Məhkəmə qərarları › İş №2(003)-300/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-300/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-300/2021 12.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment ödənişlərindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulmuş aliment ödənişlərindən tamamilə azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin dərhal icraya yönəldilmiş 2(003)-571/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat aliment tutulması qət edilmişdir. 2007-ci ilin aprel ayından xx xxxxxx 2019-cu il tarixinə kimi keçmiş arvadı və adı çəkilən azyaşlı uşaqları onunla qalıblar və 12 il ərzində tamamilə onun himayəsində olublar. Bir neçə ali təhsilinin və elmi dərəcəsinin olmasına baxmayaraq, qətnamə ilə müəyyən edilən həmin dövr ərzində, yəni xx.xx.2020-ci il xx.xx.2020-ci illər arası hamıya bəlli olan səbəblərdən dünyada və ölkəmizdəki iqtisadiyyatdakı böhranın güclənməsi nəticəsində, əsasən enerji daşıyıcılarının qiymətlərinin kritik enməsi, əlavə olaraq koronovirus pandemiyası nəticəsində bütün fəaliyyətinin dondurulması ilə bağlı, həmçinin onun yaşına (1958-ci il təvəllüddür) və bununla bağlı səhhətinə görə işə düzələ bilmir və bunun üçün də heç bir gəliri yoxdur. Bu halın mövcudluğu həmçinin sözügedən məhkəmə qətnaməsində də öz əksini tapıb. Bundan əlavə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.4-cü maddəsinin tələbindən görünür ki, alimentin müəyyən edilməsi dair ilkin məhkəmə prosesində aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda ölkə üzrə orta əmək haqqında görə müəyyən edilməli idi, bundan narazı qalan tərəf isə sonradan məhkəməyə müraciət edə bilər. Alimentlərin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsində “X4” AR Qanunun 13-cü maddəsinə istinad edərək, uşağın ölkə qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasına dair sözügedən minimal təminatın təkcə onun üzərinə qoyulması da düzgün deyil. Çünki həmin qanun uşağın ailədəki ümumi hüquqlarını bəyan edir, təkcə bir valideyndən aliment tutulması qaydalarını müəyyən etmir və hətta uşağın saxlanılması qanunla hər iki valideynin vəzifəsi olduğunu bir daha bəyan edir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulmuş aliment ödənişlərindən tamamilə azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı xx xxxxx 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları – xx xxxxxx 2008-ci il X2 və xx xxx 2009-cu il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 571/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə, xx xxxxxx 2008-ci il X2 və xx xxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "X4” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad etmək imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəflərin diqqətəlayiq başqa maraqları nəzərə alınsın, aliment ödəyən tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin aliment ödəyə bilməyəcək dərəcədə əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə aliment ödənilmədiyi halda belə uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Habelə alimentdən azad edilmə məsələsinə əsas olan halın daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. İddia ərizəsindən və iddiaçının məhkəmədə izahatı zamanı aydın olmuşdur ki, iddiaçı özünün aliment ödəyə bilməməsini maddi vəziyyətində yaranmış dəyişikliklərlə, yəni işləməməsi və heç bir gəlirinin olmaması ilə əsaslandıraraq, aliment ödəməkdən tamamilə azad olunmasını məhkəmədən xahiş etmiş, lakin iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə aliment tutulması müəyyən olunduqdan sonra, onun maddi vəziyyətində hər hansı dəyişiklik olmasını məhkəmə iclasında sübutlarla əsaslandıra bilməmiş, həmçinin məhkəmə onun işləmədiyinə dair dəlilini valideyn olaraq uşağın saxlanmasında iştirak etmək və bunun üçün vəsait ödəmək öhdəliyindən azad edən hal hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad olunması üçün əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1. maddəsindən görünür ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində (ailə üzvlərinin aliment öhdəlikləri) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. «X4» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, BMT-nin X4 Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndində göstərilir ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı aliment ödənişlərindən azad edilmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar