Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2575/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdehqarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən ödənilən alimentin miqdarı azaldılaraq, cavabdehə ödənilən alimentin hər uşaq üçün 100 manat, cəmi 200 manat müəyyən eidlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3024/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutulması qət edilmişdir. O, hal-hazırda xx.xx.2015-ci il tarixdə İsrafilova Könül Rafiq qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. O, hazırda konduativ zəif eşitmə qabiliyyətini itirməklə sol qulağının tamam eşitmə qabiliyyətini itirməklə xəstəlikdən əziyyət çəkir. Özü və həyat yoldaşı heç bir yerdə işləmir. Maddi vəziyyəti çox çətindir. Birinci həyat yoldaşından olan uşaqlara görə 300 manat aliment ödəyir. Cavabdeh hal-hazırda Mərdəkan qəsəbəsində yerləşən orta məktəbdə ana dili müəllimi vəzifəsində işləyir. Qeyd olunanlara əsasən, tərəfindən ödənilən alimentin miqdarı azaldılaraq, cavabdehə ödənilən alimentin hər uşaq üçün 100 manat, cəmi 200 manat müəyyən eidlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, maddi imkanı yaxşı deyil. İddiaçının ödədiyi aliment uşaqların saxlanmasına çətinliklə kifayət edir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə Cavabdeh xx.xx.2004cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları – xx xxx 2006-cı il təvəllüdlü X5 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3024 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-424/2009 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, İddiaçı xx xxx 2006-cı il təvəllüdlü X5 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Fonus eşitmə mərkəzi tərəfindən verilmiş audiometriya arayışından görünür ki, İddiaçı sağ qulağında orta dərəcəli, sol qulağında ağır dərəcəli eşitmə zəifliyi qeyd olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2015-ci il tarixdə İsrafilova Könül Rafiq qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "X9” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunlatənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İddiaərizəsindən və iddiaçının məhkəmədə izahatı zamanı aydın olmuşdur ki, iddiaçı özünün hər ay iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment ödəyə bilməməsini ailə və maddi vəziyyətində yaranmış dəyişikliklərlə, yəni 2015-ci ildə ikinci dəfə ailə qurması, qeyd olunan məbləğdə alimentin tutulmasının onun üçün ağır məhrumiyyətlər yaratması ilə əsaslandıraraq, alimentin miqdarının hər ay iki uşaq üçün 200 manat məbləğində təyin olunmasını məhkəmədən xahiş etmiş, lakin iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3024 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə hər ay 300 manat miqdarında aliment tutulması müəyyən olunduqdan sonra, onun maddi vəziyyətində hər hansı dəyişiklik olmasını məhkəmə iclasında sübutlarla əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğini azaltmağa əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1. maddəsindən görünür ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində (ailə üzvlərinin aliment öhdəlikləri) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Məhkəmə, alimentin miqdarının azaldılaraq hər ay 200 manat məbləğində təyin olunmasına dair iddia tələbini, mövcud qanunvericiliyin tələblərinə və xx xxx 2006-cı il təvəllüdlü X5 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın mənafeyinə zidd, həmçinin uşağın yaşayış səviyyəsinə qeyrimütənasib hesab edir. «X9» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, BMT-nin X9 Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndində göstərilir ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2575/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2575/2020
28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver