Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2656/2020 09.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəruri xərclərə cəlb edilmə tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 170 manat iaşə xərclərinin onun xeyrinə tutulması və illik təhsil haqqı olaraq 500 manat pulun hər il sentyabr ayının 1-də tutularaq ona ödənilməsi, həmçinin dövlət rüsumu olaraq 30 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı tərəf və işdə iştirak edən cavabdeh tərəf ərizələrlə məhkəməyə müraciət edərək, aralarında barışıq sazişi bağlandığını bildirmiş və barışıq sazişinin təsdiq olunmaqla, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında barışıq sazişinin təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş barışıq sazişinə əsasən Cavabdeh öz öhdəsinə götürür ki, 2020-ci ilin avqust ayından başlayaraq 2023-cü ilin sentyabr ayınadək hər ay İddiaçı 100 manat iaşə xərclərini pul şəklində ödəyəcək, Cavabdeh 2020, 2021, 2022-ci illərdə hər il oktyabr ayının 10-dək X1 ali təhsil haqqının yarısı olaraq 500 manat pul ödəyəcək, bağlanmış barışıq sazişi üzrə bütün xərclər Cavabdeh tərəfindən ödənilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla hazırki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: 1) Cavabdeh öz öhdəsinə götürür ki, 2020-ci ilin avqust ayından başlayaraq 2023cü ilin sentyabr ayınadək hər ay İddiaçı 100 manat iaşə xərclərini pul şəklində ödəyəcək. 2) Cavabdeh 2020, 2021, 2022-ci illərdə hər il oktyabr ayının 10-dək X1 ali təhsil haqqının yarısı olaraq 500 manat pul ödəyəcək. İddiaçı Cavabdeh qarşı zəruri xərclərə cəlb edilmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2656/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2656/2020
09.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver