Məhkəmə qərarları › İş №2(003)-2657/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2657/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2657/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən X6 (xx.xx.2005-ci ildə anadan olmuş) 18 yaşı tamam olanadək onun saxlanılması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsinin hər ay aliment olaraq tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə başanmışlar. Onalrın birgə nikahlarından 2 övladları olmuşdur. Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1532/2013 nömrəli məhkəmə əmri ilə iki uşağı üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi azyaşlılar 18 yaşına çatanadək tutularaq iddiaçıya verilməlidir. xx.xx.2020-ci il tarixdə birgə nikahdan olan X3 18 yaşı tamam olmuşdur. Buna görə də X2 üçün aliment təyin edilməsi zərurəti yaranmışdır. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2005-ci il təvəllüldlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il trarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin AZ-İ 197783 nömrəli xx.xx.2014-cü il tarixli nikahın pozulması barədə şahadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuşdur. İş materiallarında olan AZ-İ 702060 nömrəli xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 2(003)-1532/2013 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, xx xxxxxx 1971-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi döngə 1 ev 21 də yaşayan Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2005-cu il təvəllüdlü X1 üçün xx xxx 2013-cü il tarixdən başlayaraq onlar yetkinlik yaşına çatana qədər hər ay aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2005-cu il təvəllüdlü X6 doğulmuşdur. Məhkəmə əmrinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2005-cu il təvəllüdlü X1 üçün xx xxx 2013-cü il tarixdən başlayaraq onlar yetkinlik yaşına çatana qədər hər ay aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilmişdir. Hazırda xx.xx.2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddiaçının xx.xx.2005-ci il təvəllüldlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin İddiaçı xeyrinə tutulması hissəsinə münasibət hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddianın alimentin xx.xx.2020-ci il tarixdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, məhkəmə əmrinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2005-cu il təvəllüdlü X1 üçün xx xxx 2013-cü il tarixdən başlayaraq onlar yetkinlik yaşına çatana qədər hər ay aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Hazırda tərəflərin birgə nikahından olan xx.xx.2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmış və iddiaçı tərəflərin birgə nikalarında olan digər uşaqları xx.xx.2005-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissədə alimentin müəyyən edilməsidir ki, bu da alimentin təyin edilməsi yox, alimentin dəyişdirilməsi kimi qəbul edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının xx xxxx 2016-cı il tarixli Qərarının8.14-cü bəndinə əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2005-ci il təvəllüldlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddian qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (baqa gəlirlərinin) ¼ hissəsində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar