Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3040/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Maraqlı şəxs Azər oğlunun və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 235 manat, cəmi,470 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat mediasiya xərcinin yarısının cavabdehdən tutularaq ona ödənilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2009-cu ildə Mingəçevir şəhər Nikah evində 106 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla nikaha daxil olmuşlar.Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Maraqlı şəxs Azər oğlu və xx.xx.2016-cı il təvəllüdlü X2 anadan olmuşlar.Təxminən 9-10 aydır ki, faktii olaraq ayrı yaşayırlar.Uşaqlar onun yanında qalır.O, heç bir yerdə işləmir, cavabdeh taksi fəaliyyəti ilə məşğuldur, aylıq gəliri təxmini 600-700 manat təşkil edir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı, 479784 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Beyləroviç və İddiaçı xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə Mingəçevir şəhər Nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 801643 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan İ-ПН seriyalı, 856668 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs Azər oğluxx.xx.2010-cu ildə Rusiya Federasiyası, Xantı-Mansiysk Muxtar dairəsində (Tümen vilayətində) anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İMS-də iştrak edilməsi haqqında arayışdan görünür ki, İddiaçı tərəfindən İMS xərci kimi 50 manat ödənilmişdir. İş materiallarında olan elektron sorğunun surətindən görünür ki, Cavabdeh rəsmi olaraq heç bir yerdə işləmir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında olan nikah münasibətləri pozulmuş, onlar faktiki olaraq ayrılmışlar və birgə təsərrüfat aparmırlar. Birgə nikahdan olan uşaqlar anasının, iddiaçının yanındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.Bu səbəbdən məhkəmə hesab edir ki, aliment iddia ərizəsinin daxil olduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı uşağın saxlanılması üçün 235 manat aliment tələb etsə də, cavabdehin heç yerdə işləmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Odur ki, məhkəmə, hər iki valideynin uşaqlarının saxlamaq vəzifəsi daşıyıcısı olmalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağların saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200, manat cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü Maraqlı şəxs Azər oğlunun və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı (25 manat) Cavabdeh Beyləroviçdən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3040/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3040/2024
30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver