Məhkəmə qərarları › İş №2(003)-2888/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2888/2025

25.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2888/2025 25.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən birgə nikahdan doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 400 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək hər ay 100 manat əlavə alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (atası) X5 məhkəmə iclasında göstərdi ki, cavabdehlə iddiaçı xx.xx.2025-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından bir uşaqları dünyaya gəlmişdir. Tərəflərin rəsmi nikahları pozulmayıb. Cavabdehlə iddiaçı xx.xx.2025-ci il tarixdən ayrı yaşayırlar. Hal-hazırda yetkinlik yaşına çatmayan X4 iddiaçı ilə qalır. İddiaçı Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri vəzifəsində işləyir və aylıq 600 manat əmək haqqı alır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, iddianı qəbul etmir. İddiaçı ilə xx.xx.2025ci il tarixdən ayrı yaşayırlar. Birgə nikahdan bir uşaqları var, uşaq iddiaçı ilə qalır və o buna etiraz etmir. X8 Nazirliyində böyük inspektor, mayor vəzifəsində işləyir və aylıq gəliri təxminən 980-990 manat olur. 400 manat alimentlə razı deyil, 1 uşağa görə gəlirinin ¼ hissəsi qədər yəni 250 manat aliment ödəyə bilər. Uşağın 3 yaşına çatanadək hər ay 100 manat əlavə aliment tələbi ilə də razı deyil. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-T seriyalı, 070682 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzində nikah bağlanmışdır. İş materiallarında olan AZ-V seriyalı, 092963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni zamanda, bu Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. İş materiallarına əlavə edilən EMİS portalından çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yeri yoxdur. Məhkəmədə müəyyən olundu ki, yetkinlik yaşına çatmayan X4 anası İddiaçı ilə qalır və cavabdeh buna etiraz etmir. İddiaçı uşağın saxlanması üçün hər ay 400 AZN məbləğində alimentin tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə cavabdehin iclasda 400 manat yox, 250 manat aliment ödəməyə razı olduğunu, cavabdehin rəsmi iş yerinin olmamasını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,62 (250 AZN:400 AZN=0,62) mislində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. İddiaçı X2 3 yaşına çatanadək hər ay 100 manat əlavə alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi tələbi qoymuşdur. Məhkəmə cavabdehin iclasda 100 manat əlavə alimentə razı olmadığını, cavabdehin rəsmi iş yerinin olmamasını, cavabdehin zəruri vəsaitə malik olmamasını, cavabdehdən alimentin tutulmasını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar