Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2042/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “üşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 1138 saylı rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, fikir ayrılıqları səbəbi ilə aralarında tez-tez mübahisələr yarandığına görə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1649/2021 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh uşaqla ünsiyyət hüququ ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinə əsasən hər həftənin şənbə günü uşaqlarla ünsiyyətdə olmuşdur. Uşaqların ata ilə ünsiyyət hüququ vardır. Lakin, ataları ilə ünsiyyətdə olduğu müddət ərzində uşaqlarda qorxu, stres hissi yaranmağa başlamışdır və uşaqlar hazırda ataları ilə görüşmək istəmirlər. Cavabdeh isə uşaqları məcbur, zor gücü ilə aparır. İddiaçı bir ana olaraq, övladlarının sağlam mühitdə yetişməsini istəyir. Onların təsir altında böyüməkləri iddiaçını narahat edir. Övladlarının təsir altında olması onların gələcəkdə müstəqil qərarvermə bacarıqlarını zədələyir, həyatda sağlam fərd kimi yetişmələrinə mane olur. O övladlarını hər zaman nəzarətdə saxlayır, təlim tərbiyələri ilə mütəmadi olaraq məşğul olur. Lakin, cavabdeh uşaqların yanında təhqiredici ifadələr işlədir, qeyri-etik hərəkətlər edir. Eyni zamanda uşaqların o cür ata ilə məcbur ünsiyyətə cəlb olunması, atanın bu davranışları uşaqların tərbiyəsinə, onların mənafeyinə tamamilə ziddir. Övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X5 ataları Cavabdeh ilə görüşməkdən qətiyyətlə imtina edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, Cavabdeh övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı gəlməmiş, lakin onun nümayəndəsi və vəkili Vəkil İsgəndər oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqlarından ayrı qalmaq istəmədiyini, onlardan ayrı olduğu üçün iztirab çəkdiyini, uşaqları ilə ünsiyyətdə olduğu müddət ərzində uşaqlarda qorxu, stres hissi yaratmadığını, uşaqları məcbur, zor gücü ilə aparmadığını, övladlarının sağlam mühitdə yetişməsini istədiyini, onların təsir altında böyüməklərini istəmədiyini, övladlarının təsir altında olması onların gələcəkdə müstəqil qərarvermə bacarıqlarını zədələyəcəyini, həyatda sağlam fərd kimi yetişmələrinə mane olacağını, onun uşaqlarının yanında təhqiredici ifadələr işlətmədiyini, qeyri etik hərəkətlər etmədiyini bildirmiş və bu səbəbdən də, iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışın sürətdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1649/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 1138 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 27 iyul 2014-cü il təvəllüdlü X4 və 04 oktyabr 2015-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları, 27 iyul 2014-cü il təvəllüdlü X2 və 04 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150,0 manat olmaqla, cəmi 300,0 (üç yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 11/390 saylı ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 psixi cəhətdən normal inkişaf etmişdirlər, onların əqli inkişafı yaşlarına və onları əhatə edən sosial mikromühitə uyğundur. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 hal-hazırda atası Cavabdeh və anası İddiaçı bağlılıqları müəyyən olunmaqla, anası İddiaçı bağlılıqları daha çoxdur. Cavabdeh psixoloji müayinəyə təqdim olunmadığından onun barəsində ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Cavabdeh psixoloji müayinəyə təqdim olunmadığından onun barəsində ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 emosional-iradi sferasına və atası Cavabdeh olan münasibətinə neqativ təsir göstərmişdir. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında ataları Cavabdeh ilə ünsiyyətdə olmaları ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Rəyə əlavə olunan “ekspertiza xərclərinə dair” bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 1138 saylı rəsmi nikahları qeydə aldırmaqla ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Lakin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(003)-1649/2021 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh uşaqları ilə daim ünsiyyətdə olmuşdur. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı öz iddiasında cavabdehin uşaqlarla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Halbuki, iş üzrə cavabdehin uşaqlarla ünsiyyətdə olmasına dair hər hansı bir məhkəmə qətnaməsi mövcud deyildir. Başqa sözlə desək, hazırda cavabdehin rəsmi olaraq uşaqlarla ünsiyyətdə olmasına dair hər hansı bir sənəd yoxdur. Bundan əlavə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh uşaqlarla ünsiyyəti onları stresə salır, onlara mənfi təsir göstərir. Lakin məhkəmə araşdırması zamanı təyin olunmuş psixioloji ekspertizanın rəyinə əsasən uşaqlarla ata və anaya bağlıdır və hər iki valideynlərlə ünsiyyətdə olması psixioloji cəhətdən məqsədəmüvafiqdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Ona görə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqları İddiaçı yanında qalır. Buna görə də Cavabdeh özündən ayrılıqda, yəni, iddiaçının yanında yaşayan uşaqları ilə ünsiyyətdə olmaq, onun tərbiyəsi ilə bağlı məsələlərinin həll edilməsində iştirak etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası AM-nin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar . Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 6/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən valdeynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu, ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. "Uşaq hüquqları haqqında" xx.xx.1989-cu il tarixli BMT Konvensiyasının 9-cu maddəsinə görə iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər. Göründüyü kimi həm milli qanunvericilik, həm də Azərbaycan Respublikasının qoşulduğu «Uşaq hüquqları haqqında» Konvensiyanın tələblərinə əsasən valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşaqların öz valideynləri ilə ünsiyyətdə olmasına, münasibətlər saxlamasına yalnız bu ünsiyyət və münasibət uşaqların mənafeyinə zidd olduqda yol verilməyə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının anası kimi azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququ, onun tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ olduğu kimi, cavabdehin azyaşlı övladları ilə atası kimi ünsiyyət hüququ, onun tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, mövcud iddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət nəfinə keçirilsin (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2042/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2042/2023
16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver