Məhkəmə qərarları › İş №2(003)-2067/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2067/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2067/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 20 iyul 2007-ci il tarixli, 102 №-li nikah qeydinin pozulmasını və Cavabdeh məxsus cehiz əşyalar olan divan-kreslo dəstinin, 1 ədəd divar mebelinin (qorkanın), 1 ədəd 4 qapılı dolabın, 1 ədəd taxtın, 1 ədəd güzgülü termonun, 1 ədəd televizorun, 1 ədəd televizor altlığının, 4 ədəd yorğanın, 4 ədəd döşəyin, 4 ədəd xalçanın, 1 ədəd sepin, 2 ədəd üzüyün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Həmin iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 2(003)-1313/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1313/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında 20 iyul 2007-ci il tarixdə 102 №-li nikah qeydə alınmışdır. Onların birgə nikahdan doğulmuş övladları yoxdur. Cavabdehlə onun birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1313/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə “cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması” tələbinə ayrıca icraatda baxılması, həmin tələb üzrə 2(003)- 1313/2024 nömrəli işdən yeni müstəqil işin ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu sektorunun 03/48 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün düşmüş İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük sovxozunda müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus olan əşyalar çıxarılaraq cavabdehə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus olan divan-kreslo dəsti, 1 ədəd divar mebeli (qorka), 1 ədəd 4 qapılı dolab, 1 ədəd taxt, 1 ədəd güzgülü termo, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 4 ədəd yorğan, 4 ədəd döşək, 4 ədəd xalça, 1 ədəd sep, 2 ədəd üzük çıxarılaraq Cavabdeh təhvil verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar