Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2029/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 ildir faktiki nikaha girərək ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə faktiki nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X3, xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı üç övladı doğulmuşdur. Rəsmi nikahımız olmadığından uşağın doğum haqqında şəhadətnaməsini alarkən Cavabdeh uşağın atası olmasını etiraf etmiş və bu barədə doğum haqqında şəhadətnamə də verilmişdir. Belə ki, xx.xx.2009-cu il təvəllüdlü X4 barədə xx.xx.2010-cu il tarixli Culfa rayon Qeydiyyat Şöbəsinin 10 nömrə ilə qeydə alınmış AZ-İ N° 231468 saylı şəhadətnamə. Faktiki nikaha girdikləri vaxtdan, yəni 29 il bir ailə olaraq birlikdə yaşamış və təsərrüfatı birlikdə idarə etmişlər. Lakin 2023-cü ildən cavabdeh ilə ayrı yaşayır, onunla və uşağı ilə maraqlanmır və onların maddi ehtiyaclarını ödəmir. Uşağın dərsləri ilə əlaqədar xərcləri çox olduğundan o, tək qarşılaya bilmir. Qızı onun faktiki himayəsindədir və onun bütün maddi tələbatlarını tək ödəyir. Oğlu xx.xx.2001-ci il təvəllüdlü X3 həm işləyir, həm də oxuyur və ailəsinin bütün yükü onun üzərindədir. Belə ki, sağlamlıq imkanları işləməyinə mane olur. Cavabdeh uşağın atası olduğundan onun saxlanmasında yaxından iştirak etməli, maddi və mənəvi saxlanmasında ona kömək etməlidir. Bu onun valideynlik borcudur. Cavabdeh bu müddət ərzində bir ata kimi uşaqlarına nə maddi cəhətdən, nə də mənəvi cəhətdən hər hansı bir köməklik göstərməmiş, məktəbli qızı X1 maddi tələbatları ilə maraqlanmır, cavabdeh heç ailə kimi birlikdə yaşayarkən də, ailənin maddi tələbatlarını qarşılamırdı. Özüm heç bir yerdə işləmir və heç bir maddi gəliri yoxdur, övladının təminatını təmin edə bilmir, bu səbəbdən də övladının yetkinlik yaşına çatana kimi saxlanması üçün qanunla müəyyən olunmuş qaydada cavabdehdən aliment tutulması zərurəti yaranmışdır. Cavabdeh normal qazancı vardır. Ona görə də Cavabdeh ilə mənim faktiki nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləği şəklində bir uşağa görə 235 manat alimetin mediasiya təklifi göndərilən tarixdən hesablanmaqla tutulması və mediasiya üçün ödənilmiş 50 (əlli) manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, heç bir yerdə işləmir. Böyrəklərində olan xəstəlik səbəbindən iş qabiliyyətini itirmişdir. Heç bir yerdən gəlir mənbəyi yoxdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının Cavabdeh ilə faktiki nikahından xx.xx.2009-cu il təvəllüdlü X4 adlı övladları olmuşdur. Tərəflər qeyri-rəsmi nikahda olsalar da, onlar artıq ayrılmışlar və faktiki nikahlarından anadan olmuş uşaq halhazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cüil üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin xəstə olması, iş qabiliyyətinin olmasını, əlavə gəlirinin olmaması, aliment ödəyə bilməməsini və ondan aliment tutulmaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Ona görə ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Buna görə də, cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə tərəflərin qeyri-rəsmi nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, Cavabdeh hər ay 235,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddətixx.xx.2024-cü il tarixdən başlanmalıdır. Belə ki, İşin materiallarından görünür ki, İddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixdə təklif göndərmişdir. Belə ki, Azərbaycan Respublikası AM-nin 7-1-ci maddəsinə əsasən,“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Buna görə də alimentin tutulma müddəti iddiaçının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi üçün cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərdiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235,0 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50,0 manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2029/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2029/2024
16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver