Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-299/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X4 (yetkinlik yaşına çatıb), xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Ailə münasibətləri pozulduğuna görə Xəzər rayon məhkəməsinin 2(003)-1915/2024 saylı, xx.xx.2024-cü il qətnaməsi ilə nikahları pozulmuşdur.Özü işləmir.Cavabdehin rəsmi iş yeri yoxdur, fəhlə olaraq çalışır və nə qədər qazanc əldə etdiyi haqqında məlumatı yoxdur. Təxminən 4-5 aydır ki ayrı yaşayırlar və uşaqlar onunla qalır.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, rəsmi iş yeri yoxdur. Usta olaraq çalışır. Aylıq təxminən 1000 manata yaxın gəlir əldə edir. Əlavə olaraq qeyd etdi ki, iddianı qəbul edir, hər uşaq üçün hər ay 235 manat məbləğində aliment ödəməyə razıdır və bununla bağlı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 495858 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındaki nikah Xəzər rayon məhkəməsinin 2(003)-1915/2024 saylı qətnaməsi ilə pozulmuşdur.Nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixində, X5 xx.xx.2018-ci il tarixində doğulmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. Ailə məcəlləsinin 75.5-ci maddəsinə əsasən, “aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir”. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Məhkəmədə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh nikahlarına xx.xx.2024-cü il tarixində xitam verilmişdir və uşaqlar İddiaçı ilə qalır. İddiaçı uşaqların saxlanması üçün hər birinə 235 manat olmaqla, ümumilikdə 470 manat aliment tələb edir. Cavabdeh 470 manat məbləğində aliment tələbinə etiraz etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay uşaqların saxlanılması üçün hər birinə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər birinə 235 manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-299/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-299/2025
07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver