Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2361/2021 06.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 22 saylı notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyə üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 11 saylı notariat ofisinə, Bakı şəhəri 7 saylı notariat ofisinə və Maraqlı şəxs) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydlərin və buna dair verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydlərin və buna dair verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 22 saylı notariat kontorunda qeydə alınmış 4Ə-58 reyestr nömrəli, 06 aprel 2017-ci il tarixli ünvan 1nin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında 12.04.2017-ci il tarixdə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* N-li Çıxarışın ləğv olunması, Bakı şəhəri 11 saylı notariat kontorunda 4Ə-146 reyestr nömrəli, 15 aprel 2017-ci il tarixli ünvan 1nin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqaviləyə əsasən 28.04.2017-ci il tarixdə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* N-li Çıxarışın ləğv olunması, Bakı şəhəri 7 saylı notariat kontorunda 4Ə-319 reyestr nömrəli, 26 oktyabr 2017-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.0538 hektar torpaq sahəsi olan, 3267 nömrəli bağ sahəsinin alqı-satqı müqaviləsinə etibarsız hesab edilməsi, Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ləğv olunması, hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən vəkilə ödənilmiş vəsaitin əvəzi olaraq 500 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi Mayak bağları ərazisində yerləşən 42/3267 saylı 6 sot torpaq sahəsi Azərbaycan Respublikasının Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 31.10.2005ci il tarixdən onun mülkiyyətində olmuşdur. Vaxtaşırı ildə bir neçə dəfə torpaq sahəsinə baxış keçirmiş, lakin 2019-cu ilin mart ayında ona məxsus olan bağ sahəsinə baş çəkdiyi zaman sahənin daşla hasara alınaraq zəbt olunmasını və sonradan cavabdeh şəxslərə satılmasını aşkar etmişdir. Halbuku həmin bağ sahəsini heç kimə satmamış, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı notariat ofisinə getməmiş və onun adından üçüncü şəxslərə bağ sahəsinə görə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı hər hansı tapşırıq və etibarnamə verməmişdir. Ona qarşı olan haqsızlıqla bağlı Xəzər RPİ-yə şikayət ərizəsi ilə müraciət etmiş, lakin araşdırma nəticəsində Xəzər RPİ “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 avqust 2019-cu il tarixli Qərarla cinayət işinin başlanılmasına rədd edilmişdir. Mübahisəli əmlakla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi sorğusuna cavab olaraq **********41 saylı 08 sentyabr 2020-cu il tarixli məktubunda bildirmişdir ki, ünvan 1 Bakı şəhəri, 22 saylı notariat kontorunda qeydə alınmış 4Ə-58 reyestr nömrəli, 06 aprel 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 12.04.2017-ci il tarixdə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* N-li Çıxarışla qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, məktubda 4Ə-58 reyestr nömrəli, 06 aprel 2017-ci il tarixli alqı-satqı müqavilənin Cavabdeh1 kimdən əldə etdiyini sualına cavab verilməmişdir. Əlavə olaraq məktubda qeyd olunmuşdur ki, 22 saylı dövlət notariat ofisində 4Ə-58 reyestr N-li, 06 aprel 2017-ci il tarixli mübahisəli alqısatqı müqaviləsinin sənəd surətləri yalnız müvafiq məhkəmə qərarına əsasən veriləcəyi bildirilmişdir. Göstərilən alqı-satqı müqaviləsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə verilmiş vəkil sorğusuna 07.10.2020-ci il tarixli, 05/01- 2182/14 N-li cavab verilərkən bildirilmişdir ki, “ünvan 1 ünvanda olan torpaq sahəsinin alqısatqısı ilə bağlı ünvan 2ndə 06.04.2017-ci il tarixdə 4Ə-58 reyestr nömrəsi ilə Cavabdeh1 adına təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həmin dövlət notariat ofisində təsdiq edilmiş qeyd olunan müqavilənin nüsxəsinə və onun qeydə alındığı reyestr kitabına baxış keçirilərkən sözügedən müqavilənin Cavabdeh1 barədə deyil digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən xahişinizin təmin olunması imkan xaricindədir.” Bununla belə ona məlum olmuşdur ki, mülkiyyətində olmuş ünvan 1nin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmamış, onun iradına zidd olaraq özgəninkiləşdirilmiş və sonradan cavabdeh şəxslərin adına Dövlət Reyestri Xidmətində qeydiyata alınmışdır. Belə ki, mübahisəli bağ sahəsi 11 saylı notariat kontorunda 4Ə-146 reyestr nömrəli, 15 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 28.04.2017-ci il tarixdə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* N-li Çıxarışla qeydiyyata alınmışdır. Həmin alqı-satqı müqaviləsində əmlakın satış məbləği 50000 manat (əlli min manat) göstərilmişdir və nəhayət Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.0538 hektar torpaq sahəsi olan 3267 nömrəli bağ sahəsi 7 saylı notariat kontorunda 4Ə- 319 reyestr nömrəli, 26 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış və onun adına rəsmiləşdirilmişdir. Həmin alqı satqı müqaviləsində əmlakın satış məbləği 10000 manat (on min manat) göstərilmişdir. Xəzər Rayon Polis idarəsində müraciəti əsasında araşdırma aparılarkən cavabdeh şəxslərin əlaqəli olduğu və torpaq sahələri ilə bağlı bir neçə şübhəli əqdlərin həyata keçirildiyi müəyyən olunmuşdur. Hesab edirəm ki, cavabdeh şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.0538 hektar torpaq sahəsi olan 3267 nömrəli bağ sahəsindən məhrum edilmiş, buna görə də Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş bütün hüquqlardan istifadə edərək və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq mülkiyyətçi kimi özgəsinin qanunsuz sahibliyindən öz əmlakımı geri tələb etməyə haqlıdır. İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 bildirmişdir ki, hazırki iddia ərizəsində ona qarşı olan tələbləri qəbul edir və iddia ərizəsinin təmin olunmasına etiraz etmir. Həmçinin bildirmişdir ki, Orxan adlı şəxs 2017-ci ilin mart ayında ona bildirmişdir ki, Şüvəlan qəsəbəsi, Mayak adlanan yerdə torpaq sahəsi satır. O, orxandan 5,5 sot torpaq sahəsini 28000 manata almışdır. Torpağa dair sənədlər İddiaçı adına idi. Lakin Orxan torpağa dair sənədləşmə işləri ilə məşğul olan zaman ona öz şəxsiyyət vəsiqəsi ilə yanaşı, başqa şəxsiyyət vəsiqəsinin də lazım olduğunu bildirmişdir. O, həm öz şəxsiyyət vəsiqəsini, həm də dostu Maraqlı şəxs şəxsiyyət vəsiqəsini Orxana vermişdir. Maraqlı şəxs İddiaçı adından çıxış edərək mübahisəli bağ sahəsinə dair onunla notariusda 06.04.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamış və həmin torpaq sahəsi 12.04.2017-ci il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır. O, həmin alqı satqıya görə Maraqlı şəxs hər hansı pul vəsaiti ödəməmişdir. Daha sonra həmin torpağı Cavabdeh2 borc pul aldığına görə onunla alqı satqı müqaviləsi bağlamşdır. Lakin o, sonradan Rövşənin borcunu qaytarmışdır. Bundan sonra o, Rövşənin adından iştirak etməklə mübahisəli torpaq sahəsinə dair Cavabdeh3la alqı satqı müqaviləsi bağlamış, torpaq sahəsini satmış və torpaq sahəsi Rəşadın adına keçmişdir. Lakin onunla Cavabdeh3 arasında torpaq sahəsinin 10000,0 manata satılmasına dair alqı satqı müqaviləsi bağlansa da həmin müqavilə formal olaraq bağlanmışdır. O Cavabdeh3 həmin torpaq sahəsinə dair hər hansı pul vəsaiti almamışdır. İddianın təmin edilməsinə etiraz etmir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, onunla Cavabdeh1 arasında 15.04.2017-ci ildə AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmış və “ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Lakin bildirir ki, onun həmin 15.04.2017-ci il tarixli alqı-satqı müqaviləsini bağlayarkən torpaq almaq fikri olmamışdır. Həmin torpağa görə Cavabdeh1 hər hansı pul vəsaiti ödəməmişdir. Sadəcə Cavabdeh1 ona borcu olmuşdur. Sonrada həmin pul ona qaytarılmışdır. Qeyd olunan torpaq sahəsinin Cavabdeh3 satılmasından da xəbərsiz olmuşdur. O sadəcə Cavabdeh1 etibarnamə vermişdir. Hazırki iddia ərizəsində ona qarşı olan tələbləri qəbul edir və iddia ərizəsinin təmin olunmasına etiraz etmir. Həmçinin O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 və maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1945-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi Mayak bağları ərazisində yerləşən 42/3267 saylı 6 sot torpaq sahəsi 31.10.2005-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı və istismarı Birliyinin Şüvəlan ərazisindəki 42/3267 nömrəli bağın istifadəyə verilməsi haqqında 34080 saylı, 19.01.2005ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Əzizbətov rayonun Şüvəlan ərazisində 0,06 hektar torpaq sahəsi olan 42/3267 saylı bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla ona verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin vəkil sorğusuna verilmiş 07.10.2020-ci il tarixli, 05/01-2182/14 N-li məktubunda bildirilmişdir ki, “ünvan 1 ünvanda olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı ünvan 2ndə 06.04.2017-ci il tarixdə 4Ə-58 reyestr nömrəsi ilə Cavabdeh1 adına təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həmin dövlət notariat ofisində təsdiq edilmiş qeyd olunan müqavilənin nüsxəsinə və onun qeydə alındığı reyestr kitabına baxış keçirilərkən sözügedən müqavilənin Cavabdeh1 barədə deyil digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən xahişinizin təmin olunması imkan xaricindədir.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 14.03.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri, 22 saylı notariat kontorunda qeydə alınmış 4Ə-58 reyestr nömrəli, 06 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 İddiaçı (İddiaçı əvəzinə imza edən Maraqlı şəxs) tərəfindən Cavabdeh1 5000 manata satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 12.04.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri 11 saylı notariat kontorunda bağlanmış 3M-276 reyestr nömrəli, 14 aprel 2017-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0538 ha olan torpaq sahəsi Cavabdeh1 tərəfindən 50000 manata Cavabdeh2 satılmışdır. İş materiallarında olan Bakı şəhəri 11 saylı notariat kontorunda bağlanmış 4Ə-146 reyestr nömrəli, 15 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 Cavabdeh1 tərəfindən 50000 manata Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 28.04.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan X1 tərəfindən ünvan 4 ünvanlanmış ərizənin surətindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 nömrəli bağ sahəsinin satılmasına etiraz etmir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış 4Ə-319 reyestr nömrəli, 26 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.0538 hektar torpaq sahəsi olan 3267 nömrəli bağ sahəsi Cavabdeh2 (Cavabdeh1 Cavabdeh2 adından imza edib) tərəfindən 10000 manata Cavabdeh3 satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 02.11.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 08.09.2020-ci il tarixli məktubunda deyilir: "Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 saylı bağ sahəsi Bakı şəhəri, 22 saylı notariat kontorunda qeydə alınmış 49-58 reyestr nömrəli, 06 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 12.04.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin alqı-satqı müqaviləsində əmlakın satış məbləği 5000 manat (beş min manat) göstərilmişdir. Daha sonra sözügedən bağ sahəsi 11 saylı notariat kontorunda qeydə alınmış 4Ə-146 reyestr nömrəli, 15 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 28.04.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin alqı satqı müqaviləsində əmlakın satış məbləği 50000 manat (əlli min manat) göstərilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.0538 hektar torpaq sahəsi olan 3267 nömrəli bağ sahəsi 7 saylı notariat kontorunda qeydə alınmış 490-319 reyestr nömrəli 26 oktyabr 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin alqı satqı müqaviləsində əmlakın satış məbləği 10000 manat (on min manat) göstərilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.0538 hektar torpaq sahəsi olan 3267 nömrəli bağ sahəsi ipoteka ilə yüklülük edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır." İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ünvanlanmış 08.09.2020-ci il tarixli məktubunda deyilir:" Sizin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 0.06 sot 42/3267 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə (N-25727D kod 00306016 saylı bağ sahəsinin İddiaçı başqa kimlərə və hansı sənədlər əsasında verilməsi barədə 056-596 nömrəli 02.04.2019-cu il tarixli sorğunuza Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 42/3267 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi .(N-25727D kod 00306016, 31.10.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 14.03.2017-ci il tarixdə 3267 nömrəli bağ sahəsi kimi Mirzə-X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsi Bakı şəhəri, 22 saylı notariat Kontorunda qeydə alınmış 4Ə-58 reyestr nömrəli, 06.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 12.04.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi qəsəbəsi, 3267 nömrəli bağ sahəsi Bakı şəhəri 11 saylı notariat kontorunda qeydə alınmış 4Ə-146 reyestr nömrəli,15.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 28.04.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Daha sonra Şüvəlan qəsəbəsi qəsəbəsi, 3267 nömrəli bağ sahəsi Bakı şəğərf) 7 saylı notariat kontorunda qeydə alınmış 40-319 reyestr nömrəli, 26.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 02.11.2017-ci İl tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir." İş materiallarında olan Xəzər RPİ-nin 26.08.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 15.07.2021-ci il tarixli ərizədən görünür ki, o, hazırki iddia ərizəsində ona qarşı olan tələbləri qəbul edir və iddia ərizəsinin təmin olunmasına etiraz etmir. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış 15.07.2021-ci il tarixli ərizədən görünür ki, o, hazırki iddia ərizəsində ona qarşı olan tələbləri qəbul edir və iddia ərizəsinin təmin olunmasına etiraz etmir. İşin həqiqi halları, iddiaçının, onun nümayəndəsinin izahatları, işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçı, onu üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə vermədiyi halda, iddiaçının iradəsinin ziddinə onun mülkiyyətində olmuş mübahisəli bağ sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinə əsasən həmin bağ sahəsi dəfələrlə bir şəxsdən digərinə dəyərindən ucuz qiymətə satılmışdır. Məhkəmədə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən ünvan 1nin onun adından Maraqlı şəxs tərəfindən satılmasına dair etibarnamə verilməmişdir. Maraqlı şəxs tərəfindən İddiaçı məxsus ünvan 1 Cavabdeh1 satılarkən, Maraqlı şəxs İddiaçı təmsil etmək və onun adından alqı-satqıya razılıq barədə ərizə vermək səlahiyyəti olmamışdır. Mübahisəli torpaq sahəsinin satılmasına görə tərəflər arasında alqı satqı müqavilələri bağlansa da həmin alq-satqı zamanı torpaq sahəsinə alan şəxslərin həmin torpaq sahəsini almaq fikri olmamış və buna görə hər-hansı vəsait ödənilməmişdir. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin məcəllənin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından aslı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Məhkəmə qeyd edirki, təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqidlər bağlaya bilməz. Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.07.2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlnmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarixli qərarında Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilən qadağanın mahiyyətinin təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməli olması göstərilmişdir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilmişdir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5 maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İş materiallarından və həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi cavabdehlər arasında bağlanmış əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğundan, əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından aslı olmayaraq özlüyündə etibarsız olan əqddir. Beləliklə, hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələri formal xarakter daşıyır. Belə ki, məhkəmə iddia tələbinin "Bakı şəhəri, 22 saylı notariat kontorunda qeydə alınmış 4Ə-58 reyestr nömrəli, 06 aprel 2017-ci il tarixli ünvan 1nin alqı-satqı müqaviləsinin, "Bakı şəhəri 11 saylı notariat kontorunda 4Ə-146 reyestr nömrəli, 15 aprel 2017-ci il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Bakı şəhəri 7 saylı notariat kontorunda 4Ə-319 reyestr nömrəli, 26 oktyabr 2017-ci il tarixli Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və həmin iş üzrə toplanmış materiallardan da göründüyü kimi iddiaçı mülkiyyətində olan bağ sahəsinin satılması üçün Maraqlı şəxs onun adından çıxış etmək səlahiyyəti verməmiş, etibarnamə mülkiyyətçi tərəfindən imzalamamış və həmçinin Maraqlı şəxs həmin müqaviləni imzalamaq səlahiyyəti olmamışdır. Digər tərəfdən həmin torpaq sahəsi Cavabdeh2 və Cavabdeh2 adından Cavabdeh1 tərəfindən Cavabdeh3 satılarkən tərəflərin həmin torpaq sahəsini almaq niyyətləri olmamışdır. Məhkəmə yuxarıda göstərilən hallara dair maddi hüquq normalarının tələbləri baxımından yanaşaraq qeyd edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış alqısatqı müqavilələr formal xarakter daşımaqla hər-hansı əmlak əldə etmək niyyəti olmadan bağlanmışdır. Belə ki, məhkəmə araşdırması işin faktiki halları ilə də bağlanmış müqavilələr üzrə həmin müqavilələrin bağlanmasında (ilkin olaraq 06 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinin,) lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı təmin edilməmiş, ümumilikdə isə müqavilələr üzrə tərəflərin iradə və onun bildirilməsi vahidliyinin mövcud olmamış dır. Məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, qeyd olunanlara əsasən mübahisəli torpaq sahəsinə dair Bakı şəhəri, 22 saylı notariat kontorunda Cavabdeh1 ilə İddiaçıarasında bağlanmış 4Ə-58 reyestr nömrəli, 06 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsi, Bakı şəhəri 11 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-146 reyestr nömrəli, 15 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsi və Bakı şəhəri 7 saylı notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə-319 reyestr nömrəli, 26 oktyabr 2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilələr etibarsız hesab edildiyindən və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 1nə dair Cavabdeh1 adına qeydə alınmış 12.04.2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı, Cavabdeh2 adınaqeydə alınmış RX seriyalı ******* saylı və Cavabdeh3 adına qeydə alınmış 02.11.2017-ci il tarixli RX seriyalı ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar» da ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 10,0 manat məbləğində dövlət rüsumu cavabdehlər Namiq Oruc oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 500 manat xərcin cavabdehlərdən tutulması ilə bağlı qeyd edir ki, iddiaçının tələb etdiyi 500,0 manat nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərc pul cavabdehlər Namiq Oruc oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinəməhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 22 saylı notariat kontorunda qeydə alınmış ünvan 1nin alqı-satqısına dair bağlanmış 4Ə-58 reyestr nömrəli, 06 aprel 2017-ci il tarixli, AN-İ 081566 saylı alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Qeyd edilən müqavilə əsasında Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li 12.04.2017-ci il tarixli çıxarış ləğv olunsun. Bakı şəhəri 11 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1nin alqı-satqısına dair bağlanmış 4Ə-146 reyestr nömrəli, 15 aprel 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qeyd edilən müqavilə əsasında Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li 28.04.2017-ci il tarixli çıxarış ləğv olunsun. Bakı şəhəri 7 saylı notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 1nin alqı-satqısına dair bağlanmış 4Ə-319 reyestr nömrəli, 26 oktyabr 2017-ci il tarixli, AN- İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qeyd edilən müqavilə əsasında Cavabdeh3 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li 02.11.2017-ci il tarixli çıxarış ləğv olunsun. Hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən vəkilə ödənilmiş vəsaitin əvəzi olaraq 500 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul cavabdehlər Namiq Oruc oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəBakışəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə BakıApellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2361/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2361/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver