Məhkəmə qərarları › İş №2(003)-2867/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2867/2023

29.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2867/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay sabit pul məbləğində 220 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, cavabdeh X15 ilə 27 sentyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 16 sentyabr 2006cı il təvəllüdlü X4 və 13 yanvar 2010-cu il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. Buna görə də Cavabdeh nikahın pozulması, alimentin tutulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2013cü il darixli, 2(003)-2909/2013 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 16 sentyabr 2006-ci il təvəllüdlü X6 və 13 yanvar 2010-cu il təvəllüdlü X12 cavabdehin yanında saxlanılmış və 16 sentyabr 2006-cı il təvəllüdlü X5 və 13 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2006-cı il təvəllüdlü X7 və 13 yanvar 2010-cu il təvəllüdlü X12 adlı uşaqlarının ananın himayəsindən alınıb onun himayəsinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(003)-2546/2021 saylı qətnaməsi ilə iddası qismən təmin edilmiş, 13 yanvar 2010-cu il təvəllüdlü X12 anasının himayəsindən alınaraq onun himayəsinə verilmişdir. Hazırda 16 sentyabr 2006-cı il təvəllüdlü X7 anasının, 13 yanvar 2010-cu il təvəllüdlü X12 isə onun himayəsindədir. 13 yanvar 2010-cu il təvəllüdlü X12 onun himayəsində olduğundan Cavabdeh onun xeyrinə aliment ödənilməsi məqsədə müvafiq olduğundan məhkəmədə iddia qaldırmaq qərarına gəlmiş və bu barədə iddia ilə məhkaməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, hazırda cavabdehə qızı üçün onun tərəfindən 100 manat aliment ödənilir. Həmçinin qızı ilə həftədə iki dəfə görüşür. Həmçinin qızının saxlanılması üçün həftədə iki dəfə bazarlıq edərək cavabdehə göndərir. Toylarda tamada kimi fəaliyyət göstərir və aylıq 400-500 manat qazanc əldə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iş üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İ seriyalı 364850 nömrəli nikahın pozulması haqqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Xəzər Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. -doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Abdulova (Əbdülzadə) Nilüfər Fail qızı və xx.xx.2010-cu il təvəllüdlü X12 doğulmuşdur. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-2909/2013 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X16 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il tarixdə anadan olmuş X10 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 anası Cavabdeh himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X8 hər uşağa görə hər ay 100 manat, cəmi 200 manat tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulma müddətinin xx.xx.2013-cü il tarixdən hesablanması qət edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2546/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X3 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. -Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. -“Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2010-ci il təvəllüdlü X12 adlı 3 uşağı vardır. Azərbaycan Respublikası DİN Polis Akademiyasında fəhlə işləməklə 374 manat əmək haqqı alır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında olan nikah pozulmuş, onların birgə nikahlarından iki uşaqları vardır. Uşaqlardan xx.xx.2006-cı il təvəllüdlü X9 Cavabdeh yanındadır, xx.xx.2010-cu il təvəllüdlü X12 isə İddiaçı yanındadır. Həmçinin İddiaçı bir uşağın saxlanılması üçün Cavabdeh ayda 100 manat olmaqla aliment ödəyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. -78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, hər iki valideynin uşaqlarını saxlamaqda borcludurlar. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı valideynin xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Hazırki iş üzrə iddiaçının cavabdehdən aliment tələb edilməsinin əsası ondan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında birgə nikahdan olan uşaqlardan biri xx.xx.2010-cu il təvəllüdlü X12 onun yanında saxlanılmışdır. Məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, hazırda iddiaçı, cavabdehdən onun yanında qalan uşaq üçün aliment tələb etsə aliment ödəməli olan şəxsin (cavabdehin) həmin alimenti ödəməyə imkanının olması, eyni zamanda uşağın saxlanılması üçün özünün də cavabdehə münasibətdə daha az təminatlı olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, cavabdehin yanında olan uşaq üçün ödədiyi 100 manat alimentdən başqa, mütəmadi olaraq həmin uşağının saxlanılması üçün yardımlar edir. Bundan başqa iş üzrə müəyyən olunur ki, cavabdehin himayəsində iddiaçı ilə birgə nikahından olan uşaqdan başqa digər nikahından daha bir uşağı vardır və o, Azərbaycan Respublikası DİN Polis Akademiyasında fəhlə işləyir, əmək haqqısı isə 374 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar