Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2358/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh2, Cavabdeh Cavabdeh1 vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında 49 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair 4Ə/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1995-ci il tarixli 9/13 saylı sərəncamı ilə ona Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi o vaxtdan onun sahibliyində olmuşdur. Maddi imkansızlıqdan həmin torpaq sahəsi üzərində hər hansı bir tikinti işləri aparmamışdır. Bu ilin mart ayında torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün AR İN ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. AR İN ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən 04 mart 2021-ci il tarixdə **********25 saylı cavab məktubunda həmin torpaq sahəsinin digər fiziki şəxsin adına özəlləşdirildiyi və bu səbəbdən ərizənin icrasının mümkün olmamaması bildirildi. Bundan sonra yenidən 16 mart 2021-ci il tarixdə həmin torpaq sahəsinin kimin adına özəlləşdirilməsi barədə vəkil sorğusu göndərmişlər. 22 aprel 2021 -ci il tarixli AR İN ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən verilən cavabda həmin torpaq sahəsinin (Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsinin) 10 yanvar 2015-ci tarixdə onun adına özəlləşdirildiyi və özəlləşdirildikdən sonra 49 saylı dövlət notariat kontorunda 40/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 qeydiyyatdan keşməsi məlum olmuşdur. Eyni zamanda 08.10.2020-ci il tarixdə 50 saylı dövlət notariat kontorunda 4Ə/1275 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bildirmək istəmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsinin nə özəlləşdirilməsində, nə də onun Cavabdeh1 adına keçirilməsində iştirak etməmiş, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı kimsəyə etibarnamə verməmişdir. Onun adından torpaq sahəsinin özəlləşdirilməsi, həmin torpaq sahəsinin alqı-satqısı tamamilə saxta sənədlər əsasında həyata keçirilmişdir. Ona görə hesab etmişdir ki, 49 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsinin 4Ə/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və 50 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsinin 40/1275 reyestr nömrəli 08.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və onların əsasında verilmiş çıxarışlar ləğv edilməlidir. Daha sonra iddiaçı Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahiş etmiş və sonuncu cavabdeh qismində cəlb edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında 49 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair 4Ə/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 50 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin 08.10.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Artırılmış iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən verilmiş sorğular nəticəsində aşkar edilmişdir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini 08.10.2020-ci il tarixdə 50 nömrəli Dövlət Notariat Kontorunda AN-İ saylı ******* daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, torpaq sahəsini torpaq alqı satğısı ofiisində işləyən şəxs vasitəsi ilə tapmışdır. Həmin ərazilərdə bir dostu ilə birikdə bir neçə yerdə torpaq sahələri almışlar. Həmin torpaq sahəsini həmin şəxs vasitəsi il, yəni onun təklifi ilə tapmış yerində baxmış və bəyənmişdir. Bundan sonra həmin torpaq sahəsinin üzərində hər hansı bir yüklülüyün olmaması, mülkiyyət sənədinin olmasını müəyyən etməklə rəsmi qaydada alqısatqı etməklə əldə etmişdir. Torpaq sahəsinin mülkiyyətçisi Musa adlı şəxsi tanımamışdır və torpaq sahəsini ilə bağlı hər hans mübahisənin olmasını bilməmişdir. Kadastr xidməti əməkdaşları cəlb olunmaqla torpağın ölçüləri götürülmüşdür. Bundan sonra isə notariat ofisində alqı-satqı müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 vəkili Vəkil iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Oqtayın etibarnamənin saxta olması barədə məlumatı olmamışdır. Vicdanlı alıcı kimi torpaq sahəsini almış, daha sonra isə başqa şəxsə satmışdır. Bu baxımdan onun məlumatsız olması nəzər alınmaqla onunla bağlanmış müqavilənin etibarsız sayılması qanuni və əsaslı hesab edilə bilməz. Üçüncü şəxslər 49 saylı dövlət notariat ofisi, 50 saylı dövlət notariat ofisi və DƏDRXin 1 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 22.04.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha topaq sahəsi 10.01.2015-ci il tarixində İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. 49 saylı DNK-nın 4Ə/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 50 saylı DNK-nın 08.10.2020-ci il tarixli 4Ə/1275 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10.01.1995-ci il tarixli sərəncamının surətindən görünür ki, Əhaliyə məişət xidməti istehsalat idarəsində bərbər işləyən İddiaçı Qala qəsəbəsində 57 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri 49 saylı Notariat Kontorundan satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 06.02.2015-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə satıcının ünvan ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı ünvan nin müliyyətçisidir. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat Kontorundan satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış 08.10.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə satıcının ünvan ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 ünvan nin müliyyətçisidir. İş materiallarında olan Bakı şəhəri 44 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən X2 08.01.2013-cü il tarixdə on il müddətinə verilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 13.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 08.01.2013-cü il tarixli 7E- 01-23 reyestr nömrəli etibarnamənin aşağı hissəsində “Etibar edən” qrafasında “Гулыев” yazılarının qarşısında olan imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri 44 saylı notariat ofisində İddiaçı tərəfindən X1 adına 7E-01-23 reyestrlə etibarnamə rəsmiləşdirilməmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən sözügedən etibarnamədə olan imza İddiaçı tərəfindən icra edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsinə dair 06.02.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd edilən Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə eyni zamanda iddianın mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, iş üzrə baş məsələ olan daşınmaz əmlakın alqısatqı müqaviləsindən törəndiyindən, daşınmaz əmlakın alqı-satqı müqaviləsi isə etibarsız hesab edilməli olduğundan, mübahisəli daşınmaz əmlaka dair Cavabdeh1 adına verilmiş 12.02.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış mübahisələndirilən digər 08.10.2020-ci alğı-satqı müqaviləsinin etibarsızılıq hissənə gəldikdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası tətbiq edilməlidirir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin olaraq İddiaçı ilə Cavabdeh1 arasında torpaq sahəsinə dair 06.02.2015-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi etibarsız hesab edilsə də, yuxarıda qeyd edildiyi kimi, mübahisə predmeti olan əmlak daşınmaz əmlak Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı satqı müqaviləsi bağlanarkən və reyestrdə sonuncunun adına qeydiyyata alınarakən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiyindən, Cavabdeh2 tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdur. Belə olan halda Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Lakin əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan, İddiaçı ilə (etibarnamə əsasında X3) Cavabdeh1 (etibarnamə əsasında X4) arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair 06.02.2015-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququ da iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 06.02.2015-ci il tarixli AN- İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarış ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair münasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. 01.10.2021-ci il tarixədək qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyriəmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Odur ki, ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, qalan 10 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 06.02.2015-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumuna görə 10 manat alınaraq İddiaçı ödənilsin. Ödənilmiş qalan 10 manat İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2358/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2358/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver