Məhkəmə qərarları › İş №2(003)-2967/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2967/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2967/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Katırcı (Hüseynova) Gülnar Kamil qızı Cavabdeh ilə nikah münasibətinə girərək ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 13 may 2015-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir.Oğlu Hacıkərim xəstədir və tibbi müayinəyə ehtiyacı vardır. Müraciət etdiyi həkimlər ona oğlunun xarici ölkələrdə, o cümlədən İran və Türkiyədə müalicə olunmasının mümkün olmasını məsləhət görmüşlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası X5 ilə birlikdə müvəqqəti olaraq Azərbaycan Respublikasından aparılmasına (daimi yaşayış üçün getmə halı istisna olmaqla) və Azərbaycan Respublikasına gətirilməsinə icazə verilmişdir. Lakin indiyə qədər uşağın kimin himayəsində qalması mübahisəsi olmadığından buna dair iddia tələbi irəli sürülməmişdir. O, uşağı Türkiyə Respublikasına apardıqda sözügedən ölkə ona uşağın ananın yanında saxlanılmasına dair hər hansı bir qətnamənin olmadığını bildirir və beləliklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi faktiki icrasına maneə yaranır. O, xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı ilə nikaha daxil olmuşdur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, xx.xx.2013-cü il təvəllüdlü X2 Katırcı (Hüseynova) Gülnar Kamil qızının yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə-vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, atası Cavabdeh, anası X5 olan xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli 2(003)-2844/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 13 may 2015-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(003)-3885/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası X5 ilə birlikdə müvəqqəti olaraq Azərbaycan Respublikasından aparılmasına (daimi yaşayış üçün getmə halı istisna olmaqla) və Azərbaycan Respublikasına gətirilməsinə icazə verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında faktiki ailə münasibətləri olmuş, bu münasibətdən xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Hacıkərim Quseinov doğulduğu vaxtdan anası İddiaçı himayəsindədir. İddiaçı (Hüseynova) ilə Cavabdeh arasında faktiki nikah münasibətləri pozulduqdan sonra da uşaqları ananın himayəsində qalmış, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı xeyrinə aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2013-cü il təvəllüdlü X2 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı işin araşdırılması zamanı isə müəyyən olunur ki, iddiaçı, cavabdehlə faktiki nikahından olan uşaqları Hacıkərim Quseinovun onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, uşaq doğulduğu gündən onun yanındadır və hal-hazırda da onun himayəsində qalmağa davam edir. Belə ki, iddiaçı özü də iddia ərizəsində uşağın onun himayəsində olduğunu bildirir. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh Katırcı (Hüseynova) Gülnar Kamil qızının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, aliment uşağın saxlanmasında iştirak etməyən valideyndən məhkəmə qaydasında tutulan ödəniş olmaqla, ailə münasibətləri pozulmuş valideynlərə münasibətdə uşaq hansı valideynin himayəsində saxlanılırsa onun xeyrinə digər valideyndən tutulur. Sözügedən qətnamə üzrə uşağın saxlanması üçün Katırcı (Hüseynova) Gülnar Kamil qızının xeyrinə aliment tutulmasının qərara alınması, uşağın həmin valideynin himayəsində olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə uşağın İddiaçı himayəsində olduğu müəyyən olunduğundan “uşağın ananın yanında saxlanılması” tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı himayəsində olduğu müəyyən olunduğundan, “uşağın ananın yanında saxlanılmasına» dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar