Məhkəmə qərarları › İş №2(003)-2099/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2099/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2099/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynlik hüququnun həyata keçirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.05.*011-ci il təvəllüdlü X5 və 17.01.*013-cü il təvəllüdlü X9 adlı uşaqlarının onun yanında qalmalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X10 ilə 16.07.*011-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından iki uşağı olmuşdur: 17.01.*013-ci il təvəllüdlü X9, 11.05.*011-cü il təvəllüdlü X11. Cavabdeh ilə ailə qurduqdan sonra onlar bir müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan cavabdehlə onların xasiyyətləri biri-birinə uyğun gəlməmişdir. Belə ki, cavabdeh tüfeyli həyat tərzi keçirdiyindən onların arasında olan nikahı Xəzər Rayon Məhkəmənin 19.10.*0*1-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən hər iki uşağa 140 manat sabit pul məbləğindlə cavabdehin xeyrinə aliment tutulmaqla hər iki uşaqların onun yanında qalması qət edilmişdir. Bundan sonra o, cavabdeh ilə bir evdə bir müddət yaşamış, belə ki, tüfeyli həyat tərzi keçirməklə evə gecə saat 3-4 radələrində sərxoş vəziyyətdə gələrək evdə dava-dalaş salmaqla uşaqlara və ona yaşamağa imkan verməmişdir. Cavabdeh bir müddət onlarla bir yerdə yaşadıqdan sonra 1 il 6 ay olar ki, evdən çıxıb getmiş və bu günə kimi evə qayıtmamışdır. Onun hal-hazırda harada yaşaması ona məlum deyildir. Hazırda hər iki uşaqları onun yanında qalmaqla onun himayəsindədirlər və o, onların bütün maddi ehtiyaclarını tamamilə ödəyir. Əlavə olaraq qeyd etmək istəyir ki, hər iki uşaqlar öz doğma analarını görmək istəmirlər ona bir ana kimi nifrət edirlər və onlar ancaq onlarla bir yerdə qalmaq istəyirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq ərizə təqdim edərək göstərdi ki, 17.01.*013-cü il təvəllüdlü X3 və 11.05.*011-ci il təvəllüdlü X11 anadan alınıb onun himayəsinə veriləcəyi təqdirdə onların saxlanması üçün onların hər biri üçün *35 manat olmaqla cəmi 470 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında atası İddiaçı iştirakı ilə dindirilmiş 11.05.*011-cü il təvəllüdlü X11 verilən suallara cavab olaraq bildirdi ki, o, valideynləri boşandıqdan sonra atasının yanında qalır, anası ilə qalmır. Anası qonşuluqda yaşayır. Onunla ünsiyyəti yoxdur. Keçən il anası yenidən ailə qurması ilə bağlı kəbin kağızını onlara göstərmişdir. O, anasını dindirmir. Məhkəmə iclasında atası İddiaçı iştirakı ilə dindirilmiş 17.01.*013-ci il təvəllüdlü X9 verilən suallara cavab olaraq bildirdi ki, o, atasının yanında qalmaq istəyir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(003)- 1*5/*0*1 nömrəli 19.10.*0*1-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində 16.07.*011-ci il tarixdə 73* nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 11.05.*011-cu il təvəllüdlü X11 və 17.01.*013-cü il təvəllüdlü X9 nikah pozulduqdan sonra anaları X4 yanında saxlanılması, 11.05.*011-cu il təvəllüdlü X11 və 17.01.*013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19.10.*0*1-ci il tarixdən başlayaraq cavabdəh İddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında nikah *1.11.*0**-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Bakı 14 saylı Mediasiya təşkilatının MŞB/14/*0*4-00198 saylı 03.04.*0*4-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışdan görünür ki, X7 İMS-dan iştirak etməmişdir. İş materiallarında olan 53/03 saylı 05.04.*0*4-cü il tarixli arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün düşmüş İddiaçı həqiqətən aşağıdakı ailə tərkibi ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi,”Məşəl" düşərgəsində müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi aşağıdakılardan ibarətdir:

1. atası X16 -1957 *. h/yol X14 -1991

3. oğlu X15-*011

4. oğlu X13-*013 İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 01.07.*0*4-cü il tarixli 5-1*/*-1653/*0*4 nömrəli rəyindən görünür ki, komissiya hesab edir ki, tərəflərin birgə nikahdan doğulan 17.01.*013-cü İl təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X5 öz istək və seçimləri nəzərə alınmalı ve azyaşlıların ataları İddiaçı himayəsində saxlanılmaları onların gələcək mənafeyi üçün məqsədə uyğun hesab edilməlidir. Məhkəmə araşdıması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuş və tərəflərin birgə nikahlarından olan 17.01.*013-cü İl təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X11 Cavabdeh yanında qalması, həmçinin 17.01.*013-cü İl təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19.10.*0*1-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq X6 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçının tələbi tərəflərin birgə nikahından doğulmuş 17.01.*013-cü İl təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X5 onun (atası İddiaçı) himayəsinə verilməsindən ibarətdir. Uşaqlar ona veriləcəyi təqdirdə onların saxlanılması üçün hər ay hər uşaq üçün *35 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulmasını da xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəfin və övladlarının məhkəmə iclasında vermiş olduğu izahatlarından, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilk komissiyasının vermiş olduğu rəyindən görünür ki, komissiya azyaşlının atasının himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan 17.01.*013-cü il təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilməlidir. İddiaçının ərizənin 17.01.*013-cü il təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X1 üçün alimentin tutulması hissəsinə münasibətdə hesab edir ki, aliment tələbi qismən təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 3*0 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə ərizənin cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği ərizədə qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı iki uşağın saxlanılması üçün 470 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən cavabdehdən hər ay uşaqlarının saxlanılması üçün ümumilikdə 3*0 manat (160+160=3*0) sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.*-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 11.09.*0*4-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.*-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 11.09.*0*4-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *34.*.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 17.01.*013-cü il təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilməli, 17.01.*013-cü il təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11.09.*0*4-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 3*0 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in *16-**0 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. 17.01.*013-cü il təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilsin. 17.01.*013-cü il təvəllüdlü X9 və 11.05.*011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11.09.*0*4-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 3*0 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar