Məhkəmə qərarları › İş №2(003)-3009/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3009/2025

08.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3009/2025 08.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 984 manat sabit pul məbləğində alimentin tutulmasını cavabdeh X3 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında göstərmişdi ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 4 uşaqları olmuşdur və bu uşaqlar onunla qalırlar. xx.xx.2023-cü il tarixdə cavabdehlə nikahları pozulmuşdur. Özü fərdi əməklə məşğuldur, yorğan-döşək tikir. İddiaçı məhkəməyƏ ərizə təqdim edərək göstərmişdir ki, hər uşağa görə ayda 100 manat alimentə razıdır. Cavabdeh məhkəmə iclasında göstərdi ki, iddianı qəbul etmir. Özü "xxxx" ASC-də sürücü işləyir və aylıq 770 manat əmək haqqı alır. Hər uşağa görə ayda 100 manat aliment ödəyə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı, 593449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X2, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 536917 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X2, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 039862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2013-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. X2, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 887282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. X2, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 460712 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə olunan Xəzər Rayon Məhkəməsinin 2(003)-2230/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 xx.xx.2011-ci il tarixli nikahının pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 aNaları İddiaçı yanında saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni zamanda, bu Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. İş materiallarına əlavə edilən EMİS portalından çıxarışdan görünür ki, X10 "xxxx" QSC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqısı 840 manat təşkil edir. Məhkəmədə müəyyən olundu ki, yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı ilə qalırlar. İddiaçı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 984 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə uşaqların sayını, cavabdehin 246 manat alimentlə razılaşmamasını, iddiaçının 100 manat alimentlə razılaşdığını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, cavabdeh X3 məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,25 (100 AZN:400 AZN=0,25) mislində sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün X3 İddiaçı xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar