Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2351/2020 01.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddia ərizəsi icraata götürülmüş, müvafiq prosessual hərəkətlər edilməklə məhkəmə iclasları təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh Əhmədağa oğluna qarşı alimnetin tutulması tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, mənzil 18 ünvanında qeydiyyatdadır. Mən özüm ünvan 1, dalan 1, ev 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, mənzil 18 ünvanında yaşayır. Həmçinin Cavabdeh Əhmədağa oğlu da Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, mənzil 18 ünvanında qeydiyyatdadır. Bu səbəbdən də hesab edir ki, hazırkı mülki işə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılması daha məqsədəuyğundur. Həmçinin onun özünün də, faktiki olaraq həmin ünvanda yaşamağını nəzərə alaraq və gələcəkdə qətnamənin içrasıının asanlaşdırılması baxımından işə Nərimanov Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin adıyyat üzrə Nərimanov rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İddiaçıya və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçı və onu nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə İddiaçı vəsatəti təmin edilməli və mülki iş ərazi aidyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş DİN-in MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A/18A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddia tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən alimentin alınması barədə iddia tələbi üzrə iddiaçının seçim hüququ vardır. Hazırkı halda iddiaçı bu hüququndan istifadə edərək, özünündə Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3A, mənzil 18 ünvanında yaşamasını və qətnamənin gələcəkdə icrasının asanlaşdırılması üçün işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq Nəriman rayon ərazisində yaşamasını, mülki prosessual qanunvericiliyin prinsiplərinin, xüsusilə çəkişmə prinsipinin tələblərini də nəzərə alır və belə hesab edir ki, məhz səmərəlilik baxımından da işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 36.3, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(003)-2351/2020 saylı mülki işin materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2351/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2351/2020
01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver