Məhkəmə qərarları › İş №2(003)-3007/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3007/2024

29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3007/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddiasına; Cavabdeh İddiaçı qarşı “nikahın pozulmasına dair” qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Cavabdeh ilə xx.xx.2007ci tarixində rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 dünyaya gəlmişdir. Cavabdeh uşaqların atası olduğundan onların saxlanmasında yaxından iştirak etməli, maddi və mənəvi saxlanmasında ona kömək etməlidir. Bu onun valideynlik borcudur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyində işləyir. Aylıq gəliri yaxşıdır. Cavabdeh bu müddət ərzində bir ata kimi uşaqlarına nə maddi cəhətdən, nə də mənəvi cəhətdən hər hansı bir köməklik göstərməmiş, uşaqların maddi tələbatları ilə maraqlanmır, cavabdeh heç ailə kimi birlikdə yaşayarkən də, ailənin maddi tələbatlarını qarşılamırdı. O, heç bir yerdə işləmir və heç bir maddi gəliri yoxdur, övladlarının təminatını təmin edə bilmir, bu səbəbdən də övladlarının yetkinlik yaşma çatana kimi saxlanması üçün qanunla müəyyən olunmuş qaydada cavabdehdən aliment tutulması zərurəti yaranmışdır. Odur ki, xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X1 və onların yetkinlik yaşma çatana kimi saxlanması üçün AR Ailə Məcəllənin 76.1.3.3və daha artıq uşağa görə - qazancının (başqa gəlirinin yarısı ) Cavabdeh aylıq gəlirinin 50 faizini alimetin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “nikahın pozulmasına dair” qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X7, 05.04.201 1-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün qazancından alimentin tutulmasına etiraz etmir. Hər bir vaxt uşaqlarına, ailəsinə qayğı ilə yanaşmış, onların bütün xərclərini qarşılamışdır. Sol ayağında olan hər iki (həm içəri həm də çöl) topuq sümüklərinin qapalı yerdəyişmə sınığı xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik səbəbindən daimi müalicə alır. Alimentin təyini zamanı xəstəliyinin nəzərə alınmalıdır. Xəstəlik səbəbindən hərəkət məhdudiyyəti var. Digər bir yerdən qazancı yoxdur. İddiaçı Arazova X10 Tibb Mərkəzində “Lor" Şöbəsində tibb bacısı peşəsində işləyir. Aylıq qazancı var, 600 manat əmək haqqı alır. Ailə Məcəlləsinə görə uşaqların saxlanması hər iki valideyinin borcudur. Eyni zamanda 16.1 1.2007-ci ildə qeydə alınmış nikahının pozulmasını tələb edir. Belə ki, faktiki olaraq ailə münasibəti korlanıb, ər-arvad münasibəti mövcud deyil, nikahı formal xarakter daşıyır. İlkin iddia tələbi üzrə iddiaçı 2023cü ilin oktyabr ayının 1-də onun evində olmadığı zaman, onun razılığı olmadan, uşaqlarının təhsillərini yarımçıq qoyaraq evdən çıxıb valideyinlərinin evinə getmişdir. Həmin tarixdən sonra dəfələrlə onun arxasınca getmişdir. Lakin iddiaçının valideynləri, bacısı onun qayıtmasına imkan verməmişlər. Hətta onun böyük qardaşı da minnətə getsə də, iddiaçının atası etiraz etmişdir və məhkəmədə görüşərik demişdir. O, sonuncu dəfə iddiaçıya zəng edərək evə qayıtmasını xahiş etmişdir. Cavabında o, bildirmişdir ki, ailəsini də, uşaqlarını da atar, amma işini atmaz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh oğlnunu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Arazov X4 Aynurə Qafar qızı ilə xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhəri Nikah evində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1869 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Arazov”, arvada “Arazova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 doğulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 doğulmuşdurlar və uşaqlar hal-hazırda ananın himayəsindədirlər. Tərəflər hal-hazırda birgə yaşamırlar, ər-arvad kimi hüquq və vəzifələr daşımırlar. Bundan sonra ailənin bərpası qeyri-mümkün olduğundan onlar arasında olan nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları hal-hazırda cavabdehin himayəsindədir. Tərəflər 3 ay vaxt verilmədən nikahın pozulmasına təkid edirlər. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, Azərbaycan Respublikası AM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda tərəflər nikahın pozulmasını təkid etdiyindən, qarşılıqlı iddia təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaq ilkin iddiaçının yanında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 7-ci bəndinin tələbinə görə məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə azyaşlı uşağın mənafeyini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın hazırkı yaşda ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olduğunu, atanın uşaqların ananın yanında qalmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan övladları xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 faktiki vəziyyətə uyğun olaraq anası İddiaçı yanında saxlanılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar ananın yanında qaldığından, uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi bu hissədə təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay Cavabdeh— qazancın (başqa gəlirlərin) yarısı məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər nikah evində 1869 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 anası İddiaçı yanında saxlanılmalı, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh— qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməli, qətnamənin aliment hissəsi dərhal icra edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası AiləMəcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İlkin iddia və qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər nikah evində 1869 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X12 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh— qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar