Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2381/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təkzib məktubu verilməsi və mənəvi zərər tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə ünvanlandığı müraciətdə İddiaçı barəsində yazdığı məlumatların həqiqətə uyğun olmamasına dair təkzib məktubu ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi və vurduğu mənəvi ziyana görə Cavabdeh 10000 (on min) manat pulun alınaraq İddiaçı ödənilməsi tələbinə dair qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh təxminən 10 ildən artıqdır tanıyır və onu yaşıllaşdırma işi ilə məşğul olduğunu bilirdi. Vahid ona müraciət edərək, yaşıllıq salınmasına dair işlər olarsa ona yönləndirməyi xahiş etmişdir. Təxminən 2020-ci ilin əvvəllərində əvvəllər tanıdığı X2 ona müraciət edərək, Bakı şəhəri Səbail rayonu Xanlar küçəsində yerləşən parkı təmir etdiyini və parka qazon vurulmasında köməklik göstərilməsini xahiş etdi. Bundan sonra o X2 ilə Cavabdeh tanış etdi. Ə.Babayevlə Cavabdeh tanış üduqdan sonra onlar öz aralarında görüləcək işin həcmi və qiyməti ilə razılığa gəldilər və işə başladılar. Onlar görüləcək işlər barəsində razılığa gələrkən o həmin razılaşmalarda iştirak etməmiş, onların danışıqlarına müdaxilə etməmişdir. Bütün danışıqlar Əli ilə Vahidin arasında olmuşdur. Eyni zamanda tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Bakı şəhərində hərəkət məhdudiyyəti ilə əlaqədar olaraq Əli Vahidə pulu onun Sabunçuda yaşadığı evin qarşısında vermişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq Cavabdeh Azərbaycan Respublikası Prezidentinə ərizə ilə müraciət edərək onum barəsində həqiqətə uyğun olmayan şər, böhtan xarekterli məlumatlaraq yayaraq onun işgüzar nüfuzunu ləkələmişdir. Belə ki, Cavabdeh öz ərizəsində guya onun ona Bayıl qəsəbəsində yerləşən parkın yaşıllaşdırması tenderini udduğunu, onu Bayıl qəsəbəsində, parkın yuxarı tərəfində yerləşən ofisə çağırdığını, ofisi görüb ona inandığını, şirkətdə layihələr təqdim etdiklərini və 1-2 günə işə başlamağını bildirdiklərini, guya Vahidə parka gətirdiyi qazona görə 1000 manat pul verdiyini, həmin puldan 100 manat özünə götürdüyünü. 100 manatı isə ona verdiyini bunun 1 dəfə təkrar olunduğunu, 7-8 maşın gedəndən sonra pulun verilməsinin çətinləşdiyini, guya ona qazon salanların pullarını istədiklərini bildirdiyini, onun isə ona narahat olmamasını pullarının veriləcəyini bildirdiyini qeyd etmişdir. Lakin onun ona 3575 manat borcunun qaldığı, həmin pulu vermək istəmədiyini və heç bir tender udmadığını qeyd etmişdir. Cavabdeh ərizəsində göstərilənlərin heç biri həqiqəti əks etdirməməklə, yalan, şər və böhtan xarakterli olmuş, sonuncu ondan qanunsuz olaraq pul almaq üçün belə bir ərizə yazmaqla onun işgüzar nüfuzunu ləkələməyə çalışmışdır. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, Məhərrəmi uzun illərdir ki, tanıyır. O, yaşıllaşdırma idarəsində işləyir. Məhərrəm ona müraciət edərək bildirdi ki, tenderi udub və ondan nisyə qazon təşkil edilməsi üçün köməklik istəmişdir. Məhərrəm onu və qazonu bizə təşkil edən xanımı aldatmışdır. Onu Əli ilə Məhərrəm görüşdürüb. Bir yerdə lahiyyəsini müzakirə etmişlər. Onun müraciəti iddiaçının şərəf və layəqətinin ləkələnməsi və zərər vurulması kimi qəbul edilə bilməz. Belə ki, hər bir vətəndaşın dövlət orqanlarına müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş Cavabdeh müraciətində qeyd edilmişdir ki, Hörmətli, Cənab Prezident və Ali Baş Komandan, siz prezident olan zamandan Azərbaycan xalqının sevincinin həddi hüdudu tükənmir. Sizin Respublikamıza, xalqımıza yaratdığınız şərait və yeniliklər başqa dövlətlərdə sanki, yoxdur. Mən də Azərbaycan vətəndaşı olaraq sizin gördüyünüz, yaratdığınız bütün yeniliklərə sevinir, ailəmin və öz adımdan sizə dərin minnətdarlıq edirik. Siz xalqın sağlamlığının qorunması üçün sərəncam verirsiniz, hər bir vətəndaş sizə minnətdardır. Hörmətli Cənab Prezident, mən Cavabdeh 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Təqaüdçüyəm, Qarabağ müharibəsi iştirakçısıyam. Mənim və ailəmin təcavüzə məruz qalmaması üçün məcburiyyət qarşısında qalaraq sizə müraciət edirəm. Mənimlə bir neçə il tanış olan Nərimanov rayonunda Yaşıllaşdırma İdarəsinin bir sahəsində rəis vəzifəsini daşıyan Məhərrəm adlı şəxs mənə dedi ki, sən Binə qəsəbəsində yaşayırsan və orada qazon əkirlər. Qazon əkənləri tanıyırsan onlardan qazon almaq olar? Dedim olar. Dedi sabah yəni martın 3-də 2020-ci il tarixdə mənimlə gedək Bayıl qəsəbəsində orada park salınıb. O parka ağac və qazon əkilməlidir. Mən o parkın yaşıllaşdırmasını tenderlə udmuşam. O məni Bayıl qəsəbəsinə, parkın yuxarı tərəfində yerləşən ofisə çağırdı. Bizimlə birgə Əli adında bir nəfər də getdi ki, bizi təqdim etsin. Mən də getdiyimiz ofisi görüb inandım.. Mart ayının 5–də yenə məni Yasamal rayonunda yerləşən şirkətin ofisinə apardı. Şirkətdə Məhərrəmə layihələr təqdim etdilər və bir-lki günə başlamağı dedilər. Məhərrəm çıxanda mənə dedi ağacları özüm vuracam qazonu sən gətirərsən. Mən sənə pul verəcəm. Banka kredit borcum olduğu üçün imkanım olmadığı üçün razılaşdım. 2020–cı" il mart ayının 7-də qazon əkənlərdən 1 maşın 350 kvadrat qazon parka apardım. Apardığım fəhlələr parkın ərazisinə düzürdülər. Bu minbal ilə 2-ci maşını apardım. Səhəri gün Məhərrəm mənə 1000 manat pul verib dedi ki, 100 manat mən götürürəm 100 manat sən götür qalanın ver qazon əkənlərə, mən də elə etdim. Yenə bir maşın qazon apardım, apardığım fəhlələr qazonu yerə düzürdülər. Səhəri gün Məhərrərryenə mənə 1000 manat pul verib, özü 100 manat götürdü və mənə 100 manat vərdi. Pulun qalanını verdim qazon əkənlərə. Beləliklə, 7-8 maşın gedəndən sonra pulun verilməsi çətinləşdirildi. Məhərrəmə dedim qazon satanlar pullarını istəyirlər, daha nisyə vermirlər. O isə mənə cavabında qorxma pullar veriləcək, işləri başa çatdıraq. Mən FORMA 2–yə qol çəkməsəm onlar pul ala bilməyəcəklər. Müəyyən qədər qazon apardıqdan sonra yenə qazon əkənlər pulların istədikdə Məhərrəmə dedim. Məhərrəm dedi ki, nədir məni işdən çıxarsınlar istəyirsən. İcra başçısı məni tanıyır. Pul veriləcək narahat olma. Parkın ərazisinə 6845 kvadrat qazon vuruldu. Sonradan 600 kvadrat qazon mənə gətizdlrdllər. Parkın ərazisi qazonla tam yaşıllaşdırıldı. Tam iş qurtardı veriləsi puldan 3575 manat vermək istəmir. Sonra məlum oldu Məhərrəm tenderi udmayıb Forma 2–si yoxdur. Qazon satanlar mənim evimə gəlib, mənimlə mübahisə edib, pulların istəyirlər kobudluqla. Məhərrəmdən istədikdə mənə deyir get özün al. Mən kasıb adamam, təqaüdçüyəm. Mən o qədər pulu tapa bilmərəm. Hörmətli Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanı cənab İlham Əliyev sız haqq ədalət sahibisiniz. Mənə köməklik göstərilməəsinə sərəncam verməyinizi sizdən xahış edırəm. Əvvəlcədən sizə minnətdaram. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, o, Cavabdeh və İddiaçı tanıyır. Məhərrəm yaşıllaşdırma işlərinə baxır. Məhərrəm onu Vahidlə tanış etmişdir. Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində yaşıllaşdırma işlərinin aparılması üçün ərazidə yaşıllaşdırma işləri aparılmalı idi. İş tam olaraq başa çatdırılmışdır. Vahid işi tam gördükdən sonra ona 16540 manat pul ödənilmişdir. Həmin qeyd edilən məbləği hissə-hissə olaraq ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Göründüyü kimi iddiaçı cavabdehin Azərbaycan Respublikası Prezidentinə müraciət etməsinə və yalan məlumat verdiyinə əsaslanaraq onun cəmiyyətdə olan şərəf və ləyaqətinə xələl gətirdyini əsas gətirməklə iddianın təmin edilməli olmasını bildirir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Azərbaycan Rspublikası Konstitusyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.1-ci Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə müraciət etməsi onun vətəndaş kimi pozulmuş hər hansı hüququnun pozulması ilə bağlı dövlət orqanlarına sərbəst surətdə müraciət etmək hüququ ilə bağlıdır. Hər bir Azərbaycan Respublikası vətəndaşının öz pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı dövlət orqanlarına, eləcə də digər təşkilatlara müraciət etmək hüququ vardır və bu hüquq məhdudlaşdırılmamalıdır. Lakin belə müraciətlərdə və ya şikayətlərdə məlumatlar haqqında müraciət edilən şəxsin şərəf və ləyaqəti ləkələyən və yalan məlumatlar (təhqir, böhtan və.s kimi) məlumatlar olmamalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş müraciətin iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirməsi dəlili əsaslı sayıla bilməz. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi barədə vəzifə qoyulması hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin cavabdehdən onun xeyrinə 10000 manat mənəvi zərərin tutulması ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.Məhkəmə araşdırması zamanı cavabdehin Azərbaycan Respublikası Prezidentinə müraciətində şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia rədd edildiyindən məhkəmə hesab edir ki, həmin tələbdən irəli gələn bu hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: Azərbaycan Respublikası Prezidentinə ünvanlandığı müraciətdə İddiaçı barəsində yazdığı məlumatların həqiqətə uyğun olmamasına dair təkzib məktubu ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi və vurduğu mənəvi ziyana görə Cavabdeh 10000 (on min) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2381/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2381/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver