Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2073/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddaçı İddiaçı saxlanılması üçün hər ay ümumilikdə 500 AZN sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun uzun müddətdir (06 oktyabr 1999-cu il tarixdə, 54 saylı qeyd ilə qeyd ilə qeydiyyatdan keçmiş) ailəli olduğu Cavabdeh ilə bağlı nikahin pozulması tələbinə dair mülki iş üzrə mübahisəyə Sumqayit şəhər məhkəməsində baxilmaqdadır. Həmin nikahdan onların övlad olmamışdır. Artıq xeyli müddətdir, ailə münasibətləri pozulmuşdur, Cavabdeh ilə birlikdə 1999-ci il tarixindən ünvan 1 ünvanda yaşamışlar. Hazırda cavabdeh birinci nikahından olan övladları ilə birgə yaşayır. Hazırda təqaüdçüdür. Bakı şəhərində açıq ürək əməliyyatı olunmuşdur. Əmək qabilliyətsizdir və işləməyə icazə verilmir. Aldığı təqaüd onun dolanacaq və digər xərclərinə yetərli deyildir. Eyni zamanda şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Aylıq dərmanlarını almağa pul vəsaiti yetərli deyildir. Həmçinin ev şəraitində qulluğa ehtiyacı var (paltarların yuyulması, yemək bişirilməsi və təmizlik işlərinin görülməsi). Ürək aparatının dəyişdirilməsi və həmçinin birinci nikahından övladının onunla münasibəti pozulduğundan o, kirayədə yaşayır. Həmin kirayə müqaviləsini məhkəməyə təqdim edir. Cavabdeh artıq 20 ildir ki hərbi qulluqçu kimi, helikopter eksadriliyasının komandiri olaraq ayliq 2500 (iki min beş yüz) manat təqaüd alır. Odur ki, ailə üzvü kimi onu saxlamağa kifayət qədər maddi imkanı vardır. Onu da qeyd etmək istəyir ki, cavabdehin onun müalicə, müayinə və digər xərclərinin ödənilməsi üçün 500 AZN məbləğində aliment ödəmək iqtidarındadırlar. Cavabdehin iddiaçıya qarşı 20 il müddətində onun sağlamlığının pozulmasına baxmayaraq ona qulluq etməyinə və digər halları nəzərə almadan bu cür biganə rəftar etməsini nəzərə alaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda izahatında göstərdi ki, o, 2010-cu ildən hal-hazıradək pensiya alır. Hazırda aldığı pensiyanın məbləği 260,0 manat təşkil edir. Həmçinin qeyd etdi ki, cavabdehlə onun 3-cü nikahıdır. Cavabdehlə birgə nikahından övladları olmasa da, onun əvvəlki nikahlarından bir oğlu və bir qızı vardır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, iddiaçının maddi yardıma ehtiyacı yoxdur. İddiaçı 2010-cu ildən halhazıradək pensiya alır. Hazırda aldığı pensiyanın məbləği 260,0 manat təşkil edir. Cavabdeh xəstədir və onun özünün qulluğa ehtiyacı vardır. Tərəflər arsında nikahın pozulmasına dair mülki iş Sumqayıt şəhər Məhkəməsinin icraatındadır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Sivaş Cavabdeh ilə İddiaçı 06.10.1999-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş X1 325 saylı, 31.01.2013-cü il tarixli epikrizindən görünür ki, İddiaçı 21.01.2013-cü ildən 31.01.2013-cü il tarixədək həmin xəstəxanda ürək nahiyədəki şikayətlər səbəbindən müalicə almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN tərəfindən verilmiş SER TSE-01 №865009 saylı 25.12.2009-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı İİ qrup əlildir və əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Göründüyü kimi, qanunverici zəruri vəsaitə malik olan digər tərəfin (ər və ya arvad) yalnız əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvada maddi cəhətdən kömək etməsini özündə ehtiva edir. Hazırki işin hallarından görünür ki, iddiaçı əmək qabiliyyətsiz hesab olunsada, sonuncunun maddi yardıma ehtiyacının olması işin məhkəmə tərəfindən araşdırılmış halları ilə təsdiq edilmir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən hal təsdiqini tapmış olsaydı belə qanunverici birmənalı olaraq buna zəruri vəsaiti olan şəxsdən ərin və ya arvadın xeyrinə alimentin tutulmasını məqbul hesab edir. Hazırki halda cavabdehin belə bir alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması belə işin halları ilə təsdiqini tapmadığı kimi, iddiaçı tərəfindən də bunula bağlı hər-hansı sübut təqdim edilməmişdir. Əksinə iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı İİ-ci qrup əlilliyə görə 260 manat məbləğində pensiya alır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla maddi cəhətdən kömək edilməsini tələb edən ər və ya arvadın əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması ilə müəyyən edildiyindən, iddiaçı isə maddi yardıma ehtiyacının olmasına dair sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da onun maddi yardıma ehtiyacının olması müəyyən edilmədiyindən, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar sübut olunmur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh iddiaçının saxlanılması üçün hər ay ümumilikdə 500 AZN sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barəsində iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2073/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2073/2021
16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver