Məhkəmə qərarları › İş №2(003)-317/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-317/2022

16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-317/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə rəsmi nikahlarında 11.05.2005-ci il tarixdə anadan olmuş X3, 25.12.2007-ci il tarixdə anadan olmuş X2, 25.12.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanamsı üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 3 uşağa görə 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o Cavabdeh ilə 02.10.1999-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşldur. Nikahları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(003)-762/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikahlarından 11.05.2005-ci il təvəllüdlü X7, 25.12.2007-ci il təvəllüdlü X6 və 25.12.2007-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(003)-762/2021 saylı qətnaməsi ilə 11.05.2005-ci il təvəllüdlü X3, 25.12.2007-ci il təvəllüdlü X2 və 25.12.2007-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra atanın yanında saxlanılması qət edilmişdir. Ailə münasibətləri ailə münaqişələri nəticəsində pozulmuşdur. Artıq uzun müddətdir ki, cavabdehlə birlikdə yaşamırlar, azyaşlı övladları da onunla birlikdə yaşayır, uşaqların onun yanında qalması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(003)-762/2021 saylı qətnaməsilə öz təsdiqini tapmışdır. Lakin həmin qətnamədə ona uşaqların saxlanılması üçün aliment kəsilməmişdir. Cavabdeh bu müddət ərzində bir ana kimi uşağa nə maddi cəhətdən, nə də mənəvi cəhətdən hər hansı bir köməklik göstərməmiş, uşağın maddi tələbatları ilə maraqlanmır, cavabdeh heç ailə kimi birlikdə yaşayarkən də, ailənin maddi tələbatlarını qarşılamırdı. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 652829 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11.05.2005-ci il tairxdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 026898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25.12.2007-ci il tairxdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 026897 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25.12.2007-ci il tairxdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08.07.2021ci il tarixli 2(003)-762/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində 02.10.1999-cu il tarixdə 965 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 11.05.2005-ci il təvəllüdlü X7, 25.12.2007-ci il təvəllüdlü X6 və 25.12.2007-ci il təvəllüdlü X4 ataları İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə iddia tələbində göstərilən məbləğdə alimentin tutulması üçün cavabdehin maddi və ailə vəziyyəti barədə hər hansı sübut təqdim edilməməsini, bununla yanaşı isə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 80 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə 12.11.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 12.11.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11.05.2005-ci il tarixdə anadan olmuş X3, 25.12.2007-ci il tarixdə anadan olmuş X2, 25.12.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 12.11.2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 11.05.2005-ci il tarixdə anadan olmuş X3, 25.12.2007-ci il tarixdə anadan olmuş X2, 25.12.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 12.11.2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar