Məhkəmə qərarları › İş №2(003)-2347/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2347/2023

09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2347/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu İddiaçı Cavabdeh qarşı aliment və uşağın onun himayəsində qalması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı aliment və uşağın onun himayəsində qalması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması və uşağın onun himayəsində qalması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər (iddiaçının seçiminə görə aidiyyət). Göründüyü kimi qanunvericilikdə baş hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Aliment tələbinə dair iddia isə iddiaçının seçiminə görə onun özünün yaşadığı yerə görə də verilə bilər. Ərizədən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 69, Cavabdeh qeydiyyatda olduğu ünvan isə ünvan 2 İddia ərizəsində iddiaçının faktiki ünvanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 1-ci döngə qeyd edilsə də bununla bağlı müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da müəyyən edilir ki, qeydiyyat və yaşayış yeri Bakı şəhəri, Xəzər rayonuna aidiyyəti olmayan iddiaçı, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət etmədən Bakı şəhəri, Binəqədi rayonu ərazisində qeydiyyatda olan cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas olmadığından iş ərazi aidiyyəti üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiqi dairəsinə aid edilmişdir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi”, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı və ya mediasiya prosesinə xitam verilməsi barədə müvafiq protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə olduğundan mediasiyanın tətbiqi dairəsinə aiddir. İddiaçı isə iddia ərizəsinə mediasiya prosesində iştirakla bağlı tələbə riayət olunmasına dair müvafiq sənədləri əlavə etməmişdir. Belə ki, iddia ərizəsinə Bakı 14 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyası barədə bildirişi əlavə edilmişdir ki, həmin bildirişin, mediasiya prosesində iştirak edilməsi barədə tələbə riayət edilməsini təsdiq edən sənəd kimi qəbul edilməsi qanunvericiliyə uyğun deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia tələbinin bir hissəsinin uşağın iddiaçının himayəsində qalması tələbi olduğundan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə isə dövlət rüsumunun ödənilməsinə və ya ödənilməsindən azad olmasına dair sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı aliment və uşağın onun himayəsində qalması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar