Məhkəmə qərarları › İş №2(003)-2669/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2669/2022

26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2669/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 21 avqust 2007-ci il təvəllüdlü qızı X5 və 16 may 2014-cü il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 1 mart 2003-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Bu fakt nikah aktlarının qeydiyyatı kitabında 504 nömrə ilə qeyd edilməklə rəsmiləşdirilmişdir. Hazırda onların nikahda olmaqları 01 mart 2003-cü il tarixdə verilmiş AZ-İ 017637 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə ilə təsdiq olunur. Birgə nikahdan 26 yanvar 2004-cü il tarixdə X7, 21 avqust 2007-ci il tarixdə X5 və 16 may 2014-cü il tarixdə isə X6 doğulmuşdur. Cavabdehlə birgə ailə həyatı baş tutmamış, ailədə mehribanlıq, səmimi münasibətlər aradan qalxmışdır. Artıq iki ildir ki, cavabdehlə birgə ailə kimi yaşamırlar. Hazırda yetkinlik yaşına çatmayan 21 avqust 2007-ci il təvəllüdlü X5 və 16 may 2014-cü il təvəllüdlü X6 onun yanında yaşayırlar. Bu səbəbdən hesab edir ki, yetkinlik yaşına çatmayan iki uşağın saxlanması üçün cavabdehdən aliment tutulmalıdır. Cavabdeh "xxxx" ASC Xəzər Rayon Şöbəsində rəis müavini vəzifəsində çalışır və onun aylıq gəlirləri 2000 manatdan çox təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 504 nömrə ilə qeydiyyata alınmışdır. Nikadan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 387989 nömrəli xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 006785 nömrəli xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki X5 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmamışdır. Tərəflərin birgə nikahlarından 21 avqust 2007-ci il təvəllüdlü X5 və 16 may 2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Hazırda iddiaçı 21 avqust 2007-ci il təvəllüdlü X5 və 16 may 2014-cü il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2. 2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə iddiaçının 21 avqust 2007-ci il təvəllüdlü X5 və 16 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində alimentin İddiaçı xeyrinə tutulmlıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddian təmin edilsin. 21 avqust 2007-ci il təvəllüdlü X5 və 16 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancının (baqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulsun. Qətnamə dərhal icra edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar