Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2020/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X4 04 aprel 2015-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan üç uşaqları olmuşdur. 2005-ci il tarixində Bakı şəhəri 55 saylı MKİS-nin icazəsi ilə iki otaqlı hamam, tulaet, mətbəxdən ibarət ev tikmişdir. Hal-hazırda həmin evdə pasport qeydiyyatındadır. Lakin cavabdeh onun əmlakına qanusuz sahiblənməklə, onun evində yaşamağa imkan vermir. Evdən çıxarılmasına dair iddia ərizəsinə əsasən onun evə köçürülməyi cavabdehin evdən çıxarılmasına dair xx.xx.2022-ci il tarixində məhkəmə qətnamə çıxarmışdır. Üç ildir ki, öz evində yaşaya bilmir və evə daxil ola bilmir. X1 ilə də olan nikahı pozulmuşdur. Cavabdeh rəsmi surətdə ünvan 1 ünvanda qeydiyyatdadır. Onun xüsusi mülkiyyətinə daxil olan aşağıda qeyd edilən əmlakları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Cavabdeh könüllü olaraq onun əmlaklarını geri qaytarmaq istəmir. İşin məhkəmədən kənar mediyasiya vasitəsi ilə həll etmək istəyinə isə cavabdeh mediyasiya gəlməməklə imtina etmişdir. Aşağıda qeyd edilənlər cavabdehin qanunsuz sahibliyindədir: Kondisoner "LC" bir ədəd - 1000 manat, Mətbəxt mebeli -900 manat, Qaz sobası və aspirator- 220 manat, Şirəçəkən -300 manat, Lüstr-80 manat, Pərdə- 60 manat, Divan, Sal oğlu, belka 390 manat, Stol “Salo gen"-250 manat, Stul 300 manat, Musiqi mərkəzi 700 manat, Kovralit 250 manat, Paltaryuyan maşın "Smens" 460 manat, Mikrosoba 410 manat, Divan mebeli 350 manat, Lüstr -120 manat, Pərdə 60 manat, Yataq mebeli "Saloğlu "-1810 manat, Fen- 110 manat, Televizor Samsunq 599 manat, Toz sora ‘'Samsung” 109 manat, Soyuducu "Siemens ”1180 manat. Onun qeyd edilən əmlaklar üzərində mübahisəsiz əmlak hüququ vardır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. O, xüsusi mülkiyyətində olan əmlakdan məhrum edilmişdir. Odur ki, Kondisoner "LC" bir ədəd - 1000 manat, Mətbəxt mebeli -900 manat, Qaz sobası və aspirator- 220 manat, Şirəçəkən -300 manat, Lüstr-80 manat, Pərdə- 60 manat, Divan, Sal oğlu, belka 390 manat, Stol “Salo gen"-250 manat, Stul 300 manat, Musiqi mərkəzi 700 manat, Kovralit 250 manat, Paltaryuyan maşın "Smens" 460 manat, Mikrosoba 410 manat, Divan mebeli 350 manat, Lüstr -120 manat, Pərdə 60 manat, Yataq mebeli "Saloğlu "-1810 manat, Fen-110 manat, Televizor Samsunq 599 manat, Toz soran ‘'Samsung” 109 manat, Soyuducu "Siemens ”1180 manat, cəmi 9977,0 manat dəyərində əmlak və ya onların dəyərinin cavabdeh Əzizova (Məcidova) Fərəh Vaqif qızından alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddia tələbində göstərilən əşyalardan mətbəx mebeli, kondisioner, musiqi mərkəzi, televizor, kovralit, tozsoran, qaz sobası aspirator, soyuducu, mikrosobanı, divanı (dəyəri 350 manat olan) həqiqətən də iddiaçı almışdır. Evin qonaq və yataq otağında lüstur və pərdələr var. Evin qonaq otağında olan lüstr və pərdə iddiaçıya məxsusdur. Qalan əşyaları isə həyat yoldaşı ilə birlikdə almışlar. Belə ki, iddiaçının tələb etdiyi Şirəçəkən, Divan Sal oğlu, belka, Stol “Salo gen", Stul, Divan mebeli, Yataq mebeli "Saloğlu” İlqar Əzizov və Cavabdeh birgə nikahı dövründə, Paltaryuyan maşın "Siemens" isə nikahdan əvvəl İlqar Əzizov tərəfindən alınıb. Fen, digər lüstür və pərdə isə əri ilə birlikdə birgə nikah dövründə alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatındakı xüsusatları qeyd edərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur. Onlarla yaxın dostluq münasibətləri vardır. İddiaçının oğlu İlqar ilə birlikdə 2014-cü ildə “Saloğlu” mebel mağazasından mətbəx mebeli, divan, televizor almışlar. Sözügedən mebelləri İlqar ilə birlikdə evə gətirmiş, ustalar da öz növbəsində mebelləri evə quraşdırmışlar. O, İlqar və Fərəhin toyunda iştirak etməmişdir. Digər şahid X2 ifadəsində göstərmişdir ki, iddiaçının 36 illik qonşusudur. Onlarla yaxın dostluq münasibətləri vardır. Cavabdehi 2015-ci ildən iddiaçının gəlinləri kimi tanıyır. İddiaçı 2014-cü ildə “Saloğlu” mebel mağazasından mətbəx mebeli, divan, soyuducu, konsidioner, televizor almış, sözügedən mebelləri evə gətirmiş, ustalar da öz növbəsində mebelləri evə quraşdırmışlar. Həmin vaxt o, evi və mebelləri təmizləmişdir. Yataq mebeli toydan sonra alınmışdır. Xalça, lüstr, pərdə, iran sobası, stol-stul dəsti toydan sonra iddiaçı tərəfindən alınmışdır. Toydan əvvəl cavabdeh Fərəh heç bir mebel gətirməmişdir. O, İlqar və Fərəhin toyunda iştirak etməmişdir. Digər şahid X4 ifadəsində göstərmişdir ki, iddiaçının oğludur. O, cavabdehlə evli olub. Fərəh ilə rəsmi qaydada nikaha daxil olmağının və boşanmağının tarixlərini xatırlamır. Cavabdeh tərəfdən ona üzük belə alınmamışdır. Sözügedən mebellərin və digər əşyaların hamısını onun atası almış, kreditləri də atası ödəmişdir. Cavabdeh evlənərkən heç bir cehiz gətirməmiş, bunun əvəzində cavabdehin atası 0,08 ha torpaq verəcəyini demişdir. Cavabdeh yalnız anasının borclarını ödəyir. Digər şahid Ramazan-zadə heyran Ramazan qızı ifadəsində göstərmişdir ki, cavabdehin xalası qızıdır. Cavabdehin bütün cehizlərini toyundan əvvəl onun iştirakı ilə evinə aparmışlar. Həmin mənzildə yalnız mətbəx mebeli var idi. Xalası qızı Fərəhin toyundan sonra yataq mebeli alınmışdır. O, tərəflərin evlərinə tez-tez qonaq gedirdi. İlqar və Fərəhin toyunda iştirak edib. Cehiz əşyalarını dəqiq xatırlamır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan “Saloğlu” mebel mağazasının sifariş formlarından görünür ki, Əzizov İlqar xx.xx.2015-ci il tarixdə 1810,0 manat dəyərində yataq mebeli və 390,0 manat dəyərində belka,xx.xx.2015-ci il tarixdə 250,0 manat dəyərində masa sifarişini təhvil almışdır. İşdə olan "xxxx" BOKT ASC-nin xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixində “Samsung” markalı 599,0 manat dəyərində olan televizoru kredit yolu ilə əldə etmişdir. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, X4 "xxxx" MMC-dən xx.xx.2018ci il tarixdə 1341,0 manat dəyərində avadanlıq almışdır. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, X4 "xxxx" MMC-dən xx.xx.2018ci il tarixdə 664,0 manat dəyərində avadanlıq almışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X4 2014-cü ildən cari tarixədək 2014-cü ildə 259,0 manata TV Samsung, 289,0 manata telefon, 559,0 manata W/machine Siemens, 839,0 manata Fridger Siemens, 525,0 manata Samsung telefon, 539,0 manata W/machine Siemens, 199,0 manata telefon Alcatel, 429,0 manata telefon Lenovo, 359,0 manata Şirəçəkən Tefal, 309,0 manata Telefon LG, 619,0 manata telefon Xiaomi, 499,0 manata telefon Xiaomi, 329,0 manata telefon Xiaomi əldə etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının oğlu X4 ilə cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar nikaha daxil olduqdan sonra iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Lakin sonradan İlqar Əzizov və Cavabdeh arasında ailə münasibətləri pozulmuşdur. Cavabdeh hazırda mübahisəli evdə yaşamağa davam edir. İddiaçı oğlu və gəlininin ailə münasibətləri ərzində birlikdə yaşadıqları və ona məxsus olan fərdi yaşayış evindəki əşyaların ona məxsus olduğunu iddia edərək həmin əmlakları tələb etmişdir. Cavabdeh iddia ərizəsində qeyd olunan əşyaların onda olduğunu etiraf etmişdir. Həmçinin cavabdeh iddia ərizəsində qeyd olunan bəzi əşyaların həqiqətən iddiaçıya aid olduğunu, bəzilərini isə iddiaçının oğlu olan keçmiş həyat yoldaşı ilə birlikdə aldıqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı “Məhkəmə qətnaməsi haqqında” qərarının 9.2-ci bəndinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Belə ki, cavabdeh iddia ərizəsində qeyd olunan dəyəri 900,0 manat olan mətbəx mebelini, dəyəri 1000,0 manat olan “LC” markalı kondisioner, dəyəri 700,0 manat olan musiqi mərkəzi, dəyəri 599,0 manat olan “Samsung” markalı televizor, dəyəri 250,0 manat olan kovralit, dəyəri 109,0 manat olan “Samsung” markalı tozsoran, dəyəri 220,0 manat olan qaz sobası aspirator, dəyəri 1180,0 manat olan “Siemens” markalı soyuducu, dəyəri 410,0 manat olan mikrosoba, dəyəri 350,0 manat olan divan, dəyəri 80,0 manat olan lüstr, dəyəri 60,0 manat olan pərdəni iddiaçının aldığını etiraf etmişdir. Cavabdeh tərəf həmin əşyaların onda olduğunu və həqiqətən də iddiaçıya məxsus olduğunu etiraf etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (maddə 191.3). Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər” (maddə 220.4). Məhkəmə qeyd edir ki, cavabdehin izahatında qeyd etdiyi əşyaların onda olduğunu etiraf etdiyindən, qeyd olunan mətbəx mebeli, kondisioner, musiqi mərkəzi, televizor, kovralit, tozsoran, qaz sobası aspirator, soyuducu, mikrosoban, bir ədəd lüstr və pərdədən ibarət əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İş üzrə həmçinin müəyyən edildi ki, iddiaçının tələb etdiyi Şirəçəkən, Divan, belka, Stol “Salo gen", Stul, Divan mebeli, Yataq mebeli "Saloğlu” İlqar Əzizov və Cavabdeh birgə nikahı dövründə, "Siemens" markalı Paltaryuyan maşın isə nikahdan əvvəl İlqar Əzizov tərəfindən əldə olunmuşdur. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının qeyd olunan əşyalara dair iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı iş üzrə iddiaçının ona məxsus olduğunu və cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etdiyi əşyaların İlqar Əzizov və Cavabdeh birgə nikahı dövründə, "Siemens" markalı Paltaryuyan maşının isə nikahdan əvvəl İlqar Əzizov tərəfindən əldə olunduğu mübahisəsiz olaraq müəyyən edilir. İddiaçı, həmin əşyaların onun mülkiyyətində olduğunu iddia etsə də, bu hala dair hər hansı bir sübut təqdim edə bilməmiş, əksinə müəyyən olunmuşdur ki, həmin əşyalardan Şirəçəkən, Divan, belka, Stol “Salo gen", Stul, Divan mebeli, Yataq mebeli "Saloğlu” oğluu və keçmiş gəlininin birgə, "Siemens" markalı Paltaryuyan maşın isə oğluna məxsus əmlakıdır. Məhkəmə hesab edir ki, iddiaçı Şirəçəkən, Divan (Saloğlu), belka, Stol “Salo gen", Stul, "Siemens" markalı Paltaryuyan maşın, Yataq mebelini cavabdehdən tələb etməyə subyektiv hüququ olan şəxs deyildir, odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianı araşdıraraq onu da qeyd edir ki, cavabdeh tərəfindən tələb edilən bir ədəd lüstr və pərdə, həmçinin fenin iddiaçının özü tərəfindən alındığını və ona hədiyyə edildiyini bildirməsini, iddiaçının isə həmin əşyaların özünə məxsus olduğunu və hazırda cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilmədiyini nəzərə alaraq, iddia həmin hissədə təmin edilməməlidir. Hazırkı iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, hazırki mübahisə üzrə məhz iddiaçı, qaytarılmasını tələb etdiyi bir ədəd lüstr və pərdə, həmçinin fenin mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bir ədəd lüstr və pərdə, həmçinin fenin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissədə təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəyəri 900,0 manat olan mətbəx mebeli, dəyəri 1000,0 manat olan “LC” markalı kondisioner, dəyəri 700,0 manat olan musiqi mərkəzi, dəyəri 599,0 manat olan “Samsung” markalı televizor, dəyəri 250,0 manat olan kovralit, dəyəri 109,0 manat olan “Samsung” markalı tozsoran, dəyəri 220,0 manat olan qaz sobası aspirator, dəyəri 1180,0 manat olan “Siemens” markalı soyuducu, dəyəri 410,0 manat olan mikrosoba, dəyəri 80,0 manat olan lüstr (qonaq otağı), dəyəri 60,0 manat olan pərdə (qonaq otağı), dəyəri 350 manat olan divan alınaraq iddiaçıya qaytarılmalı, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəyəri 900,0 manat olan mətbəx mebeli, dəyəri 1000,0 manat olan “LC” markalı kondisioner, dəyəri 700,0 manat olan musiqi mərkəzi, dəyəri 599,0 manat olan “Samsung” markalı televizor, dəyəri 250,0 manat olan kovralit, dəyəri 109,0 manat olan “Samsung” markalı tozsoran, dəyəri 220,0 manat olan qaz sobası aspirator, dəyəri 1180,0 manat olan “Siemens” markalı soyuducu, dəyəri 410,0 manat olan mikrosoba, dəyəri 80,0 manat olan lüstr (qonaq otağı), dəyəri 60,0 manat olan pərdə (qonaq otağı), dəyəri 350 manat olan divan alınaraq iddiaçıya qaytarılsın, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2020/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2020/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver