Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3148/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 ASC-nin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və əmlakın ipoteka yüklüyündən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və əmlakın ipoteka yüklüyündən azad edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 279261-NEDVİJ-5052 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 311.90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun oğludur. xx.xx.2019-cuu il tarixli 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 4Ə-1784 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən o mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 311.9 kv.m, yaşayış sahəsi 123,8 kv.m, yardımçı sahəsi 91.6 kv.m olan 6 otaqlı fərdi yaşayış evini və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır. Onların aralarında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan qaydada ona qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür. Lakin bağışlama müqaviləsi bağlandıqdan, fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Hal-hazırda ona bəlli olmuşdur ki, oğlu Cavabdeh1 Açıq Səmdar Cəmiyyətindən kredit götürüb evi ipoteka ilə yüklü etmiş, krediti vaxtında ödəyə bilmədiyinə görə pul məbləğinin fərdi yaşayış evinə və torpağa yönəldilməsi, açıq hərracdan satılması barədə qərar qəbul edilmişdir. Ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 19 dekabr 2022-ci il tarixli arayışından da görünür ki, o, Ağdam rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, ev 20 F-də məskunlaşmışdır. Yəni girov qoyulan evdə yaşayır və başqa yaşayış yeri yoxdur. Onun da mənzil girov qoyularkən razılığı olmamışdır. İpoteka qoyan onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərini və digər şəxsləri yaşayış evinin və ya mənzilin ipoteka qoyulduğu barədə məlumatlandırmalı, həmçinin ipoteka müqaviləsinin bağlanması zamanı həmin şəxslər barədə notariusa məlumat verməlidir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 593 2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göründüyü kimi oğlu yeganə yaşayış yerləri olan mənzillərini ipotekaya qoyarkən bu barədə ona məlumat verməmiş, onun notarial qaydada razılıq ərizəsi alınmamışdır. Beləliklə də İpoteka haqqında AR Qanununun 59.3.2-ci maddəsinin tələbləri və onun yaşamaq hüququ pozulmuşdur. Ona görə də xx.xx.2019-cu il tarixli, 279261-NFDVİJ-5052 nömrəli ipoteka müqaviləsi ləğv edilməli və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 311.90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı iş üzrə cavabdeh olan oğlu Şamxal Zülfiqarlıya mübahisə predmeti olan torpağı və evi bağışlamışdır. Aralarında olan razılaşmaya əsasən o atasına qulluq etməli və baxmalı idi. Lakin cavabdeh iddiaçının razılığı olmadan ipotekaya qoymuşdur. İddiaçının bununla bağlı məlumatı yalnız evin hərracdan satılması və boşaldılması ilə bağlı məhkəmə qərarının icrası zamanı olmuşdur. Bundan sonra o, bağışlama müqaviləsinin ləğvi və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, iddiaçı məcburi köçkün olmaqla həmin evdə məskunlaşmışdır. “İpoteka haqqında” Qanunun 59-cu maddəsində göstərilmişdir ki, yalnız o halda, yəni mənzildə yaşayış şəxslərin razılığı olduğu təqdirdə çıxarıla bilərlər. Lakin iddiaçının bu barədə razılığı olmamış, ona görə ki bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, ipoteka müqaviləsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. İpoteka müqaviləsinin şərtləri Cavabdeh1 ASC tərəfindən pozulmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Cavabdeh2 Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə ünvanında müvəqqəti məskunlaşmışdır. -Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş X1 rayonu, Şağan qəsəbəsi, Əsədullayev küçəsi, ev 20F ünvanında müvəqqəti məskunlaşmışdır -hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2019-da X2 adına qediyyata alınmışdır. -xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, 20F saylı daşınmaz əmlakını (yaşaış evini və torpaq sahəsini) Cavabdeh2 hədiyyə etmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(104)-43/2022 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-396/2021 saylı qətnaməsindən həmçinin iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək həmin qətnamənin fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü X4 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin çıxarılması, iddianın həmin hissədə təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 20F nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü X8 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 396/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasəm iddiaçı Cavabdeh1 ASC-nin iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və X3 əsas borc üzrə 43407,27 manat, faiz borcu üzrə 6373,34 manat, ümumilikdə 49780,61 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum tutularaq iddiaçı Bank VTB(Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan likvid dəyəri 120000 manat olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi qət edilmişdir. Həmçinin həmin qətnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, 279261-NEDVİJ- 5052 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 311,90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi Cavabdeh1 ASC qarşısında yüklü edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-698/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh2, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması” təələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı X6 Cavabdeh2, DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə, 4 saylı Bakı “Asan Xfdmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 08 dekabr 2019-cu il tarixli 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notarisu X9 tərəfindən təsdiq edilmiş 4Ə1784 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakm Dövlət Reyestr Xidməti Hüquqlarına Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 311.9 kv.m, yaşayış sahəsi 123,8 kv.m, yardımçı sahəsi 91.6 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 5419/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-698/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, ipoteka predmeti olan ünvan 4 əvvəllər İddiaçı məxsus olmuş, daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən həmin əmlak iş üzrə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Daha sonra Cavabdeh2 iş üzrə digər Cavabdeh1 ASC-dən götürdüyü kreditinin təminatı qismində ipoteka ilə yüklü edilmiş və bu barədə Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında müvafiq xx.xx.2019-cu il tarixli, 279261-NEDVİJ-5052 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 Cavabdeh1 ASC-yə olan borcun ipoteka predmeti olan həmin evə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti evdən ipoteka qoyan Cavabdeh2 və onun ailə üzvünün çıxarılması qət edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı X2 Cavabdeh2, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddia tələbinin əsası ondan ibarətdir ki, ünvan 4 Cavabdeh2 tərəfindən Cavabdeh1 ASC qarşısında ipotekaya qoyulan zaman onun iddiaçıya məlumat verilməmiş və ondan notarial qaydada razılıq ərizəsi alınmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, 20F nömrəli evin ipotekaya qoyulması barədə müqavilə həmin evin mülkiyyətçisi olmuş Cavabdeh2 və Cavabdeh1 ASC arasında müqavilə bağlandığından, yəni həmin evə dair bağlanmış ipoteka müqaviləsinin tərəfləri Cavabdeh2 və Cavabdeh1 ASC olduğundan, mülki qanunvericilikdə isə müqaviləni bağlamış tərəflərin razılaşması, müqavilənin şərtləri tərəflərin biri tərəfindən əhəmiyyətli dərəcədə pozulduqda və digər hallarda dəyişdirilməsi və ləğv edilməsi nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı ipoteka müqaviləsinin tərəfi olmamaqla həmin müqavilənin ləğvi barədə iddia irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1 və 10.2-ci maddələrinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Həmçinin məhkəmə, iddianın əsaslı olması barədə maddi hüquq norması kimi istinad edilmiş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsi ilə bağlı bildirir ki, həmin norma ipoteka müqaviləsinin bağlanması barədə şərtləri deyil, yalnız tutma ipoteka predmeti olan evə yönəldildikdən və ev satıldıqdan sonra həmin evdə qeydiyyatda olan şəxslərin çıxarılması məsələlərini tənzimləyir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya -59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, 20F nömrəli evə dair Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 279261-NEDVİJ-5052 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi və həmin evin ipoteka yüklüyündən azad edilməsi barədə iddia irəli sürməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və əmlakın ipoteka yüklüyündən azad edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və əmlakın ipoteka yüklüyündən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3148/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3148/2023
04.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver