Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2398/2021 08.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 8 saylı X6 Məktəbinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment pulunun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013-cü il tarixli, 18 yanvar 2013-cü il tarixli qətnaməsinə əsasən ona qarşı iki uşağın saxlanılması üçün hər uşağa 100 manat, cəmi 200 manat aliment tələbi üzrə yığılan 11000 manat borc pulun, hər iki uşaqların 28.08.2015-ci il tarixdən 14.06.2019-cu il tarixə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X6 Məktəbində 4 il oxuyaraq qalmaqla dövlət tərəfindən tam olaraq təminat edildiklərinə görə 11000 manat yığılan aliment pulunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün hər uşağa 100 manat, cəmi 200 manat aliment pulunun ödənilməsinə dair məhkəmə qətnaməsinin icra olunması iddiaçının üzərinə düşmüşdür. Bildirir istəyir ki, məhkəmə qətnaməsinə əsasən o, hər ay iki uşağının saxlanılması üçün cavabdehə 200 manat aliment pulunu ödəmişdir. Bildirir ki cavabdehə ödəməli olduğu aliment pulları iki uşaqları İnternat məktəbində 2015-ci il tarixdən 2019-cu il tarixə kimi oxuyaraq qaldıqları dövrdə yığılaraq 11.000 manat təşkil etmişdir. Hal-hazırda bildirmək istəyir ki,birgə nikahlarından olan iki uşaqları 28 avqust 2015-ci il tarixdən 14 iyun 2019-cu il tarixə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X6 Məktəbinin 6-cı sinifinə daxil olmaqla 9-cu sinifini bitirmişlər,hər iki uşaqları İnternat Tipli Məktəbdə oxuduqları zamanı dövlət tərəfindən tam olaraq təmin olunmuşdur. Belə ki, iki uşaqları 4 il internat məktəbində qalıb oxuduqları müddət ərzində cavabdeh Türkiyə Respublikasında yaşamış və uşaqlar da dövlət tərəfindən tam olaraq təmin olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, o, iddiaçının atasıdır. Cavabdeh Türkiyədə olub. Uşaqlar yay tətillərində və həftə sonlarıonunla və anaları ilə birlikdə olmuşlar. Böyük nəvəsi isə adətən həftə sonlarında və yaya tətillərində onunla yaşamışdır. Tədris müddətində isə məktəbdə olmaqla mütün ehtiyacları dövlət tərəfindən qarşılanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, onun iddiaçı ilə birgə nikahından 2 uşaqları var. O, Bakı-Moskva marşurutu üzrə bələdçi işlədiyindən uşaqlarını 8 saylı X6 Məktəbinə oxumağa qoymuşdur. Uşaqlara babası baxmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli qətnaməsi ilə 15 avqust 2012-ci il tarixdən başlayaraq X2 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit il məbləğində alimentin və X2 müalicəsi ilə əlaqədar əlavə xərc qismində İddiaçı hər ay 30 manat sabit pul məbləğinin tutulub ona verilməsi qət edilmişdir. Hesab edir ki, iddiaçı bu müddət ərzində məhkəmə qətnaməsi əsasında ondan tutulmalı olan aliment borcunu ödəmədiyindən, həmin məbləğ iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs 8 saylı X6 Məktəbinin nümayəndəsi X9 izahatında bildirdi ki, X7 və X8 28.08.2015-ci il tarixindən 14.06.2019-cu il tarixinədək Xəzər rayonu 8 saylı X6 Məktəbində oxumuşlar. Oxuduqları müddətdə tam dövlət təminatında olmuşlar. Dövlət tərəfindən pulsuz olaraq məktəbin şagirdləri yemək, geyim və digər tələbatlarla təmin olunurlar. Hər həftənin şənbə və bazar günləri uşaqlar istəklərinə görə evlərinə gedə və ya internat məktəbində qala bilərlər. Ramin və Kamil oxuduqları müddət ərizdə bəzən həftənin şənbə və bazar günləri internat məktəbində qalmış, bəzən isə evlərinə getmişlər. Hər təhsil ili 9 ay davam edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirdi ki, o, 28.08.2015-ci il tarixindən 14.06.2019-cu il tarixinədək Xəzər rayonu 8 saylı X6 Məktəbində qardaşı Kamil ilə birlikdə oxumuşdur. Hər həftənin şənbə və bazar günləri o və qardaşı evə qalmağa gəlirmiş, həftənin qalan günləri isə təhsil aldıqları 8 saylı X6 Məktəbində qalıblar. Hər həftənin şənbə və bazar günləri o, babası Kamil Muxtarovun yanında qalıb. Həmçinin bildirdi ki, bəzən anasının yanında qalıb. Təhsil aldığı İnternat Məktəbində o və qardaşı Kamil yemək və geyim ilə pulsuz təmin olunmuşdur. Yay tətili müddətində bəzən anasının, bəzən isə babasının yanında yaşayıb. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında bildirdi ki, o, 28.08.2015-ci il tarixindən 14.06.2019-cu il tarixinədək Xəzər rayonu 8 saylı X6 Məktəbində qardaşı Ramin ilə birlikdə oxumuşdur. Hər həftənin şənbə və bazar günləri o və qardaşı evə qalmağa gəlirmiş, həftənin qalan günləri isə təhsil aldıqları 8 saylı X6 Məktəbində qalıblar. Hər həftənin şənbə və bazar günləri o, babası Kamil Muxtarovun yanında qalıb. Təhsil aldığı İnternat Məktəbində o və qardaşı Ramin yemək və geyim ilə pulsuz təmin olunmuşdur. Yay tətili müddətində bəzən anasının, bəzən isə babasının yanında yaşayıb. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası İddiaçı və anası Cavabdeh olan X8 22 iyun 2002-ci ildə və X7 isə 19 iyun 2003-cü ildə Bakı şəhərində doğulmuşlar. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsi ilə 15 avqust 2012-ci il tarixdən başlayaraq 22 iyun 2002-ci il təvəllüdlü X2 və 19 iyun 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit il məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, 22.06.2002-ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar əlavə xərc qismində cavabdeh İddiaçı hər ay 30 manat sabit pul məbləğinin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X6 Məktəbinin 29.10.2020-ci il tarixli 154 saylı arayışının surətindən görünür ki, X7 həqiqətən Xəzər rayonu 8 saylı X6 Məktəbinə 28.08.2015-ci il tarixində 111 nömrəli əmrə əsasən 6cı sinifə qəbul edilmiş və 14.06.2019-cu il tarixində 9-cu sinifi bitirmişdir. Oxuduğu müddətdə tam dövlət təminatında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X6 Məktəbinin 29.10.2020-ci il tarixli 155 saylı arayışının surətindən görünür ki, X8 həqiqətən Xəzər rayonu 8 saylı X6 Məktəbinə 28.08.2015-ci il tarixində 111 nömrəli əmrə əsasən 6cı sinifə qəbul edilmiş və 14.06.2019-cu il tarixində 9-cu sinifi bitirmişdir. Oxuduğu müddətdə tam dövlət təminatında olmuşdur. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 22.06.2002-ci il tarixdə uşaqları X8 və 19.06.2003cü il tarixdə X7 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsi ilə 15 avqust 2012-ci il tarixdən başlayaraq 22 iyun 2002-ci il təvəllüdlü X2 və 19 iyun 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit il məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, 22.06.2002-ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar əlavə xərc qismində cavabdeh İddiaçı hər ay 30 manat sabit pul məbləğinin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən iddiaçı bir müddət hər ay iki uşağının saxlanılması üçün cavabdehə 200 manat aliment pulunu ödəmişdir. iddiaçı iddia edir ki, cavabdehə ödəməli olduğu aliment borcu hər iki uşağı İnternat məktəbində oxuduqları və qaldıqları dövrdə yığılan borcdan 11000 manat silinməlidir. iddiasınıda onunla əsaslandırmışdır. Ki, uşaqları 28 avqust 2015-ci il tarixdən 14 iyun 2019-cu il tarixə kimi 8 saylı X6 Məktəbində təhsil almışlar və hər iki uşaq orada oxuduqları zamanı dövlət tərəfindən tam olaraq təmin olunmuşlar. Belə olan halda, 4 il ərzində uşaqlar dövlət tərəfindən bütün təminatları (geyim, qidalanma və s) ödənilən məktəbdə təhsil aldıqlarından, hər təhsil ili 9 ay davam etdiyindən uşaqlar 36 ay ərzində sözügedən məktəbdə təhsil almış və lazımi təminatları dövlət tərəfindən ödənilmişdir. Uşaqlar hər həftənin şənbə və bazar günləri, eyni zamanda 3 aylıq yay tətili boyunca həm analarının, həm də ata babalarının yanında qaldıqlarından, həmin müddətlərdə onların təminatı internat məktəbi hesabına deyil, valideynləri hesabına ödənilməli olduğundan internat məktəbində oxuduqları dövr ərzində isə pulsuz olaraq geyim və yemək ilə təmin olunduqlarından yaranmış aliment borcunun 2/3 hissəsi, yəni 5520 manat yığılmış aliment borcu silinməlidir (9 ay x 4 il=36 ay, 36 ay x 230 manat=8280 manat, 8280/3x2=5520 manat). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə qənunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsi üzrə yığılmış aliment borcundan 5520 (beş min beş yüz iyirmi) manat silinməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-651/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qətnaməsi üzrə yığılmış aliment borcundan 5520 (beş min beş yüz iyirmi) manat silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində BakıŞəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2398/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2398/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver