Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2908/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (anası) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən birgə münasibətdən doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,78 misli həddində sabit pul məbləğində alimentin tutulmasını və ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, cavabdehlə rəsmi nikahları olmayıb. Faktiki nikahdan Nihad və Reyhan adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə təxminən 12 ildir ki, ayrı yaşayırlar. Hal-hazırda yetkinlik yaşına çatmayan övladları onunla qalırlar. Özü heç yerdə işləmir. Cavabdeh isə ticarətçidir və aylıq gəlirini bilmir. Hər ay uşağa görə 240 manat aliment tələb edir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, iddiaçı ilə rəsmi nikahları olmayıb. Faktiki nikahdan 2 uşaqları dünyaya gəlmişdir. İddiaçı ilə təxminən 12 ildir ki, ayrı yaşayırlar. Halhazırda yetkinlik yaşına çatmayan övladları iddiaçı ilə qalır və buna etiraz etmir. İddiaçı heç yerdə işləmir. Özü isə fəhlə kimi işləyir və aylıq təxminən 400-500 manat gəliri olur. İmkanı çatmadığı üçün hər uşağa görə 310 manat alimentlə razı deyil, hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı, 591573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilən AZ-İİİ seriyalı, 591574 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 442787 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixində İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 442788 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixində İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni zamanda, bu Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. İş materiallarına əlavə edilən EMİS portalından çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yeri yoxdur. Məhkəmədə müəyyən olundu ki, yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı ilə qalırlar. İddiaçı uşağın saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,78 misli həddində sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə cavabdehin iclasda 246 manat alimentə razı olmadığını, cavabdehin rəsmi iş yerinin olmamasını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,38 (150 AZN:400 AZN=0,38) mislində sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan İMS-də iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2908/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2908/2025
29.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver