Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2368/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı MMC – nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri 19 saylı notariat ofisinə və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahədə olan icarəçiyə məxsus əmlakların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh, X2, X1 və Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “İcarəyə verən” Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 950C ünvanında yerləşən ümumi sahəsi 0,075 kv.m olan torpaq sahəsinin icarəyə verilməsinə dair “İcarəyə verən” ilə “İcarəçi” arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M367 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin və xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-502 nömrə ilə qeyd edilmiş İcarə müqaviləsində dəyişikliklər barədə sazişin ləğv edilməsi və həmin icarəyə verilmiş sahədə olan icarəçiyə məxsus daşınar əmlakların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) ərazi adiyyatı ilə tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən və iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan-ünvan 2 iclasında iddiaçı 1ST-Safety» MMC – nin nümayəndəsi və vəkili Nümayəndə1 mülki işin aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında Cavabdehn və onun vəkili və nümayəndəsi Nümayəndə2 hər biri ayrılıqda mülki işin aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, iddia ərizəsi icarə müqaviləsinin, sazışıin ləğv edilməsi, icarəyə verilmiş sahədə olan icarəçiyə məxsus daşınar əmlakların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi haqqındadır. Göründüyü kimi iddia tələbinin predmeti müqavilədən irəli gələn və daşınar əmlakla bağlı mübahisələrə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi prosessual qanunvericiliyin müstəsna aidiyyəti müəyyən edən normasının təsirinə də düşmür. Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri 19 saylı notariat ofisinə və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahədə olan icarəçiyə məxsus əmlakların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2368/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2368/2024
25.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver