2022
08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver