Məhkəmə qərarları › İş №2(003)-2395/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2395/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2395/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh8 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı müqavilənin etibarsızlığı və çıxarışların ləğv ediməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı müqavilənin etibarsızlığı və çıxarışların ləğv ediməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsi (0.12 hektar) barədə 10.08.2017-ci il tarixdə 4Ə-218 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş ******* nömrəli 16.08.2017-ci il tarixli cıxarışın ləğv olunması, 14 saylı notariat kontoru tərəfindən 14.09.2017-ci il tarixdə AN-1 seriyalı ******* nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş ******* nömrəli 19.09.2017-ci il tarixli cıxarışın ləğv olunması, 7 saylı notariat kontoru tərəfindən 30.10.2017-ci il tarixdə AN-İ seriyalı ******* nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş ******* nömrəli 08.11.2017-ci il tarixli cıxarışın ləğv olunması, 6 saylı notariat kontoru tərəfindən 31.01.2020-ci 11 tarixdə AN-İ seriyalı ******* nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş 14.02.2020-ci il tarixli cıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsi (0.12 hektar) atası Abbas-zadə X19 tərəfindən 25.10.2010-cu il tarixdə 4Ə/3-497 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona bağışlanmış və 12.11.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışla onun adına dövlət qeydiyyatına alınmışdır. Həmin tarixdən bağ sahəsi mülkiyyətində və istifadəsində olmuşdur. Lakin, 2021-ci ilin fevral ayında torpağa baxış keçirərkən ona məlum olmuşdur ki, tanımadığı şəxslər orada tikinti işləri aparırlar. Söhbət zamanı həmin şəxslər bildirmişlər ki, torpaq sahəsinə dair çıxarışları mövcuddur. Bundan sonra tərəfindən vəkillə müqavilə bağlayaraq bu halın araşdırılması xahiş olunmuşdur. Aparılan araşdırma nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsinin **********24 saylı 19.04.2021-ci il tarixli məktubu, AR Ədliyyə Nazirliyinin Bakı şəhəri 32 saylı Notariat ofisinin notariusu Elgün İmanlının X-560 saylı, 23 aprel 2021-ci tarixli məktubu, AR Ədliyyə Nazirliyinin, Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu Elmar Əliyevin 1086 saylı 13 aprel 2021-ci il tarixli məktubu, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu X6 333 saylı 14 aprel 2021-ci il tarixli məktubu, AR Ədliyyə Nazirliyinin Bakı şəhəri 6 saylı Notariat ofisinin notariusu Ərəstun İmanovun X 542 saylı 16 aprel 2021-ci il tarixli məktubu əldə olunmuşdur. Əldə olunmuş bütün bu sübutlara əsasən məlum olmuşdur ki, hazırkı iş üzrə olan bütün cavabdehlər əlbir olaraq saxta sənədlərlə və formal alqı-satqı müaqvilələri ilə qanunsuz şəkildə mülkiyyətində olan əmlakı xəbəri olmadan ələ keçirmişlər. Belə ki, ilk olaraq bu şəxslər saxta şəkildə tərtib etdikləri “32 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş kimi göstərilən və satıcı kimi onun adının qeyd olunduğu 10.08.2017-ci il tarixli 4Ə-218 reyestr nömrəli alqı-satqı müqaviləsi”nə əsasən 16.08.2017-ci ildə əmlakını Cavabdeh2 adına qeydiyyata aldırmışlar. Bu hissədə həmin saxta “alqı-satqı” müqaviləsini dövlət qeydiyyatına almış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin də (səlahiyyətli şəxsləri) aparıcı rolu olmuşdur. Notariuslar tərəfindən təsdiqlənən alqı-satqı müqavilələri elektron şəkildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində vardır və bu sistem vasitəsilə dövlət qeydiyyatına alacaqları alqı-satqı müqavilələrinin həqiqiliyini görmək imkanına sahibdirlər. Bəhs etdiyi müqavilə isə 32 saylı notariat ofisinin məktubunda göstərildiyi kimi rəsmiləşdirilməmiş və bu saxta müqavilədə 32 saylı notariat ofisi göstərilsə də, təsdiqləyən notarius X4 olmuşdur. Qeyd edək ki, X4 22 saylı Notariat ofisinin notariusudur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində bu cür tərtib olunmuş alqı-satqı müqaviləsinin sistemdə baxılan zaman dərhal saxta olmasının aydın olması halı mübahisəsizdir. Cavabdeh2 Daşınmaz Əmlakın pövlət Reyestr Xidmətinin əməkdaşları ilə əlbir olub əmlakını bu şəkildə mülkiyyəti kimi dövlət Reyestrində qeydə aldırdıqdan sonra, 14 saylı notariat ofisində Cavabdeh3 həmin torpaq barədə bütün hüquqları etibar edərək, yenə həmin notariusda onun adından əvvəlcədən razılaşmaqla və dəyəri 14000 manat göstərilməklə Cavabdeh4 formal alqı-satqı etmişlər. Yenə də razılaşma yolu ilə 7 saylı notariat kontorunda X1 Namiq Oruc oğlunu torpağa dair hüquqları etibar edərək həmin notariusda onun adından əvvəlcədən razılaşmaqla və dəyəri 25000 manat göstərilməklə Cavabdeh7 formal alqı-satqı etmişlər. Sonuncu olaraq isə təkrar qabaqcadan razılaşmaqla 6 saylı notariat ofisində Cavabdeh7 həmin torpağı dəyəri 39000 manat göstərilməklə Cavabdeh8 formal alqı-satqı etmişdir. Vacib olaraq qeyd etmişdir ki, torpağa baxış keçirilib orada tikinti aparılması aşkar olunan zaman torpağın sahibi kimi özünü təqdim edən şəxs Cavabdeh8 deyil Ziya adında başqa şəxs olmuş və o bildirmişdir ki, torpaq əslində onundur. Məhkəmənin diqqətinə çatdırmışdır ki, mübahisəli torpağın yerləşdiyi ərazidə torpağın bir sotu (100 kv.m) 15000 manat dəyərindədir. Bu o deməkdir ki, 0.12 ha torpaq sahəsinin dəyəri minimum 150000 manatdır. Yuxarıda sadalanan formal alqı-satqı müqavilələrində bu torpağa biçilən dəyər 14000, 25000 və 39000 manat olmuşdur. Bu hal da özündə sadalanan bütün alqı-satqı müqavilələrinin formallığını sübut edir. Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı iş üzrə torpaq sahəsinin saxta alqı-satqı müqaviləsi ilə rəsmiləşdirərək, daha sonra dəyərindən 10 dəfə az qiymətə formal şəkildə ardıcıl olaraq müxtəlif etibarnamələrlə alqı-satqı olunması hallarının torpağın qanunsuz şəkildə əldə olunmasını pərdələmək üçün atılmış olduğu açıq-aydın anlaşılandır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdaiə edərək onun təmin olunmasını xahiş etdi və bildirdi ki, iş üzrə Cavabdeh8 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və eyni zamanda iş üzrə 24.08.2021-ci il tarixdə keçirilən məhkəmə prosesində iki nəfər (Ziya və Əvəz) şahid dəvət etmişdir. Etirazda işin faktiki halları geniş təsvir edilməklə bildirilmişdir ki, həmin hallara əsasən o, hazırkı mülki iş üzrə vicdanlı alıcıdır və məhkəmə məhz onu vicdanlı alıcı kimi tanıyaraq ona aid olan alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışının ləğvi tələbini təmin etməməlidir. Hesab etmişdir ki, məhz həmin etirazda göstərilən hallara və məhz dəvət etdiyi şahidlərin məhkəmədə verdikləri ifadələrə əsasən Cavabdeh8 mübahisəli əmlaka vicdanlı alıcı hesab oluna bilməz. Belə ki, cavabdeh etirazda bildirmişdir ki, xalası oğlu Ziyanın əvvəllər tanıdığı, lakin həbsdə olan Kənan adlı şəxs cəzaçəkmə müəssisəsindən xalası oğlu ilə əlaqə saxlayaraq yaxın adamının torpaq satdığını bidirmiş, daha sonra onlara Əvəz kimi məlum olan bir şəxs zəng vuraraq mübahisəli torpaq sahəsi barədə ətraflı məlumat vermiş, yanvar ayı ərzində Əvəzlə torpağa baxış keçirmiş, təqdim olunmuş şəhadətnamədəki koordinatlar şəxsi vəsaiti hesabına dəvət olunmuş xüsusi avadanlıqla təchiz olunmuş mütəxəssis tərəfindən yoxlanılmışdır. Məhz bundan sonra torpağın satış qiyməti üzərində müzakirələr aparılmış, ilkin qiymət 85000 manat olmuş və o buna etiraz etmişdir. Bir neçə gündən sonra fikrini öyrənməklə bağlı onunla yenidən əlaqə saxlanılmış və o bildirmişdir ki, torpağı almaq üçün nəğd pulu yoxdur, pulun yarısını nəğd verəcəyini, yarısını isə qardaşının istifadəsində olan AUDİ A5 (2013 buraxılışlı) avtomobilini 23000 dollara qəbul eləməkləri müqabilində ödəyə bilər. Bir-iki gün sonrakı bu sövdələşmədə mübahisəli mənzilin satış qiyməti 60000 manat razılaşdırılır. Bundan sonra alqı-satqını həyata keçirmək üçün notariusa gəlirlər və burada o avtomobili pul əvəzinə rəsmi olaraq göstərə bilməyəcəyini öyrənir və etiraz edir. Lakin ona bildiriləndə ki, avtomobilin alıcısı var, o gəlib bu gün avtomobili alacaqdır və əldə olunan vəsait isə torpağın alqı-satqısı zamanı banka yerləşdirləcəkdir, o razılaşır. Həmin gün tanımadığı iki nəfər şəxsin yaxınlaşdığını bildirir və həmçinin qeyd edir ki, Əvəz onlarla ticarət etməyə başlayır. Əvəz onlara bildirir ki, həbsdə olan Niyaz adlı şəxsin həbsdən tez buraxılması üçün bu avtomobil təcili satılır. Onların avtomobilə 19000 manat qiymət qoymaqlarına Firudin hiddətlənir və etiraz edir, daha sonra tanıdığı şəxsləri dəvət edir və onlar avtomobilə 22100 manat təklif edirlər. Firudin yenə də etiraz edir. Lakin Əvəz kiminləsə telefonla danışdıqdan sonra pulun təcili lazım olduğunu və təklif olunan qiymətə satmağa razı olduğunu bildirir. Bundan sonra mübahisəli torpaq sahəsi 21000 manat əldə olan nəğd pula və avtomobildən əldə olunan 22100 manat pula, cəmi 43100 manat pula alqı-satqı olunur. Lakin alqı-satqı məbləğ 39000 manat göstərilir və ona bildirilir ki, yerdə qalan məbləğ (4100 manat) alqı-satqı, bank faizi xərclərinə xərclənəcək və müəyyən hissəsi də kiməsə veriləcəkdir. Firudin hər şeyin bu cür də olduğunu bildirərək davam edir ki, mübahisəli torpaqda çıxarışda adı göstərilən Cavabdeh7 həmin notariusa gəldi və torpuq sahəsini onun adına rəsmiləşdirmişdir. Etirazda təsvir olunanların bu hissəsinə qədər aşağıdakı hallar ortaya çıxır cavabdeh, 1) torpaq almaq üçün nəğd pulu və kifayət edən digər vəsaiti olmadığı halda, 2) torpağın satış qiyməti barədə məlumatlı olmadığı halda, mübahisəli torpağa şəxsi vəsait sərf edərək şəhadətnamədəki koordinatlarını yoxlatdırır. Bundan sonra torpağın ilkin qiyməti hesablanır və 85000 manat müəyyən olunur. Cavabdeh buna dərhal etiraz edir və 1-2 gün sonra bu qiymət 60000 manata endirilir. Göründüyü kimi mübahisəli torpağın satış dəyəri ilk olaraq birdən-birə 30 faiz aşağı salınır. Etirazın ilkin olan bu hissələrində belə fikir formalaşdırılmağa çalışılır ki, cavabdeh torpağa diqqət və ehtiyatla yanaşaraq onu hətta vəsaiti hesabına yoxlatdırmaqdan çəkinmir. Bunu həqiqət kimi qəbul etsələr o zaman, qəbul etməliyik ki, bu cür yoxlamayla bərabər cavabdeh ilk olaraq torpağın faktiki dəyəri ilə də maraqlanmalı idi. Bunu həm qiymət sövdələşməsində torpağın həqiqi dəyəri barədə məlumatlı olması üçün, həm də ümumiyyətlə, maddi vəziyyətinə görə bu torpağı almaq imkanına sahibdir ya yox, onu bilmək üçün. Torpağın həmin ilə olan dəyəri 180000 manat təşkil etdiyi üçün 85000 manat ilkin dəyərə dərhal etiraz etməyi müqabilində qarşı tərəfdən kobud reaksiya almaması bir tərəfə qalsın, hətta 1-2 gün sonra ona telefon edərək qiyməti birdən birə 30 faiz (25000 manat) aşağı endirmələri artıq onda şübhə yaratmalı idi. Düşünməli idi ki, bu qədər əlverişli və gözəl infrastrukturlu bir yerdə yerləşən, belə bir dəyərə sahib olan torpağı ilkin olaraq dəyərindən iki dəfədən də cox aşağı qiymətə satışa çıxaran şəxslər (həm də mülkiyyətçi olmayan şəxslər, həm də hansısa bilinməyən cəzaçəkmə müəssisəsində olan şəxsin oradan çıxarılması niyyətilə satışa çıxaran şəxslər) 1-2 gün içərisində hələ 25000 manat da birdən birə endirim edirlərsə, artıq bu torpağın bir mülkiyyət kimi onlar və eyni zamanda mülkiyyətçi olan şəxs üçün bir dəyəri yoxdur. Yəni torpaq onlar üçün gözdən çıxarılmış bir torpaqdır. Əmlakın atributlarından ən vacibi onun ifadə olunan və hər kəs tərəfindən qəbul olunan dəyəridir. Hazırkı təqdim edilən rəydən və kifayət qədər əlçatan olan mənbələrdən əldə edə biləcəkləri məlumatlardan da göründüyü və görünə bildiyi kimi torpaq nə indi, nə də daha əvvəl dəyər itirməmiş, tam əksinə dəyər yüksəldə yüksəldə getmişdir. Belə olan halda bütün bu halların Rzayev Firiduna əmlakın mübahisəli olmasını çatdırmağa kifayət etdiyi qaçılmazdır. İşin bu halına diqqətlə yanaşaraq qiymət verilməsini xahiş etmişdir. 180000 manat dəyərində əmlaka sahib olan şəxs böyük ürəyə sahib olaraq bunu hədiyyə edə bilər, amma gözdən çıxara bilməz. Hazırkı halda əmlakın dəyərsiz halı ilə bərabər bir də qısa vaxt ərzində dəyər itirə-itirə getməsi hər kəsdə şübhə doğuran və doğurmalı olan bir haldır. Bu hal cavabdehin mübahisəli əmlakı vicdanlı şəkildə almadığını sübut edən hallardan biridir. Nəzərə alınmalıdır ki, mübahisəli əmlak son nəticə olaraq notariusa gedəndə də ciddi şəkildə dəyər itirir və bu itki əvvəlkindən də artıq olmaqla 35 faiz təşkil edir. Göründüyü kimi 1-2 gün içərisində mübahisəli əmlak 85000 manat ilkin satış qiymətindən 39000 manata enir. Etiraza diqqət edilsə Cavabdeh8 bu prosesin ilk mərhələsindən bir müştəri kimi satan tərəfə “dərhal etiraz və hiddət” nümayiş etdirir. Qarşılığında da hər zaman qarşı tərəfdən kifayət qədər güzəşt əldə edir. Cavabdeh özü də etiraf edir ki, çıxarışda adı göstərilən şəxsi (mülkiyyətçi) ilk dəfə notariusda görüb. Yazılanlardan, şahid ifadələrindən və digər cavabdeh olan Cavabdeh7 izahatlarından da belə məlum olur ki o mülkiyyətində olan torpağın heç bir “bazarlığında” iştirak etməyib. Torpağın satışından əldə olunacaq gəlirin tamamilə başqa şəxslər üçün, həm də qaranlıq işlərə sərf olunacağı kimi hallar da cavabdehə (Firiduna) alqı-satqı müqaviləsinə imza atmamışdan əvvəl məlum olub. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli alqısatqıda Cavabdeh7 və Cavabdeh8 şəxsən iştirak edərək imza atmış olsalar belə, bu həmin alqı-satqı müqaviləsinin etibarlı bağlanması anlamına gəlmir. Əsas məqamlardan biri kimi qeyd edilməlidir ki, cavabdehin etirazından və şahid ifadələrindən aydın olur ki, o torpağı araşdırdıqdan (vəsait xərclədikdən sonra) sonra ilkin satış qiymətini öyrənir. Eyni zamanda qiymət barədə ikinci sövdələşmədə qarşı tərəfə bildirir ki, torpaq almaq üçün nəğd pulu yoxdur. Demək ki, Firidunda əvvəlcədən mövcud olan və səbəbini bildirmək istəmədiyi bir rahatlıq (arxayınçılıq) olmuşdur ki, qiymət hissəsi problem olmamışdır. Bir kəsin əlində 21000 manat pulu olduğu halda sadəcə 1 sotunun qiyməti 15000 manatdan başlayan 12 sotluq torpağı ala biləcəyi barədə nə qədər güvən və arxayınçılıq olmalıdır ki, o həmin torpağa xərc qoymaqla onun koordinatlarını yoxlatdırsın. İş üzrə bu cür güvən, rahatlıq və arxayınçılığa sahib olması da onu deməyə əsas verir ki, o, mübahisəli əqdi xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağlamamışdır. Əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə (və ya yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satmaqda) sərbəst olsa da, əmlak sahibi olmayan şəxslər tərəfindən əmlakın dəyərindən 5 dəfə aşağı qiymətə qiymətləndirilməsi və satışa çıxarılması, mülkiyyətçinin də bu səhnədə rolu sadəcə notariusda imza atmaqdan ibarət olması və digər yuxarıda sadalanan, həmçinin qeyd edə bilmədikləri lakin, iş üzrə mövcud olan digər halların Rzayev Firiduna məlum olduğu halda mübahisəli əmlakı vicdanlı şəkildə alması ağlabatan, məntiqli və həqiqət deyildir. Hesab etmişdir ki, bütün bu hallar onun vicdansız sahib olmasını sübut etməyə kifayət edir. Mövcud qanunvericiliyin tələbinə görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Hazırkı işdə isə mübahisəli əmlakın dəyəri ödənilməklə alındığını demək mümkün deyil, çünki onun dəyəri nə satan, nə də alan üçün əhəmiyyətli olmamışdır. Məhkəmədən o məqama da diqqət yetirməsini də xahiş etmişdir ki, nəzərə alsın ki, Firidun Rzayev işin sadalanan hallarına görə riski qabaqcadan bilə-bilə və bilməli olduğu halda istəyərək bu torpağa mülkiyyət əldə etmiş və dediyi kimi ona dəyən “zərər” 39000 manatdan ibarət olmuşdur. Lakin bilmədən və istəmədən mülkiyyətindən məhrum olunmaqla ona dəyən maddi zərərin ən aşağı həcmi isə 180000 manat olmuşdur. Mübahisəli torpaq ona atasının hədiyyəsi olduğu üçün mənəvi zərəri ölçülməyəcək şəkildə böyük olmuşdur. Bu qeyd etdiklərindən sonra daha əvvəldə göstərdiyi kimi, iş üzrə bəhs etdiyi etirazdan başqa qarşı tərəfin məhkəməyə dəvət etdiyi iki nəfər şahid iştirak etmiş və onların vermiş olduqları ifadələrlə, eyni zamanda iş üzrə digər cavabdeh olan Cavabdeh7 verdiyi izahatla aşağıdakı hallar ortaya çıxmışdır mübahisəli əmlaka dair alqı-satqı müqaviləsi notariusda Ramil və Firidun tərəfindən imzalansa da, iradə ifadəsi onların olmamışdır, mübahisəli əmlak qeydiyyat hüququ ilə Ramilə məxsus olsa da, faktiki sahibi Niyaz adlı şəxs olmuşdur və əmlak həmin şəxsin Ramilə olan borcunu ödəmək və eyni zamanda həmin şəxsin həbsdən çıxarılması məqsədilə satılmışdır, mübahisəli əmlak satışa məhz Niyaz tərəfindən çıxarılmış və onun həbsdə yanında dostluq etdiyi Kənan adlı şəxsin və daha əvvəl onlarla birlikdə həbsxanada olmuş, lakin əmlak satılan vaxt azadlıqda olan Əvəz (hazırkı işdə Firidunun dəvət etdiyi şahid) adlı şəxsin köməkliyi ilə hazırkı işdə sonuncu alqı-satqı müqaviləsi ilə satılmışdır, Niyaz Cavabdeh7 şikayəti əsasında təqsirli bilinərək ittiham olunmuşdur. Satan şəxslərə mübahisəli əmlakın dəyəri deyil, sadəcə onların ehtiyacları olan qədər pul əldə edə bilməkləri maraqlı olmuşdur. Əmlakı alan şəxsə (Ziya) əmlakın dəyəri maraqlı olmamışdır və onda sadəcə imkanı catacaq qədər pula bu əmlakı əldə edə biləcəyi barədə arxayınlıq olmuşdur. (Baxmayaraq ki, həmin şəxs ilk dəfə əmlaka baxış keçirilərkən qarşı tərəfdəki torpağın üzərində yazılan telefonla torpağın bir sotunun qiymətinin 8 000 manat olduğunu öyrəndiyini bildirmişdir, yəni mübahisəli torpağın dəyərinin 96000 manat olduğu barədə ona ilk dəfə baxmağa gedərkən məlum olduğunu etiraf etmişdir). Əmlakı alan şəxsə sadəcə torpağın koordinatlarına uyğun olması və notariusda alqı-satqı müqaviləsini mülkiyyətçinin şəxsən imzalaması maraqlı olmuşdur, əmlak barədə digər əhəmiyyətli hallar və məlum məqamlar maraqlı olmamışdır. Yuxarıda qeyd etdilən kimi əmlakın satılma səbəbini müqaviləni imzalamamışdan qabaq bildiyini etiraf etsə o da bu barədə mülkiyyətçidən notariusda qısa da olsa məlumat ala bilmək ehtiyacı hiss etməmişdir. Əmlakın alqı-satqı müqaviləsini formal olaraq Firidun imzalasa da onu faktiki alan və sahib olan şəxs Ziya olmuşdur. Hazırkı izahatda sadalanan bütün bu hallar tərəflərin (Cavabdeh7, istərsə də Rzayev Firidun) müqavilə üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin olmadığını göstərir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh8 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və iddiaya etiraz təqdim edərək izahatında bildirdi ki, 2020-ci ilin yanvar ayında cavabdehin xalası oğlunun əvvəllər tanıdığı, lakin həbsdə olan Kənan adlı şəxs cəzaçəkmə müəsissəsindən onunla əlaqə saxlayaraq yaxın adamının torpaq sahəsini satdığını bildirmişdir. Daha sonra onlara Əvəz kimi məlum olan bir şəxs ona zəng vuraraq sözügedən torpaq sahəsi haqqında ətraflı məlumat (yerləşdiyi mövqe, torpağın sahəsi və s.) vermişdir. Yanvar ayı ərzində o, Əvəzlə görüşərək torpağa baxış keçirmişdir. Ona təqdim olunan torpaq haqqında şəhadətnamədə olan koordinatları yoxlamaq üçün şəxsi vəsaiti hesabına torpağın yerləşdiyi əraziyə xüsusi avadanlıqla təhciz olunmuş mütəxəssis dəvət etmişdir. Şəhadətnamədəki koordinatlar yoxlandıqdan sona torpağın satış qiyməti üzərində müzakirələr aparılmışdır. İlkin təklif olunan qiymət 85000 manat olmuşdur və o, dərhal etiraz etmişdir. Üstündən bir neçə gün keçdikdən sonra onunla yenidən əlaqə saxlanıldı və fikri öyrənilmişdir. O, isə öz növbəsindədə nəğd pulu olmadığını pulun yarısını nəğd şəkildə verəcəyini yarısını isə avtomobil ilə kompensasiya edəcəyini bildirmişdir. Ümumi razılıq belə olmuşdur ki, qardaşının istifadəsində olan “Audi a 5” (2013-cü il buraxılış) markalı avtomobili 23000 dollar (ABŞ dolları) müqabilində ondan götürməklə, yerdə qalan vəsaitin nəğd şəkildə verib ümumilikdə torpaq sahəsini 60000 manat müqabilində alqı-satqı edəcəkdir. Torpağın alqı-satqısı ilə məşğul olan Əvəz avtomobili AUDİ servisdə yoxlatdırmaq istədiyini bildirmiş və o, etiraz etməmişdir. Avtomobil yoxlandıqdan sonra onu Xətai rayonunda yerləşən notariusa dəvət etmişlər. O, avtomobili pul əvəzi verdiyini rəsmi şəkildə göstərə bilməyəcəyini sözügedən notariusdan öyrəndikdən sonra etiraz etmişdir. Lakin ona bildirilmişdir ki, onların alıcısı var və gəlib avtomobili bu gün alacaqlar. Əldə olunan vəsaiti isə o, torpağın alqı satqısı zamanı banka yerləşdirə biləcək. Elə həmin gün avtomobili almaq üçün iki nəfər tanımadığı şəxs yaxınlaşmış və Əvəzlə həmin şəxslər ticarət etməyə başlamışlar. Əvəz onlara bildirmişdir ki, həbsdə olan Niyaz adlı şəxs kimləsə həbsdən tez buraxılması bu avtomobili təcili satır. Onlar da alverçi olduqlarını və avtomobili ucuz qiymətə almasalar xeyir qazana bilməyəcəklərini bıldirmişlər və avtomobilə 19000 manat pul təklif etmişlər. O, qeyri ixtiyarı hiddətini bildirmiş və etiraz etmişdir. Daha sonra onun tanıdığı digər avtomobil alqı satqısı ilə məşğul olan şəxslər dəvət olunmuşdur. Gələn şəxslər avtomobilə təcili satıldığı üçün 22100 manat pul təklif etmişlər. Əlbəttə ki, o, bu dəfə də etirazını bildirmiş, lakin Əvəz kimləsə telefonla danışdıqdan sonra pulun təcili lazım olduğunu və təklif olunan qiymətə satmağa razı olduğunu bildirmişdir. Alqı-satqı prosesi başlayandan sonra əldə olan onun özü ilə gətirdiyi 21000 manat və avtomobilin satışından əlavə olunan 22100 manat toplamda 43100 manat pul olmuşdur. Alqı-satqı üçün tələb olunan pulun tam tamamlanmadığının onun problemi olmadığını və müqavilənin aşağı qiymətlə yazılacağı təqdirdə heç bir problemin olmayacağını bildirərək alqı-satqı qiyməti 39000 yazılmışdır. Yerdə qalan vəsaitin alqı satqı və bank faizi xərclərinə xərclənəcəyini və müəyyən bir məbləğin kiməsə verildiyini bildirilmişdir. Elə də olmuşdur. Torpağa aid çıxarışda adı göstərilən Cavabdeh7 sözügedən notarius kontoruna gəldi və AN-İ ******* nömrəli müqaviləyə əsasən torpaq sahəsini (0.12 ha) onun adına rəsmiləşdirmişdir. Bütün rəsmi ödənişlər onun tərəfindən ödənilmişdir. Daha sonra o, torpağa yeni çıxarış və texniki pasport almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmin qurumun nümayəndəsi gəlib torpağa baxış keçirməli olduğunu və ondan sonra ona yeni sənədlərin veriləcəyini bildirmişdir. Sənədləri hazır olduqdan sonra onunla əlaqə saxlanılmış və ona öz adına olan torpağa aid çıxarış və texniki pasport təqdim olunmuşdur. 2021-ci ilin yanvar ayının əvvəlinə kimi o, dəfələrlə torpaq sahəsinə gedmiş, qonşularla ünsiyyət qurmuş, lakin heç bir əsaslı tikili aparmamışdır. Bu ilin yanvar ayının əvvəlində toprpaq şahəsini perimetr boyu dəmir beton konstruksiya dəstəkli mişar daşı ilə hasarlamaq qərarına gəlmişdir. İşlərin hazırlıq mərhələsində ilk zamanlar adını bilmədiyi və daha sonra adının Namik olduğunu bildiyi bir şəxs ona yaxınlaşaraq xeyir dua verərək, torpaq sahəsini neçəyə aldığını soruşmuşdur. O, da öz növbəsində 60000 manat olduğunu bildirmişdir. Daha sonra həmin şəxslə heç bir kontaktı olmamışdır. Bu söhbətin üstündən qıza zaman sonra Namik nömrəmi ustalardan əldə edərək ona zəng vurmuş və bildirmişdir ki, ona məxsus torpaq sahəsinin sənədlərində problem var və görüşmək lazım olduğunu, telefon söhbəti olmadığını bildirmişdir. Görüş zamanı torpağın sənədinin problemli olduğu ehtimalını ona bildirsə də, dəqiq olmadığını, ola bilsin yanıldığını və hər şeyin qanuna uyğun həyata keçdiyini bildirmişdir. Daha sonra xalası oğlu, Ziya Kənan adlı şəxslə əlaqə saxlayaraq məsələni bildirmişdir. O bildirmişdir ki, onlar torpaq alqı satqısı ilə məşğuldurlar və bilirlər ki, onlar torpağı səmərəli qiymətə almış odur ki, onları bu problemlə qorxuzub yenidən torpağı onlardan almaq istəyirlər. Bu məsələdən şübhələndiyi üçün o, Əmlak məsələləri Dövlət Komitəsinə yazılı və şifahi şəkildə müraciət etmişdir və bildirmişdir ki, o, bir vətəndaş olaraq hər hansı bir resursdan istifadə edərək torpağın ondan əvvəl kimə məxsus olduğunu və hansı şəkildə rəsmiləşdiyini heç bir qaynaqdan öyrənə blməz, rəsmi gəlirə alqı-satqı edib torpaq sahəsini özününküləşdirmiş və bütün sənədləri qaydasındadır. Həmin şəxs bildirmişdir ki, məsələni araşdırıb onlarla əlaqə saxlayacaq və mehriban şəkildə sağollaşmışlar. Daha sonra Namik adlı şəxsə zəng vurub bu məsələnin kim tərəfindən olunduğunu öyrənməyə çalışmışlar. Onlara məlum olmayan və heç vaxt görmədikləri Niyaz (Namikin qardaşı) adlı şəxs onunla əlaqə saxlamış, həbsdən yeni çıxdığını, məhz belə məsələlərə görə həbsdə olduğunu bildirmişdir. Onlar ikilikdə (iddiaçının yaxın adamı və o) bu Niyazla görüşdük və Niyaz etiraf etmişdir ki, bu torpağı onlar problemini bilə bilə bir neçə şəxsə satıblar. Bununla da bildirmək istəmişdir ki, iddiaçının nümayəndəsi şəxsən bu söhbətdə iştirak etmişdir və onların əvvəllər bu şəxsləri tanımadıqlarını, kimləsə əlbir olmadıqlarını, torpaq sahəsinin sənədinin hər hansı problemindən xəbərsiz olduqlarını çox gözəl şəkildə bildiyi halda iddia ərizəsində onları kimləsə əlbir kimi göstərmişdir. Kənan adı çəkilən şəxs hazırda təcridxanadadır. Torpaq sahəsini onlara həmin şəxs telefonla təqdim etmişdir. Namik yanvar ayında onlara yaxınlaşıb problem barəsində dolğun olmayan məlumatı verən şəxs. Daha sonradan məlum olub ki, bu şəxs torpağ haqqında məlumatlı olub və ondan əvvəlki alqı satqılar zamanı məsələnin kökünü bilə bilə saxta alqı-satqı təşkil edib. Bununla bağlı əlimdə kifayət qədər səs yazıları mövcuddur və istənilən vaxt məhkəmənin diqqətinə təqdim edə bilər. Niyaz Namikin qardaşıdır. Onu əvvəllər nə görmüş nə də tanımışlar. Yuxarıda adı çəkilən Kənanla bir yerdə təcridxanada olublar. Niyazın bildirdiyinə görə Kənan bu problemi bilsə də, onları xəbərdar etməmiş. Onlara fərqli təkliflər versə də (bu torpağın əvəzinə ev) onun heç bir təklifi ilə razılaşmamışlar. İddiaçının nümayəndəsi ilə üçlü görüş zamanı açıq şəkildə məlum olub ki, iddiaçıya qarşı dələduzluğu məhz bu şəxs edib və onlarla heç bir əlaqəsi yoxdur. Bununla bağlı əlində kifayət qədər səs yazıları mövcuddur və istənilən vaxt məhkəmənin diqqətinə təqdim edə bilər. Ramil ona satılan torpaq sahəsinin sahibidir. İlk dəfə notarial kontorda görmüşdür, daha əvvəllər tanımamışdır. Alqı-satqı zamanı şəxsən prosesdə iştirak edib və banka qoyulan vəsaiti şəxsən özü çıxarıb. Digər iddiada adları sadalanan şəxsləri tanımır, heç vaxt görməmiş, heç bir əlaqəsi olmamışdır. O, olduqca yüksək vəsait xərcləyərək (60000 manat torpaq sahəsinin alqı satqısı üçün, 17000 çəpərin inşası üçün) rəsmi şəkildə torpaq sahəsini alqı-satqı etmiş, daha sonra müvafıq icra hakimiyyəti orqanından torpağa aid sənədləri əldə etmiş və rəsmi müraciəti ilə də bu torpaq sahəsinin tarixçəsinin yoxlanılmasını xahiş etmişdir. Kimsə-kiməsə qarşı dələduzluq edibsə məhz həmin şəxslər məsuliyyət daşımalıdır və dəyən ziyanı ödəməlidir. O, dövlət tərəfindən verilən sənədin düzgünlüyünü rəhbər tutaraq bildirmək istəmişdir ki, sözügedən torpaq sahəsi onun şəxsi mülkiyyətidir. Hesab etmişdir ki, baxılan iş üzrə o, mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində qeydə alınmış şəxs arasında alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. İş materiallarında onun vicdanlı əldə edən olduğumu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Bu səbəbdən də qərar qəbul edilərkən onun vicdanlı alıcı olması nəzərə alınmalıdır. Odur ki, İddiaçı ona və digərlərinə qarşı verdiyi iddia tələbinin onun mənafeyinə və maraqlarına toxunan hissədə, yəni, Bakı şəhəri 06 saylı notariat kontorunda bağlanmış 31 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və 14.02.2020-ci il tarixli mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh7 nümayəndəsi və vəkili X2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh7 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, alqı-satqıda orada olmuşdur. Notaruisdanda soruşduqda demişdir ki, təmiz sənəddir. Etibarnaməni Eminə vermişdir. Notariat kontoruna alqı-satqı zamanı gəlmişdir. Bu birinci alqı-satqıda idi. Torpağı 135 000 almışdır. 25 sotdur. 2ci alqı-satqı zamanı notariusda heç bir problem olmamışdır. Notariat kontorunda şəkillərin çəkilib-çəkilməməsi ilə bağlı heç bir şeydən xəbəri olmamışdır. Niyə çəkilmədiyini bilmir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh4 nümayəndəsi və vəkili X11 iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, Namiq adlı şəxs maklerdir. Nərminin yoldaşı topağı Namiqdən almışdır. Namiq cavabdehə bir torpaq göstərmiş, lakin həmin torpağı deyil başqasını satmışdır. Torpağa dair verilmiş çıxarış Nərminin yoldaşına göstərilən yerə aid olmadığı üçün Namiqdən ödənilmiş pulun geri qaytarılmasını tələb edilmişdir. Bundan başqa Namiqin digər torpaq sahəslərini yanlış göstərərək, satması ilə bağlı 100000 manatdan çox Nərmin xanımın yoldaşına borcu vardır. Odur ki, iddianın təmin edilməsinə etirazımız yoxdur. İddiaçı və cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 bildirmişdir ki, Kənan adlı şəxs ona zəng etmiş və dostunun torpaq sahəsi satdığını bildirmişdir. Demişdir ki, dostunun məhkəmə problemi var, kiməsə pul ödəməlidir, nəsə dəymiş ziyan ödənilməlidir ona görə münasib qiymətə satır. Razılaşdıqdan sonra Kənan onu Əvəz adlı bir şəxslə tanış etmişdir. Əvəz adlı şəxs ona zəng vurmuş və Mərdəkana-Şüvəlana dəvət etmişdir. Həmin şəxslə gəlib görüşmüş, torpaq sahəsinə baxmışlar, torpaq sahəsinə aid bütün sənədləri ona təqdim etmişlər, çıxarış Cavabdeh7 adlı bir şəxsin adına olmuşdur. Sənədləri almış, lakin onlara heçnə deməmişdir. Yoxlatdırmışdır ki, həmin çıxarış bu torpağa aiddir və daha sonra bunlarla ticarətə başlamışdır. Birinci 80 000 manat demişlər, lakin yerə baxdıqdan sonra Firudin imtina etmişdir. Daha sonra 60 000 manat təklif etmişlər. Pul əvəzi olaraq Firudinin qardaşına aid 2013-cu il “audi” markalı avtomobil (hazırda satış qiyməti 23-24 min ABŞ dollardır) 23 min ABŞ dolları dəyərində qiymətləndirərək təklif edilmiş və 20 000 manatda pul verilər və beləliklə 60 min manata razılaşmışlar. Razılıq əldə olunduqdan sonra onlar tələb etmişlər ki, Cavabdeh7 özü gəlsin və notarial alqı-satqıda iştirak etsin. Qarşı tərəf təklif etmişdir ki, Ramil kiməsə etibarnamə versin özü gəlməsin, lakin onlar bu təklifdən imtina etmişlər. Alqı-satqı günü Notariusa o, Firudin, Əvəz getmişlər, 1 saat sonra isə Ramil gəlmişdir. Notarial prosesə başladıqdan sonra o, demişdir ki, pulun bir hissəsi maşınla əvəz olunacaq, bu nəcə sənədləşdiriləcək. Notariusda bildirmişlər ki, maşını müqavilədə göstərə bilməzlər. Bunlar nümayəndə dəvət etmişlər ki, maşına baxış keçirilsin. Həmin şəxs maşına nəqədərsə qiymət qoymuşdur. Zəng etmişlər bu işdə bilavasitə maraqlı olan şəxsə, o da demişdir ki, dəyər-dəyməzinə satılsın ona bu gün təcili pul lazımdır. Bunlar həmin maşını 20000 manata satmışlar, halbuki ondan 23 000 dollar kimi götürmüşlər. Ümumilikdə 40 000 manat pul yaranmışdır. 20 000 manat Firudin özü ilə gətirmiş, 20 000 manata isə maşın satılmışdır. Pul banka qoyulmuşdur. Orada alqı-satqını da, sığortanı da rüsumunu Firudin ödəmişdir. Bir sözlə qarşı tərəfin 1 manat belə heç nəyə xərcləri çıxmayıb. Cavabdeh7 şəxsən özü gəlmiş, onlar dəqiqləşdirmişlər, şəxsiyyət vəsiqəsinə baxmışlar ki, Cavabdeh7 aiddir. Alqı-satqı baş tutmuş və onlar halallaşmışlar. Firudin mütəmadi olaraq torpaq sahəsinə gedib-gəlmişdir, orada olan qonşularla əlaqə saxlamışdır və orada çəpər falan olmamışdır. Bu məsələdən bir müddət keçmişdir. Bu ilin yanvar və ya ötən ilin dekabr ayında orada çəpər çəkməyə başlamışdır. Ukraynada olduğu üçün bu məsələ ilə o, məşğul olmuşdur. Çəpərin təməli beton tökülmüşdür. Orada beton konstruksiyalı çəpər çəkilmişdir. Çəpər dedikdə hasar nəzərdə tutulur. Həmin hasarın çəkilməsinə 17 000 manat xərc çəkilmişdir. Beton töküldükdə ona bir nəfər şəxs yaxınlaşmış, daha sonra həmin şəxsin Namiq olduğunu bilmişdir. Ona demişdir ki, bu torpağın problemi vardır. Daha sonra o, bu məsələ ilə bağlı Firudinə məlumat vermişdir. Firudin gələn kimi onlar Əmlak Məsələlərinə sorğu vermişlər ki, bu vaxt onlara torpaq satılmış, şəhadətnamə onların adına çıxmışdır, xahiş etmişlər araşdırılmaqla bu işdə bir saxtakarlığın olub-olmaması barədə onlara məlumat verilməsi xahiş olunub. Rəsmi şəkildə onlara cavab gəlmişdir ki, torpaq sahəsi onlara məxsusdur, sənədlərdə heç bir problem yoxdur və işə davam edə bilərlər. Belə bir cavab aldıqdan sonra onlar hasarın inşasını davam etdirmişlər. Hasarın inşası bitmiş, qapı qoyulmuşdur, içəridə dam tikilmişdir, həyət normal qaydaya salınmışdır, 40 kisə torpaq gətirib tökmüşlər yenidən. Daha sonra bir nəfər şəxs gəlib demişdir ki, o, hasarını düzgün çəkməmişdir. Kim olduğunu soruşarkən bildirmişdir ki, o, yan torpağın sahibidir və onun torpaq sahəsini hasarlamışdır. O, demişdir ki, onların əlində çıxarış var həmin çıxarışın koordinatları ilə hasar üst-üstə düşür. Öz növbəsində topağın ona məxsus olduğunu qeyd etməklə araşdırmasını tövsiyyə etmişdir. İki gün keçdikdən sonra ona Namiqin qardaşı Niyaz zəng edib demişdir ki, o vaxt çox böyük səhv etmişdir. Ona bildirmişdir ki, rəsmi sənədlə torpaq almışlar. Ona məlum olmuşdur ki, bunlar əvvəl kiməsə qarşı dələduzluq ediblər. Daha sonra Günel xanımın nümayəndəsi-yaxın qohumu, o və Niyaz görüşmüşlər. İddiaçının nümayəndəsi özüdə görmüşdür ki, bu şəxsi tanımırlar, ilk dəfədir görürlər, əvvəllər heç bir münasibətləri olmamışdır. Nə vaxtsa iddiaçıya qarşı saxtakarlığa yol verilibsə onların buna heç bir aiddiyyatları yoxdur. Özlərinə də demişlər ki, o, qanunla gedib alqı-satqı etmiş və əlində dövlətin ona verdiyi sənəd var. Düşünmüşdür ki, heçkəs mübahisəli torpağa 60000 manat, hasarına 17000 manat verməz. Onlar orada evdə tikməyə başlamışlar. Həmçinin qeyd etmişdir ki, Firudin xalası oğludur. Kənan adlı şəxs ona zəng etdikdən sonra o,torpağı Firudinə təklif etmişdir. Torpağa mütəxəssis dəvət etmişlər. Komitən özündən nümayəndə olmuşdur. Ona 200 manat pul ödəməklə gəlib şifahi koordinat vermişdir. Torpağı alarkən əllərində 20000 manat vəsait olmuşdur. Avtomobilin satışından da 20000 manat əldə etmişlər 39000 manat göstərildi, 1000 manat rüsuma xərcləndi. İlk olaraq onlara 80000 manat təklif olunmuşdur. Firudin etiraz etmiş. 2-3 gün sonra təkrar özləri əlaqə saxlamışlar. Onlara 60000 manat ala biləcəklərini söyləmişlər. Məcburiyyətdən 39000 manat alqı-satqı etmişlər. Tərəflərin razılığı ilə olub. Razılaşdırmışlar 60000 manata, onların istəyi ilə 39000 manat yazıldı, lakin bundan əlavə onlara maşında vermişdir. Bu işə qədər o, Cavabdeh7 tanımamışdır, heç vaxt görməmişdir. Həmin yerdə əmlakın dəyəri ilə maraqlanmışdır. Sotu 8000 manat idi – çəpərli vəziyyətdə. Torpağın üz-üzünə düşən torpaqla maraqlanmışlar. 12 sot torpaq idi. Torpağın sotu 8000 manat idi. Birinci dəfə Firudinlə torpağa baxmağa gedəndə artıq onlara qiymətlər məlum olmuşdur. Ramilin Günellə nə əlaqəsinin olduğunu bilmir. Aralarında narazılıq olmayıb. Onlar çıxarışı aldıqdan sonra Namiq gəlib demişdir ki, problem var. O, Kənanı yığmışdır. Ramilin nömrəsini vermədilər. 80000 qiymət qane etməmiş 80000 manatdan 60000 manata düşməsini düşünmüşlər. Onlar Ramilin bu işlə əlaqəsinin olmadığını bilmirdilər. Bütün ödənişləri Firudin edib, onların adından ödəyib. 23000 dolları avtomobilə onların alverçisi 17000 manat qiymət qoydu. Daha sonra özləri ona demişlər ki, tanıdığı adam varsa çağırsın gəlsin. Onun da Babək prospektində tanıdığı dostlar var onlara demişdir ki, gəlib baxıb almışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, məhkum olunmuşdur, bu səbəbdən də iş tapa bilməmişdir və 2020-ci ilin əvvəllərində işsiz olmuşdur. Onun bildiyinə görə mübahisəli torpaq sahəsi Ramilin olub, o, sənədləri Ramildən alıb Ziyaya gətirmişdir. Firudini isə notariat kontorunda görmüşdür. Kənan hazırda cəza çəkmə müəssisəsindədir. Niyaz alqı-satqıdan sonra azad olunmuşdur. Niyazın Ziya ilə münasibəti yoxdur, Ramillə var. Bütün bu məsələləri Kənanla Ziya özləri danışıb. Əvvəl torpağı satışa çıxarmışlar, lakin satılmamışdır. Əvvəl torpağa bir dəfə müştəri aparmışdır. Kənan Ziyaya demişdir ki, bu torpağı alsın. Şərtləri də müzakirə etmişlər. Ziya demişdir ki, qiymətini o desin. Kənan 8000 manata demişdir. Həmin gün söhbətləri alınmamışdır. Daha sonra Kənan onunla əlaqə saxlamışdır ki, Ziya ilə aralarında konfrans yaratsın. Qiymətini belə razılaşmışlar. Ziya ilə də özləri danışmışlar. Niyazın borcu 22500 manat borcu olduğundan torpağı təcili satmışdır ki, borcu qaytarsın. Torpağı 60000 manata razılaşdırmışlar. Real qiymət olub-olmadığını bilmir. Daha əvvəl adam aparmış lakin satılmamışdır. Torpaqla problem olduğunu bilməmişdir. Xidmətə görə 600 manat vermişlər. 17500 manat pulu özlərinə vermişdir. Həmin topaq sahəsinin üzərində satılır sözü görməmişdir. Həmin torpaq sahəsi yarımçıq hasarın içində olmuşdur. Hardasa 3-5 daş olardı. Çıxarışı daha əvvəl Namiqdən götürmüşlər. Orada Ramilin adı deyildi qadın adı idi. Həmin ad yadımda deyil. Daha əvvəl Ramili görməmişdir. Avtomobilin alqı-satqısında olmuşdur. Avtomobili birinci makler gəlmişdir 17000 manat qiymət qoymuşdur. İnternetdən maraqlanmışdıq maşının real qiyməti baha idi. Kənan özü demişdir ki, maşını təcili satsınlar. Konfranslar cəzaçəkmə müəssisəsində olub. Niyaz torpaqla bağlı işə görə, Kənan da dələduzluqla bağlı məhkum olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12.11.2010-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 19.04.2021-ci il tarixli məktbunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsi 30.03.2001-ci il tarixli 29805 saylı icarə müqaviləsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 22.12.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 27.02.2010-cu il tarixdə Abbas-zadə Azad Abbas-Qulu oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda 25.10.2010-cu il tarixdə 4Ə/3-497 saylı reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi 12.11.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və MA seriyalı ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu Şövkət Gülməmmədova tərəfindən təsdiq edilmiş 10.08.2017-ci il tarixdə 4Ə-218 reystr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsi 16.08.2017ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu Elmar Əliyev tərəfindən təsdiq edilmiş 14.09.2017-ci il tarixdə 4Ə-668 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında bağ sahəsi 19.09.2017-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 30.10.2017-ci il tarixdə 4Ə-324 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında 08.11.2017-ci il tarixində Cavabdeh7 adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsini icra edən X17 tərəfindən təsdiq edilmiş 31.01.2020-ci il tarixdə 4Ə-60 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında ünvan ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi 14.02.2020-ci il tarixdə Cavabdeh8 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisinin 23.04.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,13/14-2063/2064 saylı bağ sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İş materiallarında olan satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh4 arasında 14.09.2017-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14- 2063/2064 saylı bağ sahəsinin alıcıya 14 000 manat satılması haqqında bağlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.08.2017-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan satıcı Cavabdeh4 ilə alıcı Cavabdeh7 arasında 30.10.2017-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14- 2063/2064 saylı bağ sahəsinin alıcıya 25 000 manata satılması haqqında bağlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10.09.2017-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsusdur. İş materiallarında olan satıcı Cavabdeh7 ilə alıcı Cavabdeh8 arasında 31.01.2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14- 2063/2064 saylı bağ sahəsinin alıcıya 39 000 manata satılması haqqında bağlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.11.2017-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.02.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh8 məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən təqdim edilmiş satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış 10.08.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alq-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14- 2063/2064 saylı bağ sahəsinin alıcıya 32 000 manata satılması haqqında bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı 08.09.2021-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Bakı şəhəri 32 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında hər hansı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Eyni zamanda X3 04.10.2011-20.02.2020-ci il tarixlərdə Bakı şəhəri 22 saylı notariat ofisində xüsusi notarius kimi fəaliyyət göstərməsi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsinin 2017-ci il tarixinə olan bazar dəyəri 120 000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiq edilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsasdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsi 30.03.2001-ci il tarixli 29805 saylı icarə müqaviləsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 22.12.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 27.02.2010-cu il tarixdə Abbas-zadə Azad Abbas-Qulu oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda 25.10.2010-cu il tarixdə 4Ə/3-497 saylı reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi 12.11.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və MA seriyalı ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Sonradan mübahisəli bağ sahəsi Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu Şövkət Gülməmmədova tərəfindən təsdiq edilmiş 10.08.2017-ci il tarixdə 4Ə-218 reystr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsi 16.08.2017ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 14 saylı notariat kontorunu tərəfindən təsdiq edilmiş 14.09.2017-ci il tarixdə 4Ə-668 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında bağ sahəsi 19.09.2017-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 30.10.2017-ci il tarixdə 4Ə-324 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında 08.11.2017-ci il tarixində Cavabdeh7 adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31.01.2020-ci il tarixdə 4Ə-60 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında ünvan ünvanda yerləşən 0.12 hektar torpaq sahəsi 14.02.2020-ci il tarixdə Cavabdeh8 adına qeydiyyata alınmış və hazırda mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda məhkəmə sorğusu əsasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Bakı şəhəri 32 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında hər hansı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Həmçinin sorğuya cavab olaraq X3 04.10.2011-20.02.2020-ci il tarixlərdə Bakı şəhəri 22 saylı notariat ofisində xüsusi notarius kimi fəaliyyət göstərməsi bildirilmişdir. Bununla yanaşı Bakı şəhəri 32 saylı notariat ofisinin 23.04.2021-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri 32 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,13/14-2063/2064 saylı bağ sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Eyni zamanda mübahisəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14-2063/2064 saylı bağ sahəsinin 2017-ci il tarixinə olan bazar dəyəri 120000 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələbi və məhkəmə təqdim edilmiş olan alqı-satqı müqavilələri və həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışlardan göründüyü kimi hazırda mübahisəli torpaq sahəsi ilə bağlı 1) İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair 10.08.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh2 adına 16.08.2017-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı 11242115 saylı çıxarışın, 2) Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair 14.09.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh4 adına 19.09.2017-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın, 3) Cavabdeh4 ilə Cavabdeh7 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair 30.10.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh7 adına 08.11.2017-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın, 4) Cavabdeh7 ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair 31.01.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh8 adına 14.02.2020-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsindən ibarətdir. İddiaçının iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair 10.08.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh2 adına 16.08.2017-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı 11242115 saylı çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlar əsasında ümumiyyətlə yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinin bağlanmaması aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın alğı-satqısına dair müqavilə ümumiyyətlə notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də, hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır. Odur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsi (0.12 hektar) barədə 10.08.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və mübahisəli daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş ******* nömrəli 16.08.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığı halda, həmin əqdi əsas götürməklə iş üzrə cavabdehə qeyd edilən daşınmaz əmlaka dair dövlət reyestrində çıxarış verilməklə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə müvafiq hər hansı hüquqi əsas olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Yəni göstərilən halda iddiaçı tərəf mülkiyyət hüququndan hər hansı bir əsas olmadan məhrum edilir ki, bu da yolverilməzdir. Bununla bağlı məhkəmə həmiçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, belə bir müqavilə notarius tərəfindən rəsmiləşdirilmədiyindən nə elektron formada informasiya sistemləri vasitəsilə, nə də təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərilməsi mümkün ola bilməzdi. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən də, göstərilən halın mövcudluğu müəyyən edildiyi halda mülkiyyət hüququnun qeydə alınması aparıla bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın alğısatqısına dair müqavilə ümumiyyətlə notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də, hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır. Məhkəmə iddia tələbinin 14 saylı notariat kontoru tərəfindən 14.09.2017-ci il tarixdə AN-İ seriyalı ******* nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş RX seriyalı ******* nömrəli 19.09.2017-ci il tarixli cıxarışın ləğv olunması hissəsinə qiymət verərək qeyd edir ki, məhkəmə iclasında izahat vermiş Cavabdeh4 nümayəndəsi və vəkili X11 iddia tələbini qismən etiraf edərək, mübahisəli daşınmaz əmlakın Nərminin yoldaşının Namiqdən (Niyazın qardaşı) aldığını və sonuncunun makler olmasını, Namiqin cavabdehə (Nərmin) bir torpaq göstərdiyi, lakin həmin torpağı deyil başqasını satması, torpağa dair verilmiş çıxarış Nərminin yoldaşına göstərilən yerə aid olmadığı üçün Namiqdən ödənilmiş pulun geri qaytarılmasının tələb edildiyi, bundan başqa Namiqin digər torpaq sahələrini yanlış göstərərək, satması ilə bağlı 100000 manatdan çox Nərmin xanımın yoldaşına borcu olduğunu və iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi Cavabdeh4 tərəfindən mübahisələnirilmədiyindən qeyd edilən hissədə də iddiaçının tələbi təmin edilməlidir. Bundan başqa məhkəmə iddianın 7 saylı notariat kontoru tərəfindən 30.10.2017-ci 11 tarixdə AN-İ seriyalı ******* nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və ona əsasən verilmiş RX seriyalı ******* nömrəli 08.11.2017-ci il tarixli cıxarışın ləğv olunması hissəsinə qiymət verərək qeyd edir ki, cavabdeh olan Cavabdeh7 verdiyi izahatndan müəyyən edilmişdir ki, mübahisəli əmlak qeydiyyat hüququ ilə Ramilə məxsus olsa da, faktiki sahibi Niyaz adlı şəxs olması və əmlak həmin şəxsin Ramilə olan borcunu ödəmək və eyni zamanda həmin şəxsin həbsdən çıxarılması məqsədilə satılmış olduğu, mübahisəli əmlak satışa məhz Niyaz tərəfindən çıxarılmış olduğu və onun həbsdə yanında dostluq etdiyi Kənan adlı şəxsin və daha əvvəl onlarla birlikdə həbsxanada olmuş, lakin əmlak satılan vaxt azadlıqda olan Əvəz (mülki iş üzrə Firidunun dəvət etdiyi şahid) adlı şəxsin köməkliyi ilə hazırkı işdə sonuncu alqı-satqı müqaviləsi ilə satılmışdır, burdan belə bir nəticəyə gəlmək olur ki, Cavabdeh4 ilə Cavabdeh7 arasında bağlanmış olan alqı-satqı müqaviləsində sonuncun adına hüquqlar qeydə alınmış olsa da, sonuncu hüquq münasibətlərində sadəcə (dolayı) vasitəçi kimi iştirak etmişdir. Odur ki, iddia bu hissədə də qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddia tələbinin Cavabdeh7 ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqısatqısına dair 31.01.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh8 adına 14.02.2020-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh8 torpaq almaq üçün 80000 manat vəsaiti olmadığı halda torpağın şəhadətnamədəki koordinatlarını yoxlatdıraraq, torpağın qiymətini 60000 manata endirilməklə mübahisəli torpağın satış dəyəri ilk olaraq birdən-birə 30 faiz aşağı salınması və bundan başqa razılaşdırılmış məbləğin, torpaq sahibinin nəğd pula ehtiyacı olduğu halda 20000 manatının nəğd, qalan hissəsinin isə avtomobilin qiymətini 23000 dollara qiymətə razılaşdırılması, bunadan sonra 23000 dollara dəyərləndirilən avtomobilin Cavabdeh7 qohumu Ziya adlı şəxsin dəvət etdyi şəxslərə 20000 manata satılması, habelə bu sövdələşmələrin Cavabdeh7 və Firuddin Rzayevin bir başa iştirakı olmadan aparılması ağlabatan və inandırıcı görünmür. Mübahisə predmetinin obyekti olan torpağın ərazi üzrə 0,01 ha hissəsi üçün dəyərinin təqribi 10000-12000 manat olduğu halda 0,12 ha torpaq sahəsi üçün əldə olan vəsaitin 39000 alınması bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər, mübahisəli əqdi xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağlamamışdır. Əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə (və ya yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satmaqda) sərbəst olsa da, əmlak sahibi olmayan şəxslər tərəfindən əmlakın dəyərindən 5 dəfə aşağı qiymətə qiymətləndirilməsi və satışa çıxarılması, mülkiyyətçinin də bu səhnədə rolu sadəcə notariusda imza atmaqdan ibarət olması və digər halların Rzayev Firiduna məlum olduğu halda mübahisəli əmlakı vicdanlı şəkildə alması ağlabatan, məntiqli və həqiqət deyildir. Bütün bu hallar onun vicdansız sahib olmasını sübut etməyə kifayət edir. Mövcud qanunvericiliyin tələbinə görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Hazırkı işdə isə mübahisəli əmlakın dəyəri ödənilməklə alındığını demək mümkün deyil, çünki onun dəyəri nə satan, nə də alan tərəfindən müəyyən edilmiş və onlar üçün əhəmiyyətli olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-1-ci sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır. Həmin Məcəllənin 144.3-cü notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Həmin Qanunun 5.6-cı maddəsinə əsasən daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Göründüyü kimi Bakı şəhəri 32 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında hər hansı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Odur ki, məhkəmə tərəfindən həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, onun əsasında verilmiş çıxarış isə ləğv edilməli hesab edilrir. Məhkəmə qeyd edir ki, növbəti alqı-satqı müqavilələri həmin müqavilədən törədiyindən və hər biri vicdansız alıcı olması müəyyən edildiyindən onlar da etibarsız hesab edilməklə bu müqavilədən doğuran nəticələr isə ləğv olunmalıdır. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərini pozduğuna görə Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair bağlanmış 14.09.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdeh4 ilə Cavabdeh7 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair bağlanmış 30.10.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdeh7 ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair bağlanmış 31.01.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqavilələri onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Mülki Məcəllənin 337.1 və 337.3-337.4-cü maddələrinə əsasən özlüyündə bağlanan adan etibarsız müqavilədir və bu, hər hansı hüquqi nəticəyə səbəb olmamışdır. Beləliklə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair bağlanmış 10.08.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh2 adına 16.08.2017-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı 11242115 saylı çıxarış ləğv ləğv edilsin. Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair bağlanmış 14.09.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh4 adına 19.09.2017-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarış ləğv ləğv edilsin. Cavabdeh4 ilə Cavabdeh7 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair bağlanmış 30.10.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh7 adına 08.11.2017-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarış ləğv ləğv edilsin. Cavabdeh7 ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinin (0.12 hektar) alqı-satqısına dair bağlanmış 31.01.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsinə (0.12 hektar) dair Cavabdeh8 adına 14.02.2020-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış ləğv ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar