Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-210/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və alimentin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-189/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqlar analarının yanında və himayəsində saxlanılmış, ondan Cavabdeh xeyrinə uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat aliment tutulması qət edilmişdir. Uşaqlar cavabdehin himayəsinə verildikdən, yəni boşanma olduqdan sonra uşaqlar dərsə getmirlər, baxımları çox pis və bütün günü demək olar ki, küçədədirlər. Anaları evdar qadın olmasına baxmayaraq, uşaqlarla maraqlanmır. Uşaqlar dərsə vaxtı-vaxtında gedə bilmədiklərinə görə müəllimləri dəfələrlə ona şikayət ediblər. Cavabdeh uşaqların öhdəsindən gələ bilmir, təlimtərbiyəsində iştirak edə bilmir. Uşaqları bir neçə dəfə gətirsə də, ananın himayəsində olduqlarına görə öz yanında saxlaya bilmir. O, uşaqların belə səfil gəzmələrinə, oxumamaqlarına dözə bilmir. Tez-tez pul verib uşaqlara paltar alır, gəzməyə aparır. Uşaqların belə bir mühitdə böyümələri cəmiyyət üçün də xeyirsizdir. Çünki onlar normal şəraitdə böyüməsələr, oxumasalar gələcəyi heç parlaq olmayacaq. Cavabdeh cəmiyyət üçün övlad böyütmür, çünki uşaqların küçədə böyüməsi heç də normal bir şey deyil. Hər üçü oğlan uşağıdır də onlar gələcəyin əsgərləridir, onlar vətənpərvər ruhda və sağlam böyüməlidir. Bütün bunlara görə uşaqları cavabdehin himayəsindən almaq istəyir, lazım olsa anaları ilə görüşə bilərlər, uşaqların saxlanılması üçün aliment tələb etmir. Odur ki, xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 Cavabdeh alınıb onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi izahatında bildirdi ki, o cavabdehin anasıdır. Cavabdeh uşaqlarını sevir və bacardıqca qayğılarına qalır, uşaqları saxlamaq üçün işləmək məcburiyyətindədir, ona görə uşaqlarla çox vaxt keçirə bilmir. Anaları işdə olduğundan uşaqlara o baxır. Məhkəmə iclaslarında dindirilmiş təhsil müəsissəsinin müəllimi Məmmədova X10 bildirdi ki, o uşaqların təhsil aldığı məktəbdə müəllimdir. Uşaqlar daima dərsdə iştirak edirlər, vaxtında məktəbə gədib-gəlirlər. Üst-başları həmişə səliqəli və təmiz olur. Valideyin iclaslarında çox vaxt ataları iştirak edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından 20 may 2008-ci il təvəllüdlü X11, 21 yanvar 2010-cu təvəllüdlü X12 və 12 iyul 2015-ci il təvəllüdlü X9 doğulmuşdur Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(003)-515/2018 saylı qətnaməsi ilə onların aralarındakı nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, İddiaçı Cavabdeh xeyrinə uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəqsiqəsinin sürətlərindən görünür ki, 20 may 2008-ci il təvəllüdlü Rəhimov Babəkin, 21 yanvar 2010-cu təvəllüdlü Rəhimov Ağasinin və 12 iyul 2015-ci il təvəllüdlü Rəhimova Mədinənin atası İddiaçı anası isə Cavabdehdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli “Cinayət işinin başladılmasının rədd edilməsi” haqqında qərarından görnür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsi ilə cinayət işinin başladılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 20 may 2008-ci il təvəllüdlü X7, 21 yanvar 2010-cu təvəllüdlü X8 və 12 iyul 2015-ci il təvəllüdlü X3 ataları İddiaçı himayəsində qalması azyaşlıların gələcək mənafeyi üçün məqsədəuyğun hesab edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından olan uşaqları 20 may 2008-ci il təvəllüdlü X7, 21 yanvar 2010-cu təvəllüdlü X8 və 12 iyul 2015ci il təvəllüdlü X3 cavabdehdən alınaraq onun himayəsinə verilməsini xahiş edir. Məhkəmə mülki işin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 20 may 2008-ci il təvəllüdlü X11, onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan atasının iştirakı ilə məhkəmədə dinlənildi və bildirdi ki, hal-hazırda anası və nənəsi ilə birlikdə yaşayır, nənəsi onun qayğısına qalır. O, vaxtı-vaxtında dərsə gedir və dərslərini oxuyur. Gələcəkdə də nənəsi ilə qalmaq niyyətindədir. Ataları ilə birlikdə yaşamaq istəmir. 21 yanvar 2010-cu təvəllüdlü X12 onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan atasının iştirakı ilə məhkəmədə dinlənildi və bildirdi ki, onun 8 yaşı var, dərslərini qardaşları ilə birlikdə edir və gələcəkdə müəllim olmaq istəyir. Hal-hazırda anası və nənəsi ilə birlikdə yaşayır, anasını 1 həftə əvvəl görüb. O, nənəsi ilə qalmaq niyyətindədir. 12 iyul 2015-ci il təvəllüdlü X9 onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan atasının iştirakı ilə məhkəmədə dinlənildi və bildirdi ki, hal-hazırda anası və nənəsi ilə birlikdə yaşayır,. O, nənəsi ilə qalmaq niyyətindədir. Ataları ilə birlikdə yaşamaq istəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. “Uşaq Hüquqları Haqqında” xx.xx.1989-cu il tarixli BMT Konvensiyasının 18-ci maddəsinə görə uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə birgə nikahdan dünyaya gəlmiş uşağın kimin yanında qalması ilə bağlı qeyd edir ki, AM-nin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş 20 may 2008-ci il təvəllüdlü X11 və 21 yanvar 2010-cu təvəllüdlü X8 və 12 iyul 2015-ci il təvəllüdlü X3 fikrini, hər üç uşağın hüquq və mənafelərini, onların mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşaqların anaya bağlılığını, eləcə də məhkəmə-psixoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan 20 may 2008-ci il təvəllüdlü X11, 21 yanvar 2010-cu təvəllüdlü X12 və 12 iyul 2015-ci il təvəllüdlü X9 Cavabdeh himayəsində saxlanılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmamış uşağların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar cavabdehin yanında qaldığından, uşağın saxlanmaları üçün iddiaçının ödədiyi alimentin ləğv edilməsinə dair iddia tələbi əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş 20 may 2008-ci il təvəllüdlü X7, 21 yanvar 2010-cu təvəllüdlü X8 və 12 iyul 2015-ci il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsinə və alimentin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və alimentin ləğv edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-210/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-210/2023
02.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver