Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-301/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1440,0 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuş. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdi. O, Ağdam rayonundan məcburi köçkündür, keçmiş həyat yoldaşı isə Laçın rayon Kamallı kəndindən məcburi köçkündür. Buna görə də onlar Qaçqın və Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinət alırdılar. 2023-cü ilin fevral ayında o, məhkəməyə boşanmaq üçün müraciət etmiş (2(003 )-1616/2023 saylı mülki iş Xəzər rayon məhkəməsinin icraatındadır). Həmin vaxtdan həyat yoldaşı ona və övladlarına məxsus Qaçqınlar və Məcburi Köçkünlər üçün olan müavinəti mənimsəyərək özünə və ailə üzvlərinə xərcləyır. Qeyd edir ki, Qaçqın və Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinat kartdı Cavabdeh adına olmuşdur və kartı blok edərək ,həmin müavinatı götürməklərinə icazə verməmişdir. O, cavabdehdən həmin pulu istədikdə isə o pulu ona verməyəcəyini bildirmişdir və həmin aydan indiyə qədər hər ay hər birinə 60 (altmış) manat olmaqlar ayda 180(yüz səksən) manat cəmi 1440(min dörd yüz qırx) manat pulu mənimsəmişdir. O, bununla bağlı Laçın rayon icra hakimiyyətinin baş qərargahına müraciət etdi. Onlar işi aidiatı üzrə onu və Qaçqın və Məcburi köçkünlər üzrə Laçın rayon şöbəsinə yönləndirdilər. İddiaçı orada keçmiş həyat yoldaşının ona və övladlarına məxus olan müavinəti mənimsədiyini bildirmişdir. Lakin Qaçqın və Məcburi Köçkün Komitəsinin Laçın rayon Kamallı kənd nümayəndəsi olan Ruslan İsfəndiyarov adlı şəxs cavabdehin yaxın qohumudur. İddiaçıya “get hara istəyirsən müraciət et, heç nə edə bilməyəcəysən”deyə bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, belə bir kart mövcuddur. Adam başı 60 manat verirdilər. O, həmin kartı yoldaşı Vüsaləyə vermiş və münasibət pisləşdikdə kartı bloklatmış, kartda olan pulu götürmüş və həmin pulu iddiaçıya xərcləmişdir. O, iddiaçı ilə barışmaq istəyir, ailəsinin dağılmağını istəmir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 161/02 saylı arayışdan görünür ki, İddiaçı Xəzər rayonu Qala qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş AA№363068 seriya nömrəli Məcburi köçkün vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 1440,0 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 1440,0 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1440,0 (bir min dörd yüz qırx) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-301/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-301/2024
13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver