Məhkəmə qərarları › İş №2(003)-2532/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2532/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2532/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi, İşin halları İddiaçı cavabdeh X3 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X7,xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəilüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər uşağa hər 150 manat cəmi 450 manat alimentin tutularaq ödənilməsi, cavabdehə təyin edilmiş hər ay 100 manat alimentdən isə azad olmağım barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2008-ci İl tarixdə rəsmi nigaha daxil olmuşam, birgə nigahdan xx.xx.2009-cu il təvəllüdlü X10,xx.xx.2010cu if təvəllüdlü X8,xx.xx.2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Əvvəllər bir yerdə mehriban yaşasaqda son illərdə cavabdehin nöqsanları,süni şəkildə mübahisələri yaratması üzündən bir yerdə yaşayıb birgə təsərüfat aparmaqları mümkün olmamışdır. Qeyd edir ki, cavabdeh nigahin pozulması, aliment tələbinə dair məhkəməyə müraclət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, aliment hissəsində isə hər uşağa,hər ay 180 manat pul müəyyən edilmiş cavabdehin özünə isə 100 manat, cami 640 manat aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qeyd edirəm ki,onsuzda uşaqlarımın bütün təlabatları tərəfimdən təmin edilir. Cavabdeh isə bir ünvanda yaşasaqda uşaqlarla da düzgün rəftar etmir. Cavabdeh də fərdi əməklə məşğul olmasına baxmayaraq uşaqlar üçün heç bir təminat, yaşayış, ərzaq və digər öhdəliklərini yerinə yetirmir. Xüsusilə qeyd edir ki, o da əmək fəaliyyəti ilə məşğul olmaqla ayda 500 manat əmək haqqı alırdı. Hal hazırda heç bir yerdə işləmirm və uyğun da iş tapa bilmir. Maddi durumu çox acınacaqlıdır. Hazirda onun dolanışığını müəyyən edilən alimenti qardaşları yaxın qohumların köməkliyi ilə həyata keçirir. Alimentin miqdarının azaldılması barədə medyasiya təşkilatına müraciət etmiş və bu barədə mənə xx.xx.2025-ci il tarixli medyasiya arayışı təqdim edilmişdir. Hesab edir ki, alimentin miqdarı azaldılmalıdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin maddi durumu çox aşağıdır. Hazırda rəsmi iş yeri yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Bildir ki, uşağı serebral iflic xəstəliyindən əziyyət çəkir, 2-ci dərəcə əlildir, 3 aydan bir klinikaya gedirlər. İş materiallarına əlavə olunmuş sənədlər -doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, atası İddiaçı anası X6 xx.xx.2009-cu il təvəllüdlü X10,xx.xx.2010-cu if təvəllüdlü X8,xx.xx.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1946/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı X6 ilə cavabdeh İddiaçı arasında Əzizbəyov rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 633 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 nikah pozulduqdan sonra anası iddiaçı X2 yanında saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı X2 xeyrinə hər uşağa görə hər ay 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 manat manat sabit pul məbləğində aliment tutulsun, həmçinin xx.xx.2024-cü il tarixdən başlayaraq (xx.xx.2009-cu il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar) cavabdeh İddiaçı X2 xeyrinə 100 manat aliment tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi TSEK sonuncu müayinəyə dair məlumatların verilməsinə dair məlumat vərəqəsindən görünür ki, X10 2-ci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. X12 fakturalarından görünür ki, X10 daimi müayinələrə aparılır. -Ambulator çıxarışdan və epikrezdən görünür ki, İddiaçı kvadroplegik spastik serebral iflici, uşaq serebral iflicidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X6 arasında rəsmi nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1946/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, aliment hissəsində isə hər uşağa, hər ay 180 manat pul müəyyən edilmiş cavabdehin özünə isə 100 manat, cami 640 manat aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir.. Birgə nikahdan övladı – xx.xx.2009-cu il təvəllüdlü X7,xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəilüdlü X9 doğulmuşdur və iddiaçının aliment öhdəliyi əmələ gəlmişdir. Hazırda iddiaçı tərəfindən göstərilir ki, onun maddi durumu çox zəifdir, buna görə də məhkəmə tərəfindən müəyyən olunmuş alimenti ödəyə bilmir. İddiaçı, iddia tələbini iddiaçının işsizliyi, maddi vəziyyətini zəif olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əsaslar aliment məbləğinin azaldılması üçün əsas deyildir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının anasının xəstə və onun himayəsində olması, yenidən nikaha girməsi və həmin nikahdan bir övladının olması aliment məbləğinin azaldılmasına əsas ola bilməz. Məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının azaldılması üçün əsas kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun azaldılması zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Halbuki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, cavabdehin himayəsindəki uşaqlardan birinin xəstə olması, 2-ci dərəcəli əlil olmaqla əmək qabiliyyətinin olmaması faktını nəzərə alaraq, alimenti azaldılması onun övladının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılmasına əsas verən iddiaçının ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X3 qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar