Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-245/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 07 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 07 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanılmış xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, X1 adına xx xxxxxx 2018-ci il tarixli RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və əvvəlki qeydin bərpa eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi ona məxsus olmuşdur. Pula ehtiyacı olduğundan həmin torpaq sahəsinin 0,0532 ha hissəsini satmaq qərarına gəlmişdir. Cavabdeh1 0,0532 ha hissəyə görə 5000 manat ödəməyi öhdəsinə götürmüş, xx xxxxxx 2018ci il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda alqı-satqı müqaviləsi təsdiqlənmiş, lakin cavabdeh razılaşdıqları pulu ona verməmişdir. Bu zaman anlamışdır ki, cavabdeh onu aldatmış və pulu ona ödəməyəcəkdir. Hazırda torpaq sahəsi onun istifadəsindədir və alqı-satqı müqaviləsinin 12-ci bəndinə uyğun olaraq torpağın alıcıya verilməsinə dair akt tərtib olunmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(003)- 1254/2019 saylı qətnaməsi ilə onun cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı Cavabdeh1 ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,0532 ha torpaq sahəsinə dair Bakı şəhəri 7 saylı notariat kontorunda xx xxxxxx 2018-cı il tarixdə bağlanmış AN-İ № ******* alğı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh məhkəmə iclasında şəxsən iştirak etmiş və məhkəməyə bildirmişdir ki, həqiqətən torpağa görə pul verməmişdir. O, şəxsən məhkəmə iclasının protokolu ilə tanış olmuş və protokolda cavabdehin etirafedici izahatının düzgün qeyd olunduğunu görmüşdür. Ona təcili pul lazım olduğundan iddiaçının dediklərinə inanaraq imza etsə də, ona pul verilməmişdir. Beləliklə də cavabdeh əqd üzrə ödənilməli olan pul ona verilməmiş, müqavilə üzrə öhdəlik icra edilməmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh tərəfindən tanımadığı və üzünü görmədiyi şahid X2 ifadəsində bildirmişdir ki, ona pulun bir hissəsini - 2500 manatı notariat kontorunda, qalan 2500 manatı isə daha sonra ödəmişdir. Əslində heç bir ödəniş olmasa da, bu onu göstərir ki alğı-satqı müqaviləsi formal olmuşdur, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməmişdir. Həmçinin, 2020-ci ilin iyun ayında Cavabdeh1 qaynı ona yaxınlaşaraq dörd min manatın ona ödənilməsi barədə təklif etmiş, lakin o, borcun beş min manat olduğunu xatırlatmışdır. Bu gün-sabah deyərək indiyə qədər onun pulu ödənilməmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanılmış xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, X1 adına xx xxxxxx 2018-ci il tarixli RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və əvvəlki qeydin bərpa eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi hallar və faktlar artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sübut edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8921/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 (0.0532 ha torpaq sahəsi) Cavabdeh1 məxsusdur. İddiaçı həmin torpaq sahəsini Cavabdeh1 satmış, cavabdeh isə həmin torpaq sahəsi müqabilində 5000 manat pulu iddiaçıya vermişdir. Həmçinin, Bakı şəhəri 7 saylı notariat kontorunun xx.xx.2019-c il tarixli məktubunda da qeyd edilmişdir ki, İddiaçı və Cavabdeh1 xx.xx.2018-ci il tarixdə notariat ofisinə gələrək İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən 0.12 sot torpaq sahəsindən 0.0532 ha torpaq sahəsini alıcı X3 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsini bildirmişdir. Təqdim olunan sənədlər tərəfindən yoxlanılmışdır. Alıcı və Satıcıya bildirilmişdir ki, notariat ofisində alqı-satqı müqaviləsi notariusun Kapital Bankda açılmış depozit hesabı vasitəsilə rəsmiləşdirilir. Yəni alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcıya veriləcək satış məbləği notariusun bankda olan depozit hesabı vasitə ilə ödənilməlidir. Hesablanmış vergi barədə bankdan notariat ofisinə qəbz daxil olduqdan sonra toplanmış sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin avtomatlaşdırılmış elektron notariat informasiya sisteminə göndərilir. Həmin idarədən razılıq əldə olunduqdan sonra alqısatqı və digər notariat əməliyyatları rəsmiləşdirilir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata müvafiq olaraq notarius öz vəzifələrini yerinə yetirəcək fiziki və hüquqi şəxslərlə aparılan notariat hərəkətləri ilə bağlıonların hüquq və vəzifələrini izah etmişdir. Lakin satıcı İddiaçı israrla təkid edərək alqı-satqı əməliyyatını depozit hesabı vasitəsi ilə deyil, müqavilədə qeyd olunmuş pul vəsaitinin ona nağd şəkildə ödənilməsini bildirmişdir. İşin göstərilən halları Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1608/2020 saylı qərarı ilə də öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.0532 ha hissəsini tam mülkiyyət hüququ ilə 5000 manata Cavabdeh1 satmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən 0.0532 ha torpaq sahəsinə aid rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi tərəflərin həqiqi niyyətinə əsasən rəsmiləşdirilmiş və bir neçə məhkəmə instansiyalarında baxılaraq hüquqi əhəmiyyətini tapmışdır. Kamera görüntülərini təqdim etmək isə imkan xaricindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 29003)-1254/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanılmış xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız sayılması, X1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8921/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 29003)-1254/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(102)-1608/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8921/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı notariat kontorunun xx.xx.2019-c il tarixli məktubunda da qeyd edilmişdir ki, İddiaçı və Cavabdeh1 xx.xx.2018-ci il tarixdə notariat ofisinə gələrək İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən 0.12 sot torpaq sahəsindən 0.0532 ha torpaq sahəsini alıcı X3 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsini bildirmişdir. Təqdim olunan sənədlər tərəfindən yoxlanılmışdır. Alıcı və Satıcıya bildirilmişdir ki, notariat ofisində alqı-satqı müqaviləsi notariusun Kapital Bankda açılmış depozit hesabı vasitəsilə rəsmiləşdirilir. Yəni alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcıya veriləcək satış məbləği notariusun bankda olan depozit hesabı vasitə ilə ödənilməlidir. Hesablanmış vergi barədə bankdan notariat ofisinə qəbz daxil olduqdan sonra toplanmış sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin avtomatlaşdırılmış elektron notariat informasiya sisteminə göndərilir. Həmin idarədən razılıq əldə olunduqdan sonra alqı-satqı və digər notariat əməliyyatları rəsmiləşdirilir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata müvafiq olaraq notarius öz vəzifələrini yerinə yetirəcək fiziki və hüquqi şəxslərlə aparılan notariat hərəkətləri ilə bağlıonların hüquq və vəzifələrini izah etmişdir. Lakin satıcı İddiaçı israrla təkid edərək alqı-satqı əməliyyatını depozit hesabı vasitəsi ilə deyil, müqavilədə qeyd olunmuş pul vəsaitinin ona nağd şəkildə ödənilməsini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddianın mahiyyətindən görünür ki, İddiaçı Cavabdeh1 aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 5000 manat pul vəsaitini ödəmədiyini, müqavilənin aldadılması yolu ilə bağlandığını xeyrinə tutulmasını iddia edərək, həmin müqavilənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyatın ləğv eidlməsini xahiş etmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixli müqavilənin aldadılması yolu ilə bağlandığını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmiş, dəlillərinin əsaslı olmasını təsdiq edən hər hansı tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, İddiaçı öz əmlakını 30000 manat dəyərinə cavabdehə satması barədə AN-İ ******* saylı xx xxxxxx 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsini öz həqiqi iradəsini ifadə edərək imzalamış, məhkəmə iclasında müqavilə imzalanarkən notarial qaydanın pozulması, satıcının aldadılmasına dair hər hansı hal aşkar edilməmişdir. Bununla da, iddiaçının həmin əmlaka dair bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4. maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən, həmin müqavilə əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 07 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-245/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-245/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver