Məhkəmə qərarları › İş №2(003)-2720/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2720/2022

21.07.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2720/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu – Kreditor Borclu qarşı borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Kreditor Borclu qarşı borcun ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə doğulmuş Borclu 2599 manat məbləğində əsas borc, hər iki müqavilə üzrə hesablanmış 700 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3399 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verə bilər. Belə ki, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa işə baxılmasının sadələşdirilmiş qaydasında yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb cavabdeh tərəfindən mübahisə edilə biləcəyindən, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halları müəyyən etmək və mövcud məhkəmə əmrinin qəbul etmək mümkün olmadığından ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Sadalanan xüsusiyyətlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən iddia ərizəsinin qəbulundan imtina olunmaqla iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia icraatı qaydasında yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 279, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor Borclu qarşı xx.xx.1978-ci ildə doğulmuş Borclu 2599 manat məbləğində əsas borc, hər iki müqavilə üzrə hesablanmış 700 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3399 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar