Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2466/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi, alimentdən azad olması və aliment” tələbi barədə iddiası mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi, alimentdən azad olması və aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, qızı Hacıyeva Esmiralda əvvəllər onun himayəsində olsada 2023-cü ilin oktyabr ayından onunla onunla yaşamır. Cavabdeh isə Qəbələ rayonunda qeydiyyatdadır. Mülki işin məhkəmə aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməsini etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddia ərizəsni və işin digər materiallarını araşdırıb belə qənaətə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqələrindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X1 hazırda iddiaçının himayəsində yaşamır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, alimentn alınması haqqında və atalığın müəyyən edilməsi haqqında iddialar iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə verilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinə əsasən, alimentn alınması haqqında və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə verilə bilər Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilən qanunvericiliyin normalara qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh Qəbələ rayonunda qeydiyyatda olduğundan İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi, alimentdən azad olması və aliment” tələbi barədə iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi, alimentdən azad olması və aliment” tələbi barədə iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə)Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2466/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2466/2024
25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver