Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2804/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-209/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində uşağın saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarda onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X4 ilə xx xxxxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxxxx 2016-cı il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonradan münasibətləri pozulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 209/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan xx xxxxxx 2014-cü il tarixdə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 onun yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində miqdarda aliment tutulub onun xeyrinə verilməsi qət edilmişdir. Daha sonra ona məlum olmuşdur ki, cavabdeh “xxxx” MMC-də elektrik vəzifəsində işləməklə aylıq maaşı 788 manat aylıq maaş alır. Hazırda uşağı böyüyüb, onun əlavə xərclərini ödəməyə maddi imkanı çatmır. Belə ki, hazırda işləmir. Ona görə də müəyyən olunmuş sabit pul məbləğinin cavabdehin qazancına və digər gəlirlərinə yönəltmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçın iddia ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, ondan tutulan alimentin dəyişdirilərk, hər ay əmək haqqının 1/4 hissədə ondan aliment tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin AZ-İ 327237 nömrəli xx.xx.2019-cu il tarixli nikahın pozulması barədə şahadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında nikah pozulmuşdur. Nikah pozulduqdan sonra arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 846632 nömrəli xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 861 nömrəli akt qeydli nikah pozulması, birgə nikahdan doğulmuş xx xxxxxxxx 2016-cı il təvəllüdlü X2 anası X3 yanında qalması, Cavabdeh X3 xeyrinə xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 160 manat, sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X6 arasında xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 861 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahında olan xx xxxxxxxx 2016-cı il təvəllüdlü X2 anası X3 yanında qalması, Cavabdeh X3 xeyrinə xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 160 manat, sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəmə qətanməsi ilə təyin edilmiş alimentin dəyişdirilərək, Cavabdeh əmək haqqının ¼ hissəsində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh alimentin onun əmək haqqının ¼ hissəsində tutulmasına etiraz etməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-209/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində uşağın saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-209/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində uşağın saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2804/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2804/2020
24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver