Məhkəmə qərarları › İş №2(003)-2454/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2454/2025

03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2454/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsində saxlanılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsində saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2014-cü il təvəllüdlü X2 və 10 may 2017-ci il təvəllüdlü X1 onun yanında qalmalarına və tutulacaq alimentin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə hazırki işin Xəzər Rayon Məhkəməsinin icraatında Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair mülki işə birləşdirilməsinə etiraz etmədi . Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1. maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(003)-2454/2025 nömrəli mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-356/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(003)-356/2025 nömrəli mülki iş vardır və hər iki iş eyni tərəflərin iştirak etdiyi işlərdir, iddia tələbləri isə qarşılıqlı bağlıdırlar. Qanunvericilikdə məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, hakimin onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlı olması təsbit edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, o cümlədən baxılan məsələ üzrə daha tez və obyektiv qərar qəbul edilməsinə maneçilik törətməyəcəyi qənaətinə gələrək, belə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-2454/2025 və 2(003)-356/2025 nömrəli mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməli, 2(003)-2454/2025 nömrəli mülki işin hazırlıq iclası mərhələsində olması nəzərə alınaraq, iş məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilməli, işə tərəflərin iştirakı ilə baxılmalı, məhkəmə baxışının təyin edilməsi məsələsi birləşdirilmiş icraat üzrə işdə həll edilməli, birləşdirilmiş icraatda 2(003)-356/2025 nömrəsi saxlanılmaqla hazırkı 2(003)- 2454/2025 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169, 171, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsində saxlanılması” tələbinə dair 2(003)-2454/2025 saylı və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(003)-356/2025 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. 2(003)-2454/2025 nömrəli mülki işin hazırlıq iclası mərhələsində olması nəzərə alınaraq, iş məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilsin, işə tərəflərin iştirakı ilə baxılsın, məhkəmə baxışının təyin edilməsi məsələsi birləşdirilmiş icraat üzrə işdə həll edilsin. Birləşdirilmiş icraatda 2(003)-356/2025 nömrəsi saxlanılmaqla hazırkı 2(003)- 2454/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar