Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2546/2025 30.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-162/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı tutulan aliment məbləğinin azaldılaraq hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1485/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik—yaşlarına şatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1485/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiya edilməsini xahiş etmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-162/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına şatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. Aliment məbləği indeksasiya edilməzdən əvvəl çətinliklə də olsa aliment məbləğini ödəyə bilirdi, lakin Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə aliment məbləği minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edildikdən sonra hər uşağa üçün ödəmli olacağı aliment məbləği 272 manat edir ki, bu məbləği ödəmək onun üçün çox çətin və mümkünsüzdür. Qeyd edilən məbləğ 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilən yaşayış minimumundan da çoxdur. O alimentin ödənilməsindən boyun qaçırtmır. Sadəcə olaraq hər uşaq üçün aylıq 272 manat alimenti ödəməyə imkanı çatmır. Bunun səbəbi əmək haqqının az olması və ikinci dəfə ailə həyatı qurmağı, həmin münasibətdən 2 uşağının olmasıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-162/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ondan tutulan aliment məbləği azaldılaraq hər uşaq üçün minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməlidir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh Gəncə şəhərində işləyir və 400,0 manat əmək haqqı alır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlər - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-162/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına şatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. -doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, atası İddiaçı, anası X4 olan xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X9 doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi Sosial müavinat və təqaüd haqqında arayışdan görünür ki, Cavabdeh 1-ci qrup əlilliyi olan şəxs kimi 120,0 manat məbləğində müavinat alır. EMİS çıxarışdan görünür ki, İddiaçı “Simurq Kompani" Açıq Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işləyir və aylıq əmək haqqısı 400,0 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1485/2020 saylı qətnaməsinə əsasən, iddiaçından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 170 manat aliment tutulması müəyyən edilmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-162/2025 saylı qərardadı ilə aliment məbləği indeksasiya edilərək, ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində müəyyən olunmuşdur. İddiaçı bildirir ki, yeni müəyyən edilən aliment məbləği (hər uşaq üçün 272 manat) onun maliyyə imkanlarını aşır, çünki əmək haqqısı aşağıdır, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan iki övladı vardır. Aliment öhdəliyindən yayınmadığını, lakin mövcud məbləği ödəməyə faktiki imkanı olmadığını nəzərə alaraq, hər uşaq üçün alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləği kimi müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı, iddia tələbini maddi və ailə vəziyyəti, həmçinin 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əsaslar aliment məbləğinin azaldılması üçün əsasdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmənin gəldiyi qənaətə əsasən, İddiaçı aylıq əməkhaqqısının aşağı olması, onun himayəsində iki azyaşlı övladının mövcudluğu, eləcə də maddi imkanlarının hər ay hər bir uşağa görə 278,0 manat məbləğində aliment ödəməyə kifayət etməməsi nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu baxımdan, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə, İddiaçı hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli məbləğində (sonrakı artımlar nəzərə alınmaqla) sabit pul formasında aliment tutulmalı və Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 (hər uşağa yrı-ayrılıqda) misli məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2546/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2546/2025
30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver