Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2106/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsi ünvanında məcburi köçkün olaraq məskunlaşmışdır və uzun illərdir orada yaşayır. Cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahdan sonra cavabdeh özünə məxsus cehiz əşyalarını həmin ünvana gətirməklə gəlin gəlmişdir. Aralarında olan nikah qeydi rəsmi olaraq pozulmuş, cavabdeh evi tərk edərək valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. Lakin nikahın pozulmasından xeyli vaxt keçməsinə baxmayaraq, cavabdehə məxsus cehizlər hələ də onun ünvanındadır. Cehizlərin həmin ünvanda qalması evindən istifadə hüquqularına maneçilik yaradır. Bu səbəbdən də, cavabdehə məxsus cehiz əşyalarının onun mənzilindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə məxsus cehiz əşyaları aşağıdakılardan ibarətdir: spalni yataq, şifoner 1 ədəd, qorka 1 ədəd, termo 1 ədəd, qaşıq dəsti, qab-qaşıq, televizor (köhnələrdən), 2 ədəd masa, 6 ədəd stul, 2 ədəd tumbuçka, 1 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd yastıq, 1 ədəd matras, 1 ədəd spalni döşəyi, 2 ədəd mütəkkə, 1 ədəd qalın, 1 ədəd nazik xalça, qənd qabı, mürəbbə qabı dəsti, 1 ədəd tava, yorğan, pərdə, dvd, xəmir yayan taxta, süfrə dəstləri, dəsmal dəstləri, pastel dəstləri, 1 ədəd xrustal güldan, meyvə qabları, podnuslar, 2 ədəd qazan dəsti, 1 ədəd ət taxtası, spalni bazada qab-qaşıq dəstləri, cavabdehin özünü və uşağın geyimləri. Qeyd olunanlara əsasən, Cavabdeh məxsus cehiz əşyalarının -Spalni yataq, Şifoner 1 ədəd, Qorka 1 ədəd, Termo 1 ədəd, Qaşıq dəsti, Qab-qaşıq, Televizor (köhnələrdən), 2 ədəd masa, 6 ədəd stul, 2 ədəd tumbuçka, 1 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd yastıq, 1 ədəd matras, 1 ədəd spalni döşəyi, 2 ədəd mütəkkə, 1 ədəd qalın, 1 ədəd nazik xalça, Qənd qabı, mürəbbə qabı dəsti, 1 ədəd tava, Yorğan, Pərdə, DVD, Xəmir yayan taxta, Süfrə dəstləri, Dəsmal dəstləri Pastel dəstləri, 1 ədəd xrustal güldan, Meyvə qabları, Podnoslar, 2 ədəd qazan dəsti, 1 ədəd ət taxtası, Spalni bazada qab-qaşıq dəstləri, cavabdehin özünü və uşağın geyimlərindən ibarət əşyaların iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsi ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı da, o özü də əslən Qarabağın Şuşa şəhərindəndirlər. İddiaçı 1992ci ildən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsi ünvanında məcburi köçkün olaraq məskunlaşmışdır. O, 2008-ci ildə iddiaçı ilə ailə quraraq həmin evə gəlin köçmüş və cehiz əşyalarını gətirmişdir. Bundan başqa, iddiaçı ailəsi ilə birlikdə həmin evdə müvəqqəti olaraq məskunlaşmışdır. İddiaçının həmin evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur, yəni həmin ünvandakı ev iddiaçıya dövlət tərəfindən müvəqqəti yaşamaq üçün verilmişdir. Onun, uşaqlarının və iddiaçının müvəqqəti qeydiyyatı həmin ünvandır. Hesab edir ki, iddiaçının onun cehiz əşyalarını çıxarmağı tələb etməyə hüququ yoxdur, çünki o özü də, uşaqları da həmin evdə qeydiyyatdadır və başqa yerdə yaşamağa yerləri də yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iştirakçıların izahatını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA seriyalı 181868 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, İddiaçı məcburi köçkün kimi qeydə alınmışdır. İş materialarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 102/4 saylı xx.xx.2022-ci il tarixli və 153/4 saylı xx.xx.2022-ci il tarixli arayışlardan aydın olur ki, İddiaçı və Cavabdeh Şuşa şəhərindən məcburi köçkün düşməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsində məskunlaşmışlar. Məhkəmə araşdırmasından müəyyən olunur ki, həm iddiaçı, həm də cavabdeh Şuşa şəhərində qeydiyyatdadırlar. Onlar Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsi ünvanında məcburi köçkün kimi məskunlaşmışlar. Cavabdeh də hazırda həmin ünvanda müvəqqəti qeydiyyatdadır. İddiaçının həmin evə dair mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Cavabdehin cehiz əşyaları da həmin ünvandadır. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin cehiz əşyalarının həmin evdən çıxarılmasını xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının və cavabdehin həmin ünvana hüquqları bərabərdir, belə ki, həm iddiaçı, həm də cavabdeh həmin ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. İddiaçının həmin evə dair mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. İddiaçının həmin evə dair mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığından, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilə bilməz, rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2106/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2106/2022
02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver