Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2679/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment alınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh qarşı “aliment alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə sonrakı artırımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2007ci il tarixdə rəsmi nikah bağlanılmış, onların birgə nikahında xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və uşaqlar onun (iddiaçının) yanında saxlanılmışdır. Lakin cavabdeh maddi tələbatının ödənilməsində iştirak etmir. Ona görə məhkəmə qaydasında aliment tutulmasını istəyir. Ərizəyə əlavə olunan Bakı 11 saylı Mediasiya Təşkilatının 29 may 2025-ci il tarixli arayışından görünür ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Bu barədə müvafiq arayış da verilmişdir.
3. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azladılması barədə ərizə təqdim edərək, cavabdehin məddi vəziyyəti nəzərə alınmaqla, hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə, ərizə icraata qəbul edilmişdir.
4. Cavabdeh məhkəməyə Rusiya Federasiyasının Moskva şəhərinin notariusu tərəfindən xx.xx.2025-ci il tarixində 77/789-н/77-2025-13-574 reyestr nömrəsilə təsdiq edilmiş ərizə ünvanlayaraq, ərizəsində maddi vəziyəti ilə əlaqədar olaraq uşaqların saxlanılması üçün 200 (iki yüz) manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir.
Proses iştirakçılarının izahatı:
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. O həmçinin izahatında cavabdehin Moskvada yaşadığını, boşanma zamanı aliment tələb etmədiyini, hazırda cavabdehin maddi vəziyətini və ərizəsini nəzərə alaraq hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 300 manat aliment ödənilməsini istədiyini bildirmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin 2(003)-1918/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh oğlu arasında xx.xx.2007-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Sədərək rayon Qaraağac kənd İnzibati Ərazi Dairəsində 11 nömrəli akt qeydi lə rəsmiləşdirilmiş nikah pozulmuş və xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları X4 himayəsində saxanılmışdır.
8. AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektorn Məhkəmə informasiya sistemindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektorn Məhkəmə informasiya sistemindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
10. AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektorn Məhkəmə informasiya sistemindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
11. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00570 nömrəli mediasiya arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməməsi səbəbindən mediasiya prosesi baş tutmamışdır.
12. Cavabdeh məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, maddi vəziyəti ilə əlaqədar olaraq uşaqların saxlanılması üçün 200 (iki yüz) manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
13. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
17. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının:
23. 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)."
Məhkəmənin mövqeyi:
25. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahında xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar ananın (iddiaçının) yanında saxlanılmışdır.
27. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh uşaqların saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşaqların saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.
28. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddianı qismən etiraf edərək, uşaqların saxlanılması üçün cəmi 200 manat məbləğində aliment ödəməyə razıdır. İddiaçı isə cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddia tələbinin həcminin azladılması barədə ərizə təqdim edərək, hər uşaq üçün hər ay 100 (bir yüz) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.
29. Məhkəmə tərəflərin mövqeyini, uşaqların mənafeyinin üstün tutulmalı olmasını, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli, ümumilikdə isə 0,75 misli həddində sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq və qanunauyğun hesab edir.
30. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır.
31. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırda iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən də, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məbləğinin hər ay cəmi 300 manat müəyyən olunduğu nəzərə alındığında, bir il ərzində ödəmənin məcmusu 3600 manat (300x12=3600) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən də, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, ödənilməli dövlət rüsumunun məbləği 56 (əlli altı) manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli, ümumilikdə isə 0,75 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və qətnamə dərhal icra edilməlidir. Habelə, 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli, ümumilikdə isə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. 56 AZN (əlli altı manat) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov